13-05-2026, 20:48 296

Bakıda 28 marşrutun hərəkət sxemi dəyişdirilir

Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası ilə əlaqədar yollarda tənzimləmənin aparılması və tətbiq ediləcək məhdudiyyətlər səbəbindən mayın 16-dan 28 sayda avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir, 4 sayda ekspres marşrutun fəaliyyəti isə müvəqqəti dayandırılır.

AVESTA.AZ xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Dəyişikliyə əsasən:

Başlanğıc dayanacaq məntəqələri Zabrat, Ramana qəsəbələri və Savalan yaşayış massivi olan 148, 162, 197 və 198 nömrəli marşrutların son dayanacağı Sabunçu Dəmiryol Stansiyasının qarşısında təşkil ediləcək.

Başlanğıcını Ramana (Gülçülük sovxozu) və Pirşağı qəsəbələrindən götürən 166, 173A və 173B nömrəli marşrutların son dayanacaq məntəqəsi metronun "Ulduz" stansiyasının yaxınlığında, Xəlil Rza Ulutürk küçəsi olacaq. Avtobuslar Balaxanı yolu ilə hərəkət edəcək.

Başlanğıc dayanacaqları Buzovna və Maştağa qəsəbələri olan 107, 107A və 131 nömrəli, eləcə də Binə qəsəbəsi (Atçılıq yaşayış massivi) olan 168 və 169 nömrəli marşrutların son dayanacaq məntəqəsi metronun "Neftçilər" stansiyasının yaxınlığında, Rüstəm Rüstəmov küçəsində təşkil ediləcək. Avtobuslar Bakıxanov qəsəbəsindən keçəcək.

Başlanğıcını Zabrat və Ramana qəsəbələrindən götürən 118A, 118B və 204 nömrəli marşrutların Bakıxanov qəsəbəsindən keçməklə, həmçinin, başlanğıc dayanacağı Keşlə qəsəbəsi olan 15 nömrəli marşrutun son dayanacağı metronun "Qara Qarayev" stansiyasının yaxınlığında, Azər Manafov küçəsində olacaq.

Başlanğıc dayanacaq məntəqələri Ramana qəsəbəsi olan 214 və 214A nömrəli marşrutların son dayanacağı Naxçıvanski küçəsində, "8-ci kilometr" bazarının yaxınlığında təşkil ediləcək. Avtobuslar Bakıxanov qəsəbəsindən keçməklə hərəkət edəcək.

Başlanğıcını Sabunçu qəsəbəsindən götürən 70 nömrəli marşrut Bakıxanov qəsəbəsindən keçəcək.

Metronun "Azadlıq prospekti" stansiyasından başlanğıcını götürən 71 nömrəli marşrutun son dayanacaq məntəqəsi Ziya Bünyadov prospektində, "Koroğlu" NMM-in yaxınlığında olacaq.

32 və 125 nömrəli müntəzəm marşrutların son dayanacaq məntəqəsi "28 May" NMM-dən çıxarılaraq Dilarə Əliyeva küçəsində, Səməd Vurğun bağının yanında təşkil edilir.

"Cəmşid Naxçıvanski adına Hərbi Lisey" istiqamətindən hərəkət edən 60 nömrəli marşrutun avtobusları "Koroğlu" NMM-ə daxil olmadan Heydər Əliyev prospektinin kənar hərəkət hissəsində, metronun "Koroğlu" stansiyasının yaxınlığında dayanmaqla fəaliyyət göstərəcək.

18 və 31 nömrəli marşrutların son dayanacaq məntəqəsi İstiqlaliyyət küçəsi, Qoşa Qala qapısının yanından çıxarılaraq Əhməd Cavad küçəsində təşkil ediləcək.

199 və M8 nömrəli marşrutların aralıq dayanacaq məntəqəsi - "Gənclik" NMM hərəkət sxemindən çıxarılaraq Əhməd bəy Ağaoğlu küçəsində təşkil olunacaq.

133 nömrəli marşrutun son dayanacağı "Gənclik" NMM-dən çıxarılaraq Fətəli xan Xoyski küçəsində, "Gənclik Mall"un qarşısında təşkil ediləcək.

Hövsan, Mərdəkan qəsəbələri və metronun "Xalqlar Dostluğu" stansiyası istiqamətlərində fəaliyyət göstərən 120E, 121E, 140E və E1 nömrəli ekspres marşrutların fəaliyyəti müvəqqəti dayandırılacaq.

Paylaş

Xəbər lenti

Şahin Mustafayev: "Azərbaycan Cənubi Qafqazda Çinin ən böyük ticarət tərəfdaşıdır" Bu gün, 20:48 Politoloq: Paşinyanın Qarabağdakı separatçı rejimə dəstəyi Praqada əldə olunan razılaşmalarla ziddiyyət təşkil edirdi Bu gün, 20:48 "Vətən daşı"nın quruluşçu rejissoru: "Çox uğurlu layihə olacaq" Bu gün, 20:48 Gəncə sakini odlu silahdan açılan atəş nəticəsində yaralandı Bu gün, 20:48 Azərbaycan və Fransanın XİN başçıları görüşüb Bu gün, 20:48 Xəstə halda işə, məktəbə getmək nə qədər təhlükəlidir? - XƏBƏRDARLIQ Bu gün, 20:48 Fuad Hüseynəliyev: Azərbaycan hər zaman şəhid və qazilərin qəhrəmanlığına həssas yanaşır Bu gün, 20:48 Nyu-Yorkda Azərbaycan-Belarus strateji tərəfdaşlığı müzakirə olunub Bu gün, 20:48 Qəzza ilə bağlı YENİ PLAN Bu gün, 19:48 Politoloq: Ermənistan Vətən müharibəsindən sonrakı 3 il ərzində danışıqlar prosesində səmimi olmayıb Bu gün, 19:48 "Global Media Group" və "Report" İnformasiya Agentliyi "Vətən daşı" sənədli filmini təqdim edib Bu gün, 19:48 Bakıda əmlak bazarında QİYMƏT ARTIMI: Torpaq və mənzillər bahalaşdı Bu gün, 19:48 "2020-ci il müharibəsinə aparan yol "yeni müharibə – yeni ərazilər" şüarından keçirdi" - RƏY Bu gün, 18:48 Bakının bu ərazisində yaşayanlar köçürüləcəklər - 35 MİLYON MANAT AYRILDI Bu gün, 18:48 Yuyulması üçün şirkətə verilən xalça yoxa çıxdı Bu gün, 18:48 Bakıda sakinləri SEVİNDİRƏCƏK XƏBƏR - Yeni layihə hazırlanır Bu gün, 18:48 Mikayıl Cabbarov Osman Murat Karadenizlə əməkdaşlıq perspektivlərini müzakirə edib Bu gün, 18:48 Finiş xəttindən kənarda: Böyük beynəlxalq yarış Azərbaycanın turizm iqtisadiyyatında artıma necə təkan verir Bu gün, 18:48 Gələn il üçün Həcc ziyarətinin ilkin qiyməti 6100 dollar müəyyən edilib Bu gün, 17:48 "Nar" inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib Bu gün, 17:48 Xəzər rayonunda mənzildən 33 min manat oğurlanıb Bu gün, 17:48 Alimlər uzunömürlülüyün əsas sirrini açıqladı: Kifayət qədər yuxu Bu gün, 17:48 Azərbaycanda ilk LEGO Certified Store "TORGROUP Global" tərəfdaşlığı ilə açılır Bu gün, 17:48 BMT-nin sınaq həftəsi: Qlobal böhranlara çarə tapılacaqmı? Bu gün, 17:48 3 maskalı şəxs Olimpiya çempionunun "Porsche"sini oğurladı Bu gün, 17:48 Qayınatasının evində yaşayan kişi arvadını çəliklə döydü Bu gün, 16:48 "Mərkəzi Nəbatat Bağı" və "Dendrologiya Bağı" birləşdirilib Bu gün, 16:48 "Şəfa" komandasının Premyer Liqadakı fasilə zamanı planı bəlli olub Bu gün, 16:48 Yeniyetməlikdə bu xəta qocalmanı SÜRƏTLƏNDİRİR: Alimlərdən ŞOK NƏTİCƏ Bu gün, 16:48 "Sumqayıt" Elşad Şirzadovu heyətinə qatıb Bu gün, 16:48 Makron çağırış etdi: Uşaqları qorumaq üçün süni intellekt modelləri yoxlanılmalıdır Bu gün, 16:48 "Hərbiləşdirilmiş Mühafizə İdarəsi" AZCON-un idarəetməsinə verilib Bu gün, 16:48 "AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib Bu gün, 16:48 Əhali qorxu içində: "Üstümə cumdu, məni yerlə sürüdü" Bu gün, 16:48 Bryus Uillisin səhhəti pisləşir: ailəsi aktyorun vəziyyəti barədə danışdı Bu gün, 16:48 Yer kürəsinin iki nəhəng buz örtüyü 47 ildə 12 trilyon tondan çox buz itirib Bu gün, 16:48 Qarabağda yeni iş yerləri - Maaşlar 2100 manata çatır Bu gün, 16:48 İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verib Bu gün, 16:48 Bakıda söküntü zamanı təklif edilən kompensasiya - RAYONLAR ÜZRƏ MƏBLƏĞ Bu gün, 15:48 "Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2026"ya bunları gətirmək qadağandır! - SİYAHI Bu gün, 15:48 Çayxana binasında yerləşən məktəbin taleyi necə olacaq? Bu gün, 15:48 MİDA qeyri-yaşayış obyektlərini hərrac vasitəsilə satışa çıxarır Bu gün, 15:48 Naxçıvanda cəza çəkən iki Türkiyə vətəndaşı Əfv Sərəncamı ilə azadlığa buraxılıb Bu gün, 15:48 ".az" domeninə güclü kiberhücumlar olub - 22 sayt çöküb Bu gün, 15:48 Martin Ryan Lənkərandakı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb Bu gün, 15:48 Ceyran Rəhimova illər sonra efirə qayıdır - Bu kanalda çalışacaq Bu gün, 14:48 Şarl Lekler: "Azərbaycan Qran-prisi zövq aldığım yarışlardan biridir" Bu gün, 14:48 "Qeyrətin çatırsa, vur" deyən arvadını bıçaqlayan kişi azadlığa buraxıldı Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR