
Sabirabad rayonunda küçə işıqlandırmasının uzun müddətdir işləmədiyi bildirilir.
Sakinlərin AVESTA.AZ-ə bildirdiyinə görə, təxminən iki aydır rayonun müxtəlif ərazilərində, o cümlədən Muğam prospektində küçə işıqları yanmır.
Vətəndaşlar iddia edirlər ki, yaranmış vəziyyət həm piyadalar, həm də sürücülər üçün ciddi çətinliklər yaradır. Onların sözlərinə görə, son vaxtlar yol-nəqliyyat hadisələrinin sayı artıb, axşam saatlarında insanların mağazalara və digər ünvanlara rahat şəkildə getməsi çətinləşib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.