18-06-2026, 23:48 131

Deputat:

"İranın Azərbaycandakı keçmiş səfiri Seyid Abbas Musəvinin nə diplomatiya etikasına, nə regionun mövcud geosiyasi reallıqlarına, nə də beynəlxalq hüququn elementar prinsiplərinə sığmayan son bəyanatları onun simasında regionun reallıqlarını həzm edə bilməyənlərin növbəti "siyasi divanəliyi"dir".

AVESTA.AZ xəbər verir ki, bu sözləri Oxu.Az-a açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.

O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə regionda yaranmış tamamilə yeni bir konfiqurasiyanı, Cənubi Qafqazda formalaşan yeni düzəni, xüsusilə, Azərbaycanın yaratdığı postmüharibə reallıqlarını görə bilməyən birinin növbəti subyektiv, reallıqdan uzaq və cəfəng iddiaları bəzilərinin hələ də tarixin arxivinə gömülmüş imperiya ambisiyaları və xülyaları ilə yaşamaqda olduğunu göstərir:

"Musəvinin "Qafqaz bizim evimizdir" ifadəsi və bu regionu hansısa "tarixi təsir arealı" kimi qələmə vermək cəhdi ilk növbədə, imperialist xəstəliyinin növbəti təzahürüdür. Lakin keçmiş səfir unutmamalıdır ki, bu region heç bir kənar gücün, xüsusilə də illərlə Ermənistanın işğalçılıq siyasətinə dolayı və birbaşa dəstək verən bir dövlətin "arxa bağçası"na çevrilə bilməz.

Çünki "tarixi areal" iddiaları ilə çıxış etmək ən azı İran adlı süni coğrafi ad altındakı rejim üçün təhlükəlidir. Əgər tarixə müraciət olunacaqsa, bu gün özünü "ev sahibi" sayanların idarəçilik sistemindən tutmuş, oturduqları torpaqlara qədər kimlərin tarixi mirası olduğu hər kəsə yaxşı məlumdur. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü heç kimin köməyi və icazəsi ilə deyil, dövlət başçısının qətiyyəti, xalqının öz qanı və canı bahasına, beynəlxalq hüququ bərpa edərək təmin edib. Ona görə də regionda "geosiyasi sərhədlərin dəyişdirilməsi" bəhanəsi ilə qorxu ritorikası qurmaq absurd iflasdır.

Keçmiş səfirin Zəngəzur dəhlizi ilə bağlı proseslərdə "Azərbaycanın kənarda qaldığı" barədə iddiasına gəlincə, bu, sadəcə, gülüş doğurur və onun siyasi korluğunun sübutudur.

Həqiqət budur: Zəngəzur dəhlizi ideyasının müəllifi də, onun reallaşması üçün regionda geosiyasi iradə ortaya qoyan da şəxsən Azərbaycan Prezidentidir. Azərbaycan heç kimin iradəsindən asılı olmayaraq bu gün regionun əsas və İrandan fərqli olaraq yeganə təhlükəsiz və etibarlı logistik və siyasi mərkəzidir. Bakının iradəsi olmadan bu regionda ən kiçik bir layihə belə icra oluna bilməz.

Musəvinin iddia etdiyi kimi, Ermənistan və ABŞ-nin bu prosesdə "fəal rol oynaması" Azərbaycanın kənarda qalması yox, İrəvanın özünə yeni və daha təhlükəli ağalar axtarmasının, Ermənistanın suverenliyini tamamilə itirərək poliqona çevrilməsinin göstəricisidir. Əgər bu gün İranın burnunun ucunda - Ermənistanda ABŞ şirkətləri, Qərb missiyaları at oynadırsa, Tehran bunun günahını Bakıda yox, illərdir bağrına basdığı, "böyük bacı"lıq etdiyi İrəvanda axtarmalıdır".

