30-03-2026, 15:48 106

Xalq artisti Rasim Balayev dəfn olundu

Ötən gün vəfat edən 77 yaşlı Xalq artisti Rasim Balayev dəfn olunub.

AVESTA.AZ xəbər verir ki, mərhum I Fəxri Xiyabanda torpağa tapşırılıb.

Onu dəfnində ailə üzvləri və xeyli sayda tanınmış ictimaiyyət nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, Rasim Balayev 1948-ci ilin avqustun 8-də Ağsuda doğulub. Aktyor "Nəsimi", "Babək", "Dədə Qorqud", "Həm ziyarət, həm ticarət", "Otel otağı", "Cavid ömrü" kimi filmlərdə tamaşaçıların yaddaşında silinməz iz buraxıb.

Xalq artisti 29 mart 2026-cı il tarixində, ömrünün 77-ci ilində müalicə olunduğu Türkiyənin İstanbul şəhərində vəfat edib.

***13:49

Ötən gün vəfat edən Xalq artisti Rasim Balayev son mənzilə yola salınıb.

AVESTA.AZ xəbər verir ki, onun Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçirilən vida mərasimi yekunlaşıb.

Sənətkar son dəfə alqışlarla I Fəxri Xiyabana yola salınıb. Mərhum orada torpağa tapşırılacaq.

Qeyd edək ki, Türkiyədə vəfat edən aktyor uzun müddət idi səhhətində yaranan ciddi problemlərlə əlaqədar müalicə alırdı. O ağciyər xərçəngi və şəkər xəstəliyindən əziyyət çəkirdi.

Rasim Balayev 1976-cı ildə "Əməkdar artist", 1982-ci ildə "Xalq artisti" fəxri adlarına, 1986-cı ildə isə respublikanın Dövlət Mükafatına layiq görülüb.

Aktyor həmçinin 1998-ci ildə "Şöhrət", 2018-ci ildə "Şərəf", 2023-cü ildə "İstiqlal" ordenləri ilə təltif olunub. 2005-ci ildən Prezidentin fərdi təqaüdçüsü idi.

***13:31

Xalq artisti Rasim Balayevlə Akademik Milli Dram Teatrında keçirilən vida mərasimi başa çatıb.

AVESTA.AZ xəbər verir ki, vida mərasimində Baş nazir Əli Əsədovla yanaşı, nazirlər, deputatlar, görkəmli aktyorun ailə üzvləri, sənət dostları, mədəni-ictimai xadimlər və media mənsubları iştirak ediblər.

Mərasimin ardınca Xalq artistinin nəşi dəfn olunmaq üçün Birinci Fəxri xiyabana aparılıb.

***13:12

Baş nazir Əli Əsədov Xalq artisti Rasim Balayevlə vida mərasimində iştirak edir.

AVESTA.AZ xəbər verir ki, mərhum sənətkarla vida mərasimi Akademik Milli Dram Teatrında keçirilir.

Qeyd edək ki, R.Balayev ötən gün İstanbulda müalicə aldığı xəstəxanada vəfat edib. Onun cənazəsi gecə saatlarında Bakıya gətirilib.

***11:00

Ötən gün vəfat edən 77 yaşlı Xalq artisti Rasim Balayevlə vida mərasimi keçirilir.

AVESTA.AZ xəbər verir ki, mərasim Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında təşkil edilib.

Burada mərhumun ailə üzvləri, yaxınları, dostları və bir sıra tanınmış ictimaiyyət nümayəndələri iştirak edirlər.

https://www.youtube.com/live/YfGEqpn4hgc?si=ynYR8BGXLpbsylD0

Vida mərasimi bitdikdən sonra görkəmli aktyorun nəşi I Fəxri Xiyabana aparılacaq. Mərhum orada torpağa tapşırılacaq.

Xatırladaq ki, Xalq artisti uzun müddət ağciyər xərçəngindən əziyyət çəkib. Türkiyədə müalicə alan aktyor ötən gün səhər İstanbulda "Memorial" klinikada vəfat edib.

Rasim Balayev 70-dən çox bədii filmdə bir-birindən maraqlı və yaddaqalan obrazlar yaradıb. Onun zəngin yaradıcılıq yolu daima gənc aktyorlara məktəb və örnək olub.

Zöhrə Pənahi

Paylaş

Xəbər lenti

Babək prospektində maşın yanıb Bu gün, 17:48 Balakən gömrüyündə 232 min manatlıq gizli mallar üzə çıxdı Bu gün, 17:48 İlber Ortaylının qızı atasına aid əşyaların "WhatsApp" qrupunda satılmasından danışdı Bu gün, 17:48 Tulin Ələkbərova və tələbəsi azadlığa çıxdı Bu gün, 17:48 Damla: "Sənətə gələndə bir ananın ögey övladı kimi təkləndim" Bu gün, 17:48 Nepaldakı daşqınlarda bu yaşıl ev dağılmadı Bu gün, 17:48 Azərbaycanlı aktrisa: "İstanbullu gəlin idim, oldum istanbullu turist..." Bu gün, 17:48 Övladı bağçaya gedən valideynlərə nazirlikdən VACİB MÜRACİƏT Bu gün, 17:48 Bakı buxtası neft ləkələrindən təmizlənəcək – 1,77 milyon manat ayrılır Bu gün, 17:48 34 il əvvəl atasını ağacla öldürən şəxs həbs edilib - TƏFƏRRÜAT Bu gün, 16:48 Antalyada 2 gündə 38 meşə yanğını olub Bu gün, 16:48 Putin İran prezidenti ilə görüşüb Bu gün, 16:48 İlham Əliyevin sosial media hesablarında "ŞƏT plyus" formatında görüşündəki çıxışına dair paylaşım edilib Bu gün, 16:48 Tanınmış aparıcıya vəzifə verildi Bu gün, 16:48 SOCAR ilə Çinin "CNOOC" şirkəti arasında Anlaşma Memorandumu imzalanıb Bu gün, 16:48 Azərbaycan ilə NATO arasında minatəmizləmə sahəsində əməkdaşlıq müzakirə olunub Bu gün, 16:48 Psixoloq azyaşlıya şiddət tətbiq edib? Sakinlərdən sərt mövqe Bu gün, 16:48 Tarix boyu güclü zəlzələlər olub: Bəs indi Azərbaycanda təhlükə varmı? - RƏSMİ Bu gün, 16:48 Prezident: Müttəfiqlik münasibətləri haqqında Müqavilə Azərbaycan-Qırğızıstan münasibətlərini ən yüksək səviyyəyə qaldırdı Bu gün, 15:48 Dilarə Əliyeva Xalq artisti qayınatasının 81 yaşını belə təbrik etdi Bu gün, 15:48 Bakıda bağçada uşağın qanında psixotrop maddə aşkarlanması iddiası araşdırılır - RƏSMİ Bu gün, 15:48 İlham Əliyev: Ermənistanla birlikdə yeni yerüstü nəqliyyat kommunikasiyalarının yaradılması üzərində çalışırıq Bu gün, 15:48 Azərbaycanlı döyüşçü ONE FC-də növbəti sınağına çıxacaq Bu gün, 15:48 "Neftçi SOCAR" Dünya Qadın Seriyasında mövsümü ikinci pillədə başa vurub Bu gün, 15:48 Prezident İlham Əliyev: Azərbaycan bundan sonra da beynəlxalq məsələlərdə çoxtərəflilik prinsiplərinin möhkəmləndirilməsinə öz töhfəsini verəcək Bu gün, 15:48 Prezident: BMT TŞ-nin qətnamələrinin qısa müddətdə icrası üçün müvafiq mexanizmlərin hazırlanması tələb olunur Bu gün, 15:48 Növbəti köç karvanı Ağdam şəhərinə çatıb, açarlar təqdim edilib Bu gün, 15:48 Tupak Şakurun qətlində təqsirləndirilən şəxsə hökm oxundu - Ömürlük HƏBS Bu gün, 15:48 Vilayət Eyvazov Sumqayıtda vətəndaş qəbulu və sıra baxışı keçirib Bu gün, 15:48 Niyaməddin Musayevin fotoşoplu görüntüləri müzakirələrə səbəb oldu Bu gün, 15:48 SOCAR və "Comstock Resources" strateji tərəfdaşlıq üzrə Niyyət Məktubu imzalayıb Bu gün, 15:48 "Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün yeni tribuna quraşdırılıb Bu gün, 15:48 YENİ KƏŞF: Bu planetin cənubu şimalından 400 dərəcə daha istidir Bu gün, 14:48 Prezident İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış edib Bu gün, 14:48 Mehriban Əliyeva Bişkekdə dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub Bu gün, 14:48 Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşüb Bu gün, 14:48 Anar Bayramov Vüqar Qurbanovun qohumunu işdən çıxardı Bu gün, 14:48 İndiyədək Birinci Qarabağ müharibəsində itkin düşmüş 267 nəfərin qalıqları ailələrinə təhvil verilib Bu gün, 14:48 Azərbaycan Prezidenti: Çoxillik münaqişə zonası olmuş Cənubi Qafqaz bölgəsi sülh zonasına çevrilməkdədir Bu gün, 14:48 İlham Əliyev Bişkekdə Vladimir Putinlə ayaqüstü görüş keçiriblər Bu gün, 13:48 Balıq ovu mövsümü açıldı Bu gün, 13:48 İlhamə Qədimova: Azərbaycanda yerli toxum istehsalı artırılacaq Bu gün, 13:48 Əliyevlə Ərdoğan Bişkekdə nələri müzakirə etdilər? - "Haber Global"ın süjeti Bu gün, 13:48 Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazələrin verilməsi qaydaları açıqlanıb Bu gün, 13:48 Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazə və ödənişlər kimlərə şamil edilmir? Bu gün, 13:48 Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə görə ödənişlər müəyyən edilib Bu gün, 13:48 Məşhur aktrisa: "Atamın vəfatını 6 il əvvəl yuxumda gördüm, 6 il sonra onu itirdik" Bu gün, 13:48 13 il əvvəlki qətlin təşkilində təqsirləndirilən şəxs məhkəməyə göndərilib Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR