
"Neftçi" futbolçusu Cordan Rezabala ilə vidalaşıb.
Bu barədə AVESTA.AZ-ə klubun mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, ekvadorlu yarımmüdafiəçi "Neftçi"yə ötən ilin yayında transfer olunub. O, Bakı kollektivinin heyətində 26 rəsmi oyun keçirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.