31-12-2022, 15:00 724

Bakının daşınmaz əmlak bazarı: bu ilin yekunları, gələn ildən gözləntilər

Geridə qoymağa hazırlaşdığımız 2022-ci il Bakının daşınmaz əmlak bazarında ciddi qiymət artımları ilə yadda qalacaq.

Bunu “Report”a açıqlamasında daşınmaz əmlak bazarı üzrə ekspert Elnur Fərzəliyev bildirib.

"Bəzi yalan məlumatlar bazarda bahalaşma yaratdı"

“Xüsusən yeni tikilmiş binalarda ciddi qiymət artımlarına rast gəlindi. Bu binalarda bahalaşmanın əsas səbəbi həm tikinti materiallarının qiymətlərinin artması, həm də paytaxtda çoxmənzilli yaşayış binalarının tikintisi üçün yararlı torpaq sahələrinin kəskin azalması və bahalaşması idi. Köhnə 9 mərtəbəli və istismar müddətini bitirmiş 2, 3, 4 və 5 mərtəbəli binalarda da çox ciddi şəkildə bahalaşma oldu. Buna səbəb həmin binaların pilot layihələr çərçivəsində sökülməsi, bir çox media qurumlarında bu barədə yayılmış məlumatlar idi. Məsələn, 2020-2021-ci illərdə “İnşaatçılar” və “Elmlər Akademiyası” metrostansiyalarının yaxınlığında 2 otaqlı “xruşovka” layihəli mənzil 70-75 min manata təklif olunurdusa, hazırda qiymət 90-100 min manatdır. Səbəb də odur ki, bu binalar söküləcək və yerində yeni binalar tikiləcək. Həmin tikilməsi planlaşdırılan binalarda iki otaqlı mənzilin qiymətnin 140-150 min manat olacağı barədə söz-söhbət sözügedən köhnə binalardakı mənzilləri də bahalaşdırdı", - deyə o qeyd edib.

"Köhnə binalardakı mənzillər ucuz satılmalıdır"

Ekspertin sözlərinə görə, hazırda paytaxtda 11 minə qədər istismar müddətini bitmiş köhnə çoxmənzilli yaşayış binası var: "Bunun da 100-dən çoxunu aidiyyatı qurumlar qəzalı buna kimi qeydə alıb. Bir köhnə binanın sökülüb yerində çoxmənzilli yaşayış binası tikilməsinə ən 2-3 il vaxt sərf olunur. Belə çıxır ki, paytaxtdakı həmin 11 min istismar müddətini bitmiş binanın yeni binaya çevrilməsinə hələ uzun on illiklər lazımdır. Yayılmış qeyri-dəqiq məlumatlar həmin köhnə binalardakı mənzillərin qiymətini artırdı. Dünya praktikasında istismar müddətini bitirmiş bu cür binalar bazar dəyərindən aşağı qiymətə təklif olunur. Əslində belə olmalıdır. Çünki həmin binalar artıq ipoteka predmetinə çevrilə bilmir. Banklar onları girov kimi götürmür, onlar əmlak kimi öz kapitallaşmasını itirir”.

E.Fərzəliyev hesab edir ki, gələn il Bakıda köhnə mənzillər ucuzlaşa bilər: "Gələn il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məcburi köçkünlər üçün nəzərdə tutduğu mənzilləri satışa çıxarması gözlənilir. Yaxın zamanlarda 2 minə yaxın mənzil satışa çıxarılacaq. Onlar normal bazar dəyərindən xeyli aşağı təklif olunacaq. Bu qədər mənzilin eyni vaxtda satışa çıxması əmlak bazarında həm canlanmaya səbəb olacaq, həm də süni şəkildə artmış qiymətləri azaldacaq. Ucuzlaşma daha çox köhnə binalarda baş verə bilər. Çünki onlarda süni bahalaşma daha çox olub".

"Bu il nağd mənzil satışı az oldu"

Bununla belə, E.Fərzəliyev bu il ölkənin daşınmaz əmlak bazarında canlanma olduğunu deyir: “Satılan daşınmaz əmlakların təxminən 70 %-i ipoteka krediti ilə satılan mənzillər oldu. Digər tərəfdən, böyük şirkətlər daxili kreditlə uzunmüddətli satışlar həyata keçirir ki, bu il onlara da tələbat çox oldu. Amma əvvəlki illərə nisbətən nağd satışlar az baş verdi. Bu da qiymət artımı ilə əlaqədardır. 2020-ci ildən çıxarışsız fərdi həyət evlərinə çıxarışın verilməsinə başlanıldı, amma pandemiya səbəbindən bu layihə tam həyata keçirilmədi. Bu da onların satışına mənfi təsir etdi. 2023-cü ildən gözləntimiz odur ki, çıxarışı olmayan fərdi həyət evləri, qeyr-yaşayış obyektləri və yeni tikili binalardakı mənzillər çıxarışla təmin olunsun ki, vətəndaş məmnuniyyəti yaransın. Digər tərəfdən, çıxarışsız mənzillərin alqı-satqısı dövlət üçün itki deməkdir. Çünki çıxarışlı mənzillər satılarkən mənzilin hər kvadrat metrinə görə dövlət büdcəsinə vergi ödənilir. Bu gün təkcə Bakı və Abşeronda 500 mindən çox çıxarışı olmayan fərdi həyət evi var. Ən çox satılan daşınmaz əmlaklar da həmin fərdi həyət evləridir. Çünki onlar bazara çıxarışlı mənzillərdən daha aşağı qiymətlərə təklif olunur. Ölkədə həm qeyri-neft sektorunun inkişafı, həm də dövlət büdcəsinə daşınmaz əmlak sektorundan da daxilolmaların artması üçün bu sahə dirçəldilməli və tam nəzarətə alınmalıdır. Gələn il həm bu sahəyə nəzarət edilməsi, həm də bazarın satış qiymətlərinə nəzarət mexanizminin yaradılması arzu olunandır”.

"Tikinti şirkətlərinə güzəştlər verilməlidir"

“Əvvəlki illərdə Bakıda yeni çoxmənzilli binalar daha çox tikilirdi. 2022-ci ildə bu tikintilərin sayı azaldı. Bazarda qiymət artımları baş verdiyinə görə, tikinti şirkətləri də gözləyir ki, real bir qiymət formalaşsın və alıcılar da bu qiymətlərə uyğunlaşsın. Ona görə tikintilərin sayı əvvəlki qədər deyil. Bazarda qiymətlərin enməsi üçün müəyyən dövlət nəzarəti lazımdır. Bu sahədə bəzi güzəştlər də olmalıdır. Bakı və Abşerondakı istismar müddətini bitirmiş və qəzalı köhnə çoxmənzilli yaşayış binalarını dövlət deyil, özəl sektor sökür. Özəl sektorun onları sökməsi üçün mütləq satış olmalıdır. Satış üçün də qiymətlər münasib olmalıdır. Qiymətlərin tənzimlənməsi üçün isə dövlət tikinti şirkətlərinə güzəştlər verməlidir. Hansısa formada vergidən azadolmalar edilməlidir".

Paylaş

Xəbər lenti

Zabratda xoşagəlməz mənzərə: Qəbirləri su basıb Bu gün, 18:48 Ötən gün axtarışda olan 114 nəfər saxlanılıb Bu gün, 18:48 "Sabah"ın Çempionlar Liqasındakı rəqibində ayrılıq Bu gün, 18:48 Su gölməçəsi, zibil qalaqları, üfunət: Mehdiabadda antisanitar mənzərə Bu gün, 18:48 İsveç hökuməti könüllü qayıdan miqrantlara 37000 dollar təklif edir Bu gün, 18:48 Tramp Hörmüz boğazı problemini həll edəcəyinə söz verdi Bu gün, 17:48 Ağdamda qadın həşərat əleyhinə dərmandan zəhərləndi Bu gün, 17:48 Paytaxtda avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edilib Bu gün, 17:48 Bakının qətiyyəti, Vaşinqtonun dəstəyi - Zəngəzur dəhlizi ilə bağlı son durum Bu gün, 17:48 Evə sərxoş gələn Mirnəsib arvadını bıçaqladı - Təfərrüat Bu gün, 17:48 Rusiyada təyyarə qəzaya uğradı: Ölənlər var Bu gün, 16:48 Sakinlər dəhşət içində: "Hamımız xəstəlik tutmuşuq" Bu gün, 16:48 Bakıda küçələr yuyuldu Bu gün, 16:48 Azərbaycanda lizinq təşkilatları üçün reyestr tələbi müəyyənləşəcək Bu gün, 16:48 İlham Əliyev və Məsud Pezeşkianın "İstisu" içmək ənənəsini Hikmət Hacıyev İran səfiri ilə Kəlbəcərdə davam etdirib Bu gün, 16:48 Xarici diplomatlar "İstisu" mineral su zavoduna baş çəkiblər Bu gün, 16:48 Azərbaycanın sabiq daxili işlər naziri Vaqif Novruzov vəfat etdi Bu gün, 16:48 "Gəncə" meksikalı mütəxəssis İvan Luna ilə müqavilə imzalayıb Bu gün, 15:48 Zelenski G20 sammitində Putinlə görüşməyə hazırdır Bu gün, 15:48 Xarici diplomatlar Xudavəng monastır kompleksini ziyarət ediblər Bu gün, 15:48 Bakıda metro üçün şaxta qazıntısı zamanı bina boşaldılıb? - Bakı Metropolitenindən AÇIQLAMA Bu gün, 15:48 Belarus 2027-ci ildə Qarabağda aqroşəhərciyin tikintisini planlaşdırır Bu gün, 15:48 Bakı metrosu 15 sentyabra necə hazırlaşır? - Tıxaclara qarşı atılmış addımlar Bu gün, 15:48 Valideynlərin NƏZƏRİNƏ - Birinci sinfə elektron qəbul yenidən aktivləşir Bu gün, 15:48 Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün yenilik Bu gün, 14:48 Səfir: Şuşaya vurulmuşam Bu gün, 14:48 "Sabah" və "Qarabağ" Çempionlar Liqasında tarixə düşdülər - SİYAHI Bu gün, 14:48 Evi yanan məşhur cütlük 3 milyon dollara villa axtarır Bu gün, 14:48 Bəzi mağazalar niyə QR-kodla ödənişdən imtina edir? "Biz "m10"la ödəniş götürmürük" Bu gün, 14:48 Pineviç: Əli Əsədovun Belarusa səfəri 2026-cı ilin sonu - 2027-ci ilin əvvəlinə planlaşdırılır Bu gün, 14:48 Avropanın bu ölkəsində dizel avtomobil sahiblərinə nağd pul ödəniləcək Bu gün, 14:48 "Toyota Bakı Mərkəzi"nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq Bu gün, 13:48 Şirvanda mağazadan 18 min manatdan çox pul oğurlanıb Bu gün, 13:48 Şirvanda oğurluq edən şəxs saxlanılıb Bu gün, 13:48 Azərbaycanda BOKT-ların problemli kreditləri üzrə yeni qaydalar hazırlanır Bu gün, 13:48 Qohumların yanında arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu Bu gün, 13:48 Xarici diplomatlar Gəncəsər monastır kompleksini ziyarət ediblər Bu gün, 12:48 İctimai nəqliyyatda fərqli dönəm başlayır: Yeni qaydalar nə vəd edir? Bu gün, 12:48 Nar şirəsinin orqanizmə inanılmaz faydaları - Hər gün içdikdə… Bu gün, 12:48 Sabah 33° isti olacağı gözlənilir Bu gün, 12:48 Hikmət Hacıyev: Azərbaycan dövləti tarixi abidələrin qorunması, mühafizəsi və bərpasına sadiqdir Bu gün, 12:48 Vətəndaşların çoxdan narazılıq etdiyi yol TƏMİR OLUNUR Bu gün, 11:49 Xarici diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü başlayıb Bu gün, 11:48 Azərbaycan neftinin qiyməti 120 dolları keçib Bu gün, 11:48 Məcnun Məmmədov şöbə müdiri təyin etdi Bu gün, 11:48 Emi Karlon: ABŞ-ni Bakıda keçiriləcək müdafiə sənayesi sərgisində yeni şirkətlər təmsil edəcək Bu gün, 11:48 Gürcüstanda qanunsuz yaşayan 59 əcnəbi saxlanılıb, azərbaycanlı da var Bu gün, 11:48 Diplomatik korpusun nümayəndələri bu gün Ağdərə və Kəlbəcərdə olacaqlar Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR