23-01-2026, 22:48 252

Dünya yeni mərhələyə keçir: Davosdan gələn geosiyasi mesajlar

Bu gün başa çatan Davos Forumu yalnız dünya iqtisadiyyatının gələcəyi baxımından deyil, həm də qlobal geosiyasi strukturun transformasiyası nöqteyi-nəzərindən mühüm mesaj və bəyanatlarla yadda qaldı.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, forumdan öncə açıqlanan Qlobal Risk Hesabatında da beynəlxalq münasibətlərin mövcud vəziyyəti "soyuqlamış, hərarəti qalxmış və virusa yoluxmuş" sistem kimi təsvir edilirdi.

Artıq indidən builki Davos Forumunu XX və XXI əsrin dönüş nöqtələri ilə müqayisə etmək mümkündür:

- 1946-cı ildə Fultonda Uinston Çörçillin çıxışı ilə Qərblə SSRİ arasında 45 il davam edən "soyuq müharibə"nin ideoloji təməli qoyuldu;

- 2007-ci ildə Münhendə Vladimir Putinin çıxışı Qərb-Rusiya münasibətlərində yeni və gərgin mərhələnin başlanğıcı oldu;

- 2026-cı ildə isə Davos orta güclərin beynəlxalq münasibətlər sisteminə müstəqil subyekt kimi daxil olduğu yeni dünya düzəninin başlanğıc nöqtəsi kimi tarixə düşdü.

Davos Zirvəsi Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Pakistan kimi ölkələrin artıq "orta güc" statusuna yüksəldiyini faktiki olaraq təsdiqlədi. Bu dövlətlər beynəlxalq münasibətlərin passiv obyekti olmaqdan çıxaraq, qərarverici subyektlərə çevrildilər.

Forumda Almaniya Kanslerinin çıxışı Avropanın yeni qlobal düzəndə Berlin mərkəzli təmsil olunacağına dair açıq mesaj idi. Kansler son 30 ildə beynəlxalq hüquqa əsaslanan qlobal nizamın ciddi qüsurlara malik olduğunu və onun təməl sütunlarının sarsıldığını etiraf etdi. Yeni sistemin daha çox sərt gücə əsaslanacağını bildirən Almaniya özünü ABŞ, Çin və Rusiyadan sonra növbəti qlobal güc mərkəzi kimi təqdim etdi.

Almaniya Kansleri çıxışında bildirib:

"Biz heç vaxt bir həqiqəti unutmamalıyıq: yalnız gücə əsaslanan dünya təhlükəli dünyadır. Bu, ilk növbədə kiçik və orta dövlətlər üçün, eyni zamanda böyük dövlətlər üçün də təhlükəlidir. Mən bunu ağır ürəklə deyirəm. XX əsrdə mənim ölkəm - Almaniya bu acını son damlasına qədər yaşadı və dünyanı dərin uçuruma yuvarlatdı".

Bu fikirlə kansler etik normalarla məhdudlaşdırılmayan güc anlayışının fəlakətə aparan yol olduğunu etiraf etmiş oldu.

Maraqlıdır ki, bu tezis Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən dəfələrlə müxtəlif beynəlxalq tribunalarda səsləndirilib. Dövlət başçısı yerli mediaya müsahibəsində demişdi:

"Bugünkü dünyada beynəlxalq hüquq anlayışı faktiki olaraq yoxdur. Bunu hər kəs qəbul etməlidir. Güc var, əməkdaşlıq var, müttəfiqlik var, qarşılıqlı dəstək var. Amma heç bir ölkə haqsızlıq etməməli, digər dövlətin ərazi bütövlüyünə göz dikməməlidir".

Davos-2026 bir daha göstərdi ki, dünya "güclünün hüququ" mərhələsinə daxil olduğu bir dövrdə İlham Əliyevin formalaşdırdığı bu siyasi düstur yaşamaq, mövcudluğunu qorumaq və tarix yazmaq istəyən dövlətlər üçün əsas istiqamətverici mayaka çevrilir.

Paylaş

Xəbər lenti

Prezident: Müttəfiqlik münasibətləri haqqında Müqavilə Azərbaycan-Qırğızıstan münasibətlərini ən yüksək səviyyəyə qaldırdı Bu gün, 15:48 Dilarə Əliyeva Xalq artisti qayınatasının 81 yaşını belə təbrik etdi Bu gün, 15:48 Bakıda bağçada uşağın qanında psixotrop maddə aşkarlanması iddiası araşdırılır - RƏSMİ Bu gün, 15:48 İlham Əliyev: Ermənistanla birlikdə yeni yerüstü nəqliyyat kommunikasiyalarının yaradılması üzərində çalışırıq Bu gün, 15:48 Azərbaycanlı döyüşçü ONE FC-də növbəti sınağına çıxacaq Bu gün, 15:48 "Neftçi SOCAR" Dünya Qadın Seriyasında mövsümü ikinci pillədə başa vurub Bu gün, 15:48 Prezident İlham Əliyev: Azərbaycan bundan sonra da beynəlxalq məsələlərdə çoxtərəflilik prinsiplərinin möhkəmləndirilməsinə öz töhfəsini verəcək Bu gün, 15:48 Prezident: BMT TŞ-nin qətnamələrinin qısa müddətdə icrası üçün müvafiq mexanizmlərin hazırlanması tələb olunur Bu gün, 15:48 Növbəti köç karvanı Ağdam şəhərinə çatıb, açarlar təqdim edilib Bu gün, 15:48 Tupak Şakurun qətlində təqsirləndirilən şəxsə hökm oxundu - Ömürlük HƏBS Bu gün, 15:48 Vilayət Eyvazov Sumqayıtda vətəndaş qəbulu və sıra baxışı keçirib Bu gün, 15:48 Niyaməddin Musayevin fotoşoplu görüntüləri müzakirələrə səbəb oldu Bu gün, 15:48 SOCAR və "Comstock Resources" strateji tərəfdaşlıq üzrə Niyyət Məktubu imzalayıb Bu gün, 15:48 "Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün yeni tribuna quraşdırılıb Bu gün, 15:48 YENİ KƏŞF: Bu planetin cənubu şimalından 400 dərəcə daha istidir Bu gün, 14:48 Prezident İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış edib Bu gün, 14:48 Mehriban Əliyeva Bişkekdə dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub Bu gün, 14:48 Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşüb Bu gün, 14:48 Anar Bayramov Vüqar Qurbanovun qohumunu işdən çıxardı Bu gün, 14:48 İndiyədək Birinci Qarabağ müharibəsində itkin düşmüş 267 nəfərin qalıqları ailələrinə təhvil verilib Bu gün, 14:48 Azərbaycan Prezidenti: Çoxillik münaqişə zonası olmuş Cənubi Qafqaz bölgəsi sülh zonasına çevrilməkdədir Bu gün, 14:48 İlham Əliyev Bişkekdə Vladimir Putinlə ayaqüstü görüş keçiriblər Bu gün, 13:48 Balıq ovu mövsümü açıldı Bu gün, 13:48 İlhamə Qədimova: Azərbaycanda yerli toxum istehsalı artırılacaq Bu gün, 13:48 Əliyevlə Ərdoğan Bişkekdə nələri müzakirə etdilər? - "Haber Global"ın süjeti Bu gün, 13:48 Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazələrin verilməsi qaydaları açıqlanıb Bu gün, 13:48 Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazə və ödənişlər kimlərə şamil edilmir? Bu gün, 13:48 Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə görə ödənişlər müəyyən edilib Bu gün, 13:48 Məşhur aktrisa: "Atamın vəfatını 6 il əvvəl yuxumda gördüm, 6 il sonra onu itirdik" Bu gün, 13:48 13 il əvvəlki qətlin təşkilində təqsirləndirilən şəxs məhkəməyə göndərilib Bu gün, 13:48 Məşhur turizm şirkətinin rəhbəri Polşada həbs edildi Bu gün, 13:48 59 yaşlı Nikol qırmızı xalıya şəffaf geyimdə çıxdı Bu gün, 13:48 Bu ölkə qlobal fəlakət halında Yer kürəsinin ən təhlükəsiz hissəsidir Bu gün, 12:48 Bişkekdə dövlət və hökumət başçılarına Qırğızıstan Prezidenti adından ziyafət verilib Bu gün, 12:48 ŞƏT liderləri Bişkek sammitinin yekununda 28 sənəd imzalayıblar Bu gün, 12:48 Osimhen 300 milyonluq kolleksiyasından olan lüks maşını ilə görüntüləndi Bu gün, 12:48 Oğurladığı qızılları sataraq özünə avtomobil alan şəxs saxlanılıb Bu gün, 12:48 Sabah 31 dərəcəyədək isti olacaq Bu gün, 12:48 Baku TV telekanalı "YouTube" reytinqlərində liderliyini qoruyur Bu gün, 12:48 Rusiyalı milyarderlərin sərvəti 20 milyard dollar azalıb Bu gün, 11:48 Prezident İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə iştirak etmək üçün Bişkekdəki "Irıs Ordo" Konqres Mərkəzinə gəldi Bu gün, 11:48 Ceyhun Bayramov Bişkekdə Abbas Əraqçi ilə regional məsələləri müzakirə edib Bu gün, 11:48 Modern.az-ın fəaliyyətə başlamasından 17 il ötür Bu gün, 11:48 İlham Əliyev Bişkekdə Narenda Modi ilə görüşüb Bu gün, 11:48 "Arka Sokaklar"ın "Mesut Komiser"i qızına nişanında motosiklet hədiyyə etdi Bu gün, 11:48 Dövlət başçısı Slovakiya Prezidentini təbrik edib Bu gün, 11:48 Prezident: Azərbaycan ilə Slovakiya arasında qarşılıqlı hörmətə əsaslanan münasibətlər məmnunluq doğurur Bu gün, 11:48 Prezidentin sosial media hesablarında "ŞƏT plyus" formatında iştirakına dair görüntülər paylaşılıb Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR