
Bakıda gənc qadın dəm qazından boğularaq ölüb.
AVESTA.AZ Lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini olan 27 yaşlı Sevinc Gündüz qızı Mahmudova yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.