Deputatın sözlərinə görə, Musəvinin prosesi "Tramp marşrutu" adlandıraraq istehza etməsi əslində daxili qorxunun və acizliyin ifadəsidir:

"Tehran yaxşı anlayır ki, Qərblə Ermənistanın bu qucaqlaşması gec-tez İranın özünə qarşı yönələcək. Vaxtilə Azərbaycan torpaqları işğal altında olanda Ermənistanla "islam həmrəyliyi"ni unudub sərhəd ticarəti edənlər, bu gün Ermənistanın Qərbin plasdarmına çevrilməsi qarşısında aciz qalıblar və bu acizliyi Azərbaycanın üzərinə kölgə salmaqla kompensasiya etməyə çalışırlar. Lakin cənab Prezident İlham Əliyevin qətiyyətli xətti bəllidir: Biz öz torpağımızda və bütövlükdə regionumuzda beynəlxalq hüquqa əsaslanan maraqlarımızı diktə edən tərəfik. Musəvi və onun təmsil etdiyi dairələr anlamalıdırlar ki, Azərbaycanla təhdid, köhnəlmiş imperiya ritorikası və diplomatik manipulyasiya dilində danışmaq mümkün deyil. Bakı öz milli maraqlarını bütün müstəvilərdə qorumağa qadirdir. Hələ də səmasında İsrail və ABŞ hərbi təyyarələrinin istədiyi anda uçuş etməsinə mane ola bilməyən İran tərəfi bölgədə real sabitlik istəyirsə, cəfəng bəyanatları kənara qoyub, regionun böyük gücü olan Azərbaycanın yaratdığı "3+3" formatına və regional əməkdaşlıq platformalarına uyğunlaşmalıdır. Biz ümumbəşəri dəyərlərə sadiq olaraq qədim tarixi bağlara, çox sıx və dərin ortaq ənənələrə malik olduğumuz İranla dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamağı, faydalı birgə fəaliyyət göstərməyi arzu edirik. Lakin bu reallığı anlamayacağı təqdirdə İran özü elə Musəvinin dediyi kimi "kənarda qalan" tərəf olacaq".

Paylaş

Xəbər lenti

Ərdoğan: Məqsədimiz regionda ədalət, təhlükəsizlik və rifahı təmin etməkdir Bu gün, 22:48 Frank-Valter Ştaynmayer: Almaniyada birinci və ikinci dərəcəli vətəndaş yoxdur Bu gün, 22:48 Salyanda iki avtomobil toqquşub, bir nəfər ölüb Bu gün, 22:48 Qobudakı məktəbdə təmir işləri nə vaxt bitəcək? Bu gün, 22:48 UEFA Çempionlar Liqası: "Sabah" - "Hapoel" oyununda əlavə vaxt olacaq Bu gün, 22:48 Avropa çempionatı: Niderland millisi Bakıda üçüncü qələbəsini qazanıb Bu gün, 21:48 Azərbaycan Çöl Sivilizasiyasının Tədqiqi üzrə Beynəlxalq Konsorsiuma qoşulacaq Bu gün, 21:48 53 yaşlı kişi qətlə yetirilib Bu gün, 21:48 Ağsuda asfalt örtüyündə dərin çatlar və çökmələr əmələ gəlib Bu gün, 21:48 Belarus Prezidenti Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib Bu gün, 21:48 UEFA Çempionlar Liqası: "Sabah" - "Hapoel" oyununda ikinci qol vurulub Bu gün, 21:48 "Mançester Yunayted" Karlos Balebanı heyətinə qatdığını açıqlayıb Bu gün, 21:48 Hörmüz boğazında müvəqqəti dəhliz yaradılacaq Bu gün, 21:48 Nə müharibələr, nə pandemiyalar zamanı olmuşdu: Bəşəriyyət azalmaq təhlükəsi ilə üz-üzə Bu gün, 21:48 Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti tədarük həyata keçirilib Bu gün, 20:48 Yaxın Şərqdə yeni mərhələ: Parçalanan dövlətlər toparlana biləcək? Bu gün, 20:48 Sabah" - "Hapoel" oyununun start heyətləri bəlli oldu Bu gün, 20:48 Elxan Mütəllimov DOST Agentliyində departament müdiri təyin edilib Bu gün, 20:48 Tramp Hörmüzlə bağlı "sıfır dözüm siyasəti" elan etdi: "Gəmilər məhv ediləcək" Bu gün, 20:48 "Doğuş" edən oyuncaqlar görənləri şoka saldı: "Açıq-aşkar cəmiyyəti pozurlar" Bu gün, 20:48 Kamil Xasiyev etimadnaməsinin sürətini Maksimilian Henniqə təqdim edib Bu gün, 19:48 Niderlandlı futbolçu Ernest Poku "Beşiktaş"a keçir Bu gün, 19:48 Mərkəzi Neftçilər Xəstəxanasında onlayn növbə sistemi istifadəyə verilib Bu gün, 19:48 Dələduzluqda təqsirləndirilən şəxs Qazaxıstandan Azərbaycana ekstradisiya edilib Bu gün, 19:48 Fuad Hüseynəliyev: Süni intellekt gənclərə tarixi çatdırmaqda mühüm vasitə ola bilər Bu gün, 18:48 Paşinyan müxalifəti hərbi müdaxilələr hazırlamaqda ittiham edib Bu gün, 18:48 Azərbaycan ağırlıqqaldıranı Fəxrəddin Allahverdiyev Avropa birinciliyində 3 gümüş medal qazanıb Bu gün, 18:48 Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinin sentyabr ayı üçün cədvəli açıqlanıb Bu gün, 18:48 Prezident Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarına dair sərəncamını dəyişib Bu gün, 17:48 Sabah Bakı və bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ Bu gün, 17:48 Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi hansı sahələr hesabına artırıla bilər? Bu gün, 17:48 Avtobusların dayanacaq yeri "Gənclik Mall"un qarşısındakı məntəqədən təşkil edilib Bu gün, 17:48 Çimərlik güləşi üzrə beynəlxalq yarışlara qatılacaq Azərbaycan millilərinin heyəti müəyyənləşib Bu gün, 17:48 Lerikdə nasaz elektrik xətləri təhlükə saçır: Heyvanları cərəyan vurub Bu gün, 17:48 Rasim Həsənovun azadlığa buraxılması qərarından protest verilib Bu gün, 17:48 "Qazaxıstan" telekanalı Azərbaycanla birgə media layihələrində maraqlıdır Bu gün, 17:48 "McDonald"s Azərbaycan" "Nizami Mall"-da yeni restoran açıb Bu gün, 17:48 Fidan Mahmudova yüksək vəzifəyə təyin olundu Bu gün, 17:48 Bred Pitt: "Evləndiyim üçün çox peşmanam, gərək... " Bu gün, 17:48 Bakıdan Daşkəndə uzanan qardaşlıq yolu: Azərbaycan–Özbəkistan münasibətlərində yeni tarixi mərhələ - ŞƏRH Bu gün, 16:48 Zelenski İlham Əliyevə təşəkkür edib, Azərbaycanın dəstəyini qeyd edib Bu gün, 16:48 Azercell qadınları dəstəkləyən müsabiqə elan edir Bu gün, 16:48 Kərim Vəliyev pakistanlı həmkarı ilə hərbi təhsillə bağlı müzakirələr aparıb Bu gün, 16:48 Eldar Hacıbalayev vəzifəsindən azad edildi Bu gün, 16:48 Bakıda gecə klubunda baş verən yanğın söndürülüb Bu gün, 16:48 Avqustun müavinət, təqaüd, ünvanlı sosial yardımları ödənilib Bu gün, 16:48 Bakıda uşaq əyləncə mərkəzi Moka Land-də "1+1" aksiyası – ikinci uşaq pulsuz Bu gün, 16:48 İlham Əliyevdən "Formula-1"lə bağlı SƏRƏNCAM Bu gün, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR