18-03-2026, 17:48 207

Bakıdakı məşhur mağazadan oğurluq edən xala və bacıqızı SAXLANILDILAR

"Gənclik Mall" Ticarət Mərkəzindəki "Zara" mağazasından oğurluqda şübhəli bilinən iki xanım saxlanılıb.

AVESTA.AZ "Qaynarinfo"ya istinadən xəbər verir ki, onlardan biri - 1982-ci ildə Bakı şəhərində anadan olmuş, subay, orta təhsilli D.M. barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə protokol tərtib edilib və işə məhkəmədə baxılıb.

Təqsirləndirilən şəxs hadisəyə görə bacısı qızı G.M. ilə birlikdə saxlanıldığını deyib. O, özünü və bacısı qızını təqsirli bilməyib. Qeyd edib ki, bacısı qızı və özünün övladları ilə birlikdə geyimlərə baxmaq üçün "Zara"ya daxil olublar.

Bir neçə kofta götürüb geyinmək üçün paltardəyişmə otağına keçmək istədikdə orada adamlar olduğunu görərək gözləməli olublar. G.M. bir gödəkçə geyinib və ondan xoşu gəldiyini deyib. Həmin gödəkçənin birini də D.M. özü götürüb. Təqsirləndirilən şəxs G.M.-ya deyib ki, gödəkcəni koftanın üstündən geyinərək yoxlasın.

Bu zaman uşaqlarının əlləri şokoladla bulaşdığı üçün mağazanın qapısından bir addım qədər çıxaraq ayaqyolunun yerini G.M.-yə göstərib və aparıb onların əllərini yumasını istəyib. Bu zaman qapı siqnal verib, mühafizəçi ona yaxınlaşıb və çantasına baxmaq istədiyini deyib. O, əli şokoladlı olduğu üçün koftanı çantaya qoyduğunu, gödəkcənin isə üzərində olduğunu bildirib. Mühafizəçiyə harasa getmək fikrinin olmadığını, paltardəyişmə otağı üçün növbə gözlədiyini, geyinib yoxlayacağını deyib. Lakin mühafizəçi onları saxlayıb və nəzarətçiyə zəng edib. Nəzarətçi də polisə məlumat verib.

Qadın bildirib ki, mağazadan hər hansı oğurluq etmək niyyətləri və ya planları olmayıb. Götürdüyü geyimləri geyinib yoxlamaq, xoşuna gəlsə almağı düşünürmüş. Lakin mağaza tərəfindən bu cür hörmətsizlik olunduğu üçün geyimləri almaqdan imtina edib. O, barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edib.

Məhkəmədə "Zara" mağazasının mühafizəçisi R.T izahatında bildirib ki, iki müştərini ümumi dəyəri 397 manat olan geyimlərin iki ədədinin etiketini çıxarmaqla, bir ədədinin isə etiketi ilə birlikdə ödəniş etmədən mağazadan çıxan zaman aşkar edərək polisə məlumat verib. O, həmin şəxslər barəsində qanuni tədbir görülməsini və mağazaya dəymiş ziyanın ödənilməsində köməklik göstərilməsini xahiş edib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və onun barəsində 160 saat ictimai işlər növündə tənbeh tədbiri tətbiq edilib. Onun üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini işlək vəziyyətdə gəzdirmək öhdəliyi də qoyulub.

Paylaş

Xəbər lenti

Leyla Abdullayeva Paris merinə etiraz məktubu göndərib Bu gün, 19:48 İran hakimiyyəti yeni kütləvi etirazlardan narahatdır Bu gün, 19:48 Prezidentin Qırğızıstana işgüzar səfəri başa çatıb Bu gün, 19:48 MİDA-da yaşayan sakinləri SEVİNDİRƏCƏK XƏBƏR Bu gün, 19:48 Müğənnini öldürən qızı, həm də onun pullarını oğurlayırmış Bu gün, 19:48 Ərdoğan Putinə "Akkuyu" AES-i birlikdə istismara verməyi təklif edib Bu gün, 19:48 ANAMA ilə ARMAC mina fəaliyyətində əməkdaşlığı müzakirə edib Bu gün, 19:48 Komitə bağçada təhsil alan uşağın qanında psixotrop maddə aşkarlanması iddiası ilə bağlı müraciət edib Bu gün, 18:48 Prezident İlham Əliyevin "ŞƏT plyus" formatında görüşdə iştirakından yeni görüntülər Bu gün, 18:48 Azərbaycan və Çin Xəzərdə mümkün enerji layihələrini müzakirə edib Bu gün, 18:48 İlham Əliyev Narendra Modi ilə görüşü barədə paylaşım edib Bu gün, 18:48 Yasamal sakinləri qorxu içində: Dəhşət saçan problemi kim həll etməlidir? Bu gün, 18:48 Məsud Pezeşkian İlham Əliyevlə Azərbaycan dilində danışdı: İranda müzakirələr yarandı Bu gün, 18:48 Babək prospektində maşın yanıb Bu gün, 17:48 Balakən gömrüyündə 232 min manatlıq gizli mallar üzə çıxdı Bu gün, 17:48 İlber Ortaylının qızı atasına aid əşyaların "WhatsApp" qrupunda satılmasından danışdı Bu gün, 17:48 Tulin Ələkbərova və tələbəsi azadlığa çıxdı Bu gün, 17:48 Damla: "Sənətə gələndə bir ananın ögey övladı kimi təkləndim" Bu gün, 17:48 Nepaldakı daşqınlarda bu yaşıl ev dağılmadı Bu gün, 17:48 Azərbaycanlı aktrisa: "İstanbullu gəlin idim, oldum istanbullu turist..." Bu gün, 17:48 Övladı bağçaya gedən valideynlərə nazirlikdən VACİB MÜRACİƏT Bu gün, 17:48 Bakı buxtası neft ləkələrindən təmizlənəcək – 1,77 milyon manat ayrılır Bu gün, 17:48 34 il əvvəl atasını ağacla öldürən şəxs həbs edilib - TƏFƏRRÜAT Bu gün, 16:48 Antalyada 2 gündə 38 meşə yanğını olub Bu gün, 16:48 Putin İran prezidenti ilə görüşüb Bu gün, 16:48 İlham Əliyevin sosial media hesablarında "ŞƏT plyus" formatında görüşündəki çıxışına dair paylaşım edilib Bu gün, 16:48 Tanınmış aparıcıya vəzifə verildi Bu gün, 16:48 SOCAR ilə Çinin "CNOOC" şirkəti arasında Anlaşma Memorandumu imzalanıb Bu gün, 16:48 Azərbaycan ilə NATO arasında minatəmizləmə sahəsində əməkdaşlıq müzakirə olunub Bu gün, 16:48 Psixoloq azyaşlıya şiddət tətbiq edib? Sakinlərdən sərt mövqe Bu gün, 16:48 Tarix boyu güclü zəlzələlər olub: Bəs indi Azərbaycanda təhlükə varmı? - RƏSMİ Bu gün, 16:48 Prezident: Müttəfiqlik münasibətləri haqqında Müqavilə Azərbaycan-Qırğızıstan münasibətlərini ən yüksək səviyyəyə qaldırdı Bu gün, 15:48 Dilarə Əliyeva Xalq artisti qayınatasının 81 yaşını belə təbrik etdi Bu gün, 15:48 Bakıda bağçada uşağın qanında psixotrop maddə aşkarlanması iddiası araşdırılır - RƏSMİ Bu gün, 15:48 İlham Əliyev: Ermənistanla birlikdə yeni yerüstü nəqliyyat kommunikasiyalarının yaradılması üzərində çalışırıq Bu gün, 15:48 Azərbaycanlı döyüşçü ONE FC-də növbəti sınağına çıxacaq Bu gün, 15:48 "Neftçi SOCAR" Dünya Qadın Seriyasında mövsümü ikinci pillədə başa vurub Bu gün, 15:48 Prezident İlham Əliyev: Azərbaycan bundan sonra da beynəlxalq məsələlərdə çoxtərəflilik prinsiplərinin möhkəmləndirilməsinə öz töhfəsini verəcək Bu gün, 15:48 Prezident: BMT TŞ-nin qətnamələrinin qısa müddətdə icrası üçün müvafiq mexanizmlərin hazırlanması tələb olunur Bu gün, 15:48 Növbəti köç karvanı Ağdam şəhərinə çatıb, açarlar təqdim edilib Bu gün, 15:48 Tupak Şakurun qətlində təqsirləndirilən şəxsə hökm oxundu - Ömürlük HƏBS Bu gün, 15:48 Vilayət Eyvazov Sumqayıtda vətəndaş qəbulu və sıra baxışı keçirib Bu gün, 15:48 Niyaməddin Musayevin fotoşoplu görüntüləri müzakirələrə səbəb oldu Bu gün, 15:48 SOCAR və "Comstock Resources" strateji tərəfdaşlıq üzrə Niyyət Məktubu imzalayıb Bu gün, 15:48 "Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün yeni tribuna quraşdırılıb Bu gün, 15:48 YENİ KƏŞF: Bu planetin cənubu şimalından 400 dərəcə daha istidir Bu gün, 14:48 Prezident İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış edib Bu gün, 14:48 Mehriban Əliyeva Bişkekdə dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR