
Şəmkirdə evdən meyit tapılıb.
AVESTA.AZ Apa-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, rayon sakini 1961-ci il təvəllüdlü Z. Hacıyevanın meyiti yaşadığı evdən aşkarlanıb.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Ölümün hansı səbəbdən baş verdiyi məlum deyil.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.