6-02-2026, 16:48 143

Vüqar Səfərlinin əmlakının müsadirəsi barədə qərar qəbul olunub

Bakı Apellyasiya Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) həbsdə olan sabiq icraçı direktoru Vüqar Səfərli ilə bağlı məhkəmə prosesi keçirilib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Aqil Musayevin sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.

Qərara əsasən, Vüqar Səfərlinin əmlakı ilə bağlı onun həyat yoldaşının iddiası təmin olunub. İş üzrə maraqlı şəxs qismində tanınan Vüqar Səfərlinin həyat yoldaşının adına olan mənzilə qoyulan xüsusi müsadirə qərarı ləğv olunub, əmlakın üzərindən həbs götürülüb.

Qeyd edək ki, ləğv edilmiş KİVDF-nin vəzifəli şəxslərinin qanunsuz əməllərinə dair Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində olan cinayət işi üzrə aparılmış istintaq tədbirləri ilə fondun sabiq icraçı direktoru Vüqar Səfərlinin müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov və digər yeddi nəfər şəxslə qabaqcadan əlbir olub vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlət satınalmalarına dair qanunvericiliyin tələblərinin pozulması, dövlət vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsi, tikinti normalarına əməl olunmamaqla iş həcmləri və qiymətlərinin şişirdilməsi yolu ilə dövlətə məxsus ümumilikdə 18 milyon 500 min manat məbləğində pul vəsaitinin mənimsəmə və israf etmə yolu ilə talanmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törədilməsinə, habelə cinayət yolu ilə əldə edilmiş 5 milyon 700 min manat pul vəsaitinin leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Vüqar Səfərli və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma - külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə - ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilmiş, Vüqar Səfərli barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

İbtidai istintaq zamanı cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilib, habelə təqsirləndirilən şəxslərə məxsus olan daşınar və daşınmaz əmlak və bank əmanətlərinin üzərinə həbs qoyulub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüqar Səfərli 10 il 6 ay, onunla birlikdə saxlanılan Nadir Məmmədov 6 il müddətinə azadlıqdan məhrum ediliblər. Cinayət işi üzrə digər təqsirləndirilənlər - Bünyamin İsmayılov, Ədalət Vəliyev, Namiq Hacıyev, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Şahin İbrahimov və Təhminə Yaqubovaya sınaq müddəti seçilməklə şərti cəza verilib.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilmədən qüvvədə saxlanılıb. Ali Məhkəmə də hökmü qüvvədə saxlayıb.

Cinayət işi üzrə Medianın İnkişafı Agentliyi (MEDİA) zərərçəkmiş qismində tanınıb.

Paylaş

Xəbər lenti

Komitə bağçada təhsil alan uşağın qanında psixotrop maddə aşkarlanması iddiası ilə bağlı müraciət edib Bu gün, 18:48 Prezident İlham Əliyevin "ŞƏT plyus" formatında görüşdə iştirakından yeni görüntülər Bu gün, 18:48 Azərbaycan və Çin Xəzərdə mümkün enerji layihələrini müzakirə edib Bu gün, 18:48 İlham Əliyev Narendra Modi ilə görüşü barədə paylaşım edib Bu gün, 18:48 Yasamal sakinləri qorxu içində: Dəhşət saçan problemi kim həll etməlidir? Bu gün, 18:48 Məsud Pezeşkian İlham Əliyevlə Azərbaycan dilində danışdı: İranda müzakirələr yarandı Bu gün, 18:48 Babək prospektində maşın yanıb Bu gün, 17:48 Balakən gömrüyündə 232 min manatlıq gizli mallar üzə çıxdı Bu gün, 17:48 İlber Ortaylının qızı atasına aid əşyaların "WhatsApp" qrupunda satılmasından danışdı Bu gün, 17:48 Tulin Ələkbərova və tələbəsi azadlığa çıxdı Bu gün, 17:48 Damla: "Sənətə gələndə bir ananın ögey övladı kimi təkləndim" Bu gün, 17:48 Nepaldakı daşqınlarda bu yaşıl ev dağılmadı Bu gün, 17:48 Azərbaycanlı aktrisa: "İstanbullu gəlin idim, oldum istanbullu turist..." Bu gün, 17:48 Övladı bağçaya gedən valideynlərə nazirlikdən VACİB MÜRACİƏT Bu gün, 17:48 Bakı buxtası neft ləkələrindən təmizlənəcək – 1,77 milyon manat ayrılır Bu gün, 17:48 34 il əvvəl atasını ağacla öldürən şəxs həbs edilib - TƏFƏRRÜAT Bu gün, 16:48 Antalyada 2 gündə 38 meşə yanğını olub Bu gün, 16:48 Putin İran prezidenti ilə görüşüb Bu gün, 16:48 İlham Əliyevin sosial media hesablarında "ŞƏT plyus" formatında görüşündəki çıxışına dair paylaşım edilib Bu gün, 16:48 Tanınmış aparıcıya vəzifə verildi Bu gün, 16:48 SOCAR ilə Çinin "CNOOC" şirkəti arasında Anlaşma Memorandumu imzalanıb Bu gün, 16:48 Azərbaycan ilə NATO arasında minatəmizləmə sahəsində əməkdaşlıq müzakirə olunub Bu gün, 16:48 Psixoloq azyaşlıya şiddət tətbiq edib? Sakinlərdən sərt mövqe Bu gün, 16:48 Tarix boyu güclü zəlzələlər olub: Bəs indi Azərbaycanda təhlükə varmı? - RƏSMİ Bu gün, 16:48 Prezident: Müttəfiqlik münasibətləri haqqında Müqavilə Azərbaycan-Qırğızıstan münasibətlərini ən yüksək səviyyəyə qaldırdı Bu gün, 15:48 Dilarə Əliyeva Xalq artisti qayınatasının 81 yaşını belə təbrik etdi Bu gün, 15:48 Bakıda bağçada uşağın qanında psixotrop maddə aşkarlanması iddiası araşdırılır - RƏSMİ Bu gün, 15:48 İlham Əliyev: Ermənistanla birlikdə yeni yerüstü nəqliyyat kommunikasiyalarının yaradılması üzərində çalışırıq Bu gün, 15:48 Azərbaycanlı döyüşçü ONE FC-də növbəti sınağına çıxacaq Bu gün, 15:48 "Neftçi SOCAR" Dünya Qadın Seriyasında mövsümü ikinci pillədə başa vurub Bu gün, 15:48 Prezident İlham Əliyev: Azərbaycan bundan sonra da beynəlxalq məsələlərdə çoxtərəflilik prinsiplərinin möhkəmləndirilməsinə öz töhfəsini verəcək Bu gün, 15:48 Prezident: BMT TŞ-nin qətnamələrinin qısa müddətdə icrası üçün müvafiq mexanizmlərin hazırlanması tələb olunur Bu gün, 15:48 Növbəti köç karvanı Ağdam şəhərinə çatıb, açarlar təqdim edilib Bu gün, 15:48 Tupak Şakurun qətlində təqsirləndirilən şəxsə hökm oxundu - Ömürlük HƏBS Bu gün, 15:48 Vilayət Eyvazov Sumqayıtda vətəndaş qəbulu və sıra baxışı keçirib Bu gün, 15:48 Niyaməddin Musayevin fotoşoplu görüntüləri müzakirələrə səbəb oldu Bu gün, 15:48 SOCAR və "Comstock Resources" strateji tərəfdaşlıq üzrə Niyyət Məktubu imzalayıb Bu gün, 15:48 "Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün yeni tribuna quraşdırılıb Bu gün, 15:48 YENİ KƏŞF: Bu planetin cənubu şimalından 400 dərəcə daha istidir Bu gün, 14:48 Prezident İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış edib Bu gün, 14:48 Mehriban Əliyeva Bişkekdə dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub Bu gün, 14:48 Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşüb Bu gün, 14:48 Anar Bayramov Vüqar Qurbanovun qohumunu işdən çıxardı Bu gün, 14:48 İndiyədək Birinci Qarabağ müharibəsində itkin düşmüş 267 nəfərin qalıqları ailələrinə təhvil verilib Bu gün, 14:48 Azərbaycan Prezidenti: Çoxillik münaqişə zonası olmuş Cənubi Qafqaz bölgəsi sülh zonasına çevrilməkdədir Bu gün, 14:48 İlham Əliyev Bişkekdə Vladimir Putinlə ayaqüstü görüş keçiriblər Bu gün, 13:48 Balıq ovu mövsümü açıldı Bu gün, 13:48 İlhamə Qədimova: Azərbaycanda yerli toxum istehsalı artırılacaq Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR