
Biləsuvar rayonunda qadın meyiti aşkarlanıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Nəsimikənd kəndində qeydə alınıb.
Kənd sakini, 1985-ci il təvəllüdlü Xalidə Ağabəy qızı Rüstəmovanın meyiti yaşadığı evin həyətindəki tikilidə aşkar edilib.
Qeyd olunub ki, X.Rüstəmova iki uşaq anası olub.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.