
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisi Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində bu gün yoldaşlıq matçında qüvvəsini sınayıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Rəşad Eyubovun baş məşqçisi olduğu kollektiv Bəhreynlə qarşılaşıb.
Görüş Azərbaycanın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, U-21 növbəti yoldaşlıq matçını Qırğızıstan millisinə qarşı keçirəcək. Bu oyun iyunun 9-da baş tutacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.