22-09-2025, 19:48 410

Maaşlardan əlavə pul tutula bilər – Yanvarın 1-dən

"Söhbət özəl sektorda, yəni qeyri-dövlət və qeyri-neft sektorunda çalışan vətəndaşlarımızın əmək haqlarına tətbiq edilən və ya tutulan vergidən gedir. Dövlət sektorunda, eləcə də neft sektorunda çalışan vətəndaşlarımızın əmək haqlarından, 14 və 25 faiz vergilər tutulur. Bu vətəndaşlarımız üçün gəlir vergisi ilə bağlı güzəştlər yox idi. Amma son 7 ildə özəl sektorda çalışan, qeyri-neft sektorunda işləyən və əmək müqaviləsi olan vətəndaşlarımıza 7 il müddətində güzəşt tətbiq olunmuşdu".

Bu sözləri AVESTA.AZ-ə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vüqar Bayramov bildirib.

Deputat əlavə edib ki, 2026-cı ilin yanvarın 1-dən həmin güzəşt müddəti başa çatır:

"Təbii ki, bu güzəştin pozitiv tərəfləri oldu. Çünki həm məşğulluğun rəsmiləşməsini müşahidə etdik, həm də əmək müqavilələrinin sayında ciddi artımlar müşahidə olundu. Nəticədə əmək haqqı artımlarına təsir göstərdi.

Son aylar özəl sektorda əmək müqavilələrinin sayı dövlət sektoru ilə müqayisədə daha çoxdur. Uzun müddət Azərbaycanda dövlət sektorunda çalışanların əmək haqqı müqavilələri özəl sektorla müqayisədə daha çox olub. Amma hazırda özəl sektorda daha çox əmək haqqı müqavilələri var. Bu da təbii, həmin güzəştlə bağlı idi.

Yanvarın 1-də bu müddət başa çatır. Güzəştin uzadılıb-uzadılmayacağı böyük maraq doğurur. Təbii ki, yeddi il uzun müddət idi və özəl sektor da bu güzəştlərdən istifadə etdi. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında da bununla bağlı təkliflər təqdim olunub".

Millət vəkilinin sözlərinə görə, 14-25 faizlik vergi güzəştinin ləğvinin tərəfdarı deyil:

"Nəzərə almaq lazımdır ki, əmək haqqından sosial sosial ödənişlər də var. Yəni 25 faiz kiayət qədər ciddi bir rəqəmdir. Yenidən onun üzərinə 14 və 25 faiz əlavə olunması ciddi narahatlıq yadaracaq. Bu vergilərin bir qismi əmək haqqı fondundan, bir qismi də əmək haqqının özündən ödənilir.

Təklifimiz ondan ibarətdir ki, güzəşt müddətinin uzadılması daha məqsədəuyğun olardı. Çünki indiki dövrdə məşğulluğun daha da rəsmiləşdirilməsi iqtisadiyyatın daha da ağardılması prioritetdir.

Əgər vergi müddəti uzadılmasa, daha aşağı faizlər tətbiq olunsun, bir də mərhələli şəkildə artımlara gedilsin. Məsələn, əgər 7 və ya 8 faizlik bir hədəf varsa, o zaman 2026-cı ildə 2 faiz müəyyənləşə bilər. 2027-ci ildə 3 faiz vergi, 2028-ci ildə 4 faiz ola bilər. İki faizlik vergi sahibkarın xərclərində ciddi artıma gətirib çıxarmayacaq".

Orxan Hüseyn

Paylaş

Xəbər lenti

Azərbaycanda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı Bu gün, 16:48 Simonyan: Ermənistan 70 il Türkiyə ilə bağlı yanılıb Bu gün, 16:48 Leyla və Arzu Əliyevalar "Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər Bu gün, 16:48 Ucarda "Sprinter" aşdı - Xəsarət alan var Bu gün, 16:48 "Zəfər kuboku" minifutbol turnirinin qalibləri müəyyənləşib Bu gün, 16:48 SOCAR Zəfər Gününün 6-cı ildönümü münasibətilə videoçarx paylaşdı Bu gün, 15:48 Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırılıb Bu gün, 15:48 Günəşdə alışmaların sayı artıb - Alimlərdən XƏBƏRDARLIQ Bu gün, 15:48 Jurnalist Elnur Şükürov həbs edildi Bu gün, 15:48 FHN-də Zəfər Gününə həsr olunmuş tədbir keçirilib Bu gün, 15:48 İtaliya klubu Torreyra üçün hərəkətə keçməyə hazırlaşır Bu gün, 14:48 Məşhur aktrisa 88 yaşında vəfat etdi Bu gün, 14:48 Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb Bu gün, 14:48 İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub Bu gün, 14:48 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib Bu gün, 14:48 Bakıda yağışdan sonra bəzi küçələr gölməçəyə dönüb Bu gün, 14:48 Ərdoğan: Cənubi Qafqaz artıq əməkdaşlıq və inkişaf bölgəsi kimi tanınır Bu gün, 14:48 Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Zəfər Günü qeyd olunub Bu gün, 14:48 Prezident Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib Bu gün, 13:48 Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsi istifadəyə verilib Bu gün, 13:48 Üçrəngli Bayrağın Naxçıvanda dövlət rəmzi qəbul edilməsi Azərbaycanda milli azadlıq hərəkatına təkan verdi - Rəy Bu gün, 13:48 Bakıda yağış fəsadlar törədib - Bəzi yolları su basıb Bu gün, 13:48 Yol polisindən yağışlı hava ilə bağlı MÜRACİƏT Bu gün, 13:48 Bayram günlərində metro fərqli işləyəcək Bu gün, 13:48 Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib - SƏRƏNCAM Bu gün, 13:48 8 Noyabr - tarixə yazılan "Zəfər möhürü" - DİN-dən videoçarx Bu gün, 12:48 İlham Əliyev Xankəndi stadionunun açılışında iştirak edib Bu gün, 12:48 Milli Qəhrəmanın səhhəti kəskin ağırlaşdı Bu gün, 12:48 Bakıda sərnişin avtobusu "Toyota" ilə toqquşub Bu gün, 12:48 İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub Bu gün, 12:48 Toral Bayramov öz qapısına qol vurub - VİDEO Bu gün, 11:48 Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb Bu gün, 11:48 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub Bu gün, 11:48 "ASAN xidmət" və "ASAN kommunal" mərkəzləri bu tarixlərdə işləməyəcək Bu gün, 11:48 Bahalı yağ, fətir və yuxa yeyən ailə xəstəxanalıq oldu Bu gün, 11:48 Azərbaycan gimnastı Selcan Mahsudova dünya çempionatında finala vəsiqə qazanıb Bu gün, 11:48 Dahi bəstəkar Tofiq Quliyevin anadan olmasından 109 il ötür Bu gün, 10:48 İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib Bu gün, 10:48 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə texniki planlaşdırmaya başlayıblar Bu gün, 10:48 Azərbaycan neftinin qiyməti 107 dolları ötüb Bu gün, 10:48 Yol çəkmək istəyirdilər, 22 min kisə xəzinə tapdılar Bu gün, 10:48 Zəfərdən Şuşaya uzanan yol: AAYDA-dan 8 Noyabra həsr olunmuş təsirli videoçarx Bu gün, 10:48 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb Bu gün, 09:48 Ronaldo millidən ayrılmasaydı heyətə çağırılacaqdı? - Baş məşqçi açıqlayıb Bu gün, 09:48 Misli Premyer Liqasında bu gün iki oyun keçiriləcək Bu gün, 09:48 Koronavirusun yeni ştammı: Güclü boğaz ağrısı və uzunmüddətli halsızlıq yaradır Bu gün, 09:48 Qazaxda gənclərin davası qanla bitdi Bu gün, 09:48 "Baku TV" kollektivi peşə bayramını və Zəfər Gününü qeyd edib Bu gün, 00:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR