30-06-2026, 13:48 148

Ələt AİZ-də bəzi müəssisələrə 15 illik gömrük güzəşti veriləcək

Azərbaycanda gömrük rüsumlarından azad edilən istehsal fəaliyyətlərinin siyahısı genişləndiriləcək.

BAKU.WS trend-ə istinadən xəbər verir ki, bu, Milli Məclisin bugünkü iclasında müzakirə edilən "Gömrük tarifi haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş Ələt azad iqtisadi zonasında Azad Zona hüquqi şəxsi tərəfindən tamamilə istehsal edilmiş və ya emala məruz qalma meyarlarına uyğun olaraq kifayət qədər emal olunmuş Azərbaycan Respublikası mənşəli malların həcminin azı 50 faizinin ölkə hüdudlarından kənara ixracı şərtilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada Ələt azad iqtisadi zonasından əsas iqtisadiyyata gətirilməsi malı istehsal və ya emal edən Azad Zona hüquqi şəxsinin təsis olunduğu tarixdən 15 il müddətində gömrük rüsumlarından azad ediləcək.

Bildirilib ki, qanun layihəsi Ələt Azad İqtisadi Zonası ərazisinə investisiya cəlbi üçün əlverişli şəraitin yaradılması və həmin ərazidə istehsal olunan malların rəqabət qabiliyyətinin qorunması məqsədilə hazırlanıb.

Belə ki, qanun layihəsi Azad zona ərazisində istehsal olunmuş seçilmiş malların əsas iqtisadiyyata gətirilməsi zamanı aşağıdakı şərtlər əsasında gömrük rüsumundan azad edilməsini nəzərdə tutur:

  • güzəşt tətbiq ediləcək malların siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək;
  • güzəşt Ələt Azad İqtisadi Zonası ərazisində Azad zona hüquqi şəxsi tərəfindən tamamilə istehsal edilmiş və ya kifayət qədər emal olunmuş Azərbaycan mənşəli mallara şamil ediləcək;
  • güzəşt malı istehsal edən və ya emal edən Azad zona hüquqi şəxsinin təsis olunduğu tarixdən etibarən 15 il müddətində tətbiq ediləcək;
  • güzəşt istehsal olunan məhsulun həcminin ən azı 50 faizinin Azərbaycan ərazisindən kənara ixrac edilməsi şərti ilə veriləcək.

Yuxarıda göstərilən şərtlər nəzərə alınmaqla Azad zona ərazisində istehsal olunacaq müvafiq malların əsas iqtisadiyyata gətirilməsi qaydaları və bununla bağlı digər məsələlər müvafiq qaydada təsdiq ediləcək qaydalarla tənzimlənəcək.

Qanun layihəsi Azad zona ərazisinə investisiya cəlbi üçün əlverişli şəraitin yaradılmasına, həmçinin həmin ərazidə istehsal olunan malların Azərbaycanın daxili bazarında ölkəmizin sərbəst ticarət sazişi bağladığı ölkələrdən idxal olunan analoji mallarla rəqabət qabiliyyətinin qorunması imkanlarının genişləndirilməsinə xidmət edəcək.

Qanun qəbul ediləcəyi təqdirdə, 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Paylaş

Xəbər lenti

Müqəddəs kitabların təhqir edilməsi və qlobal ikili standartlar - "İslamın mahiyyəti sülh və ədalətdir" Bu gün, 20:48 Zahid Oruc: "Tarixi irsimizi mənimsəyə bilməzlər" Bu gün, 20:48 Dostunun borc verdiyi 500 000 dolları 10 dəqiqədə qumarda itirib Bu gün, 20:48 Tarixi həqiqətlər dəyişmir - "Qafqaz Albaniyası birmənalı olaraq Azərbaycanın qədim irsidir" Bu gün, 20:48 Politoloq:  "İşğal olunan bütün mədəni sərvətlərimiz də azadlığına qovuşmalıdır" Bu gün, 19:48 Avropa Parlamentinin mövqeyi ikili standartların göstəricisidir Bu gün, 19:48 Qarabağın Alban irsi: Tarixi faktlar nə deyir? – Politoloqdan mühüm AÇIQLAMA Bu gün, 19:48 Politoloq: "Ermənilərin tarixi faktları silmə cəhdləri uğursuzluqla başa çatacaq" Bu gün, 19:48 Azərbaycan neftinin əsas alıcıları açıqlanıb - TOP 10 Bu gün, 18:48 Allahşükür Paşazadə Prezident İlham Əliyevə təşəkkür edib Bu gün, 18:48 Eşqləri cəmi 1 ay çəkdi - Məşhur aktrisa futbolçu sevgilisindən ayrıldı Bu gün, 18:48 Avropa bazarı üçün keyfiyyət imtahanı: Azərbaycan nəyi dəyişdi? Bu gün, 18:48 AHİK-in Əmək və Sosial Münasibətlər Akademiyasında "Bilik günü" keçirilib Bu gün, 18:48 Zahid Oruc: "Qarabağ uğrunda mübarizənin məzmunu dəyişir" Bu gün, 18:48 Şəbnəm Həsənova: "Qarabağın Alban-xristian irsi Azərbaycanın tarixi-mədəni irsinin mühüm komponentidir" Bu gün, 18:48 Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib Bu gün, 17:48 İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır Bu gün, 17:48 Ədliyyə orqanlarında tibb xidməti işçilərinə xüsusi rütbələrin verilməsi təklif edilir Bu gün, 17:48 Prezident: Azərbaycan gücləndikcə, ona qarşı Qərbdən çirkin media kampaniyası aparılır Bu gün, 17:48 İlham Əliyev: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz Bu gün, 17:48 AMB iki lombard və bir lizinq şirkətinin vəzifəli şəxslərini cərimələyib Bu gün, 17:48 "Azərşəkər"dən kiçik məktəblilərə böyük sevinc Bu gün, 17:48 İlk dəfə açıqladılar: ABŞ kosmosa silah yerləşdirdi Bu gün, 17:48 Xırdalanda qumbara partladı, 19 yaşlı qız həlak oldu Bu gün, 17:48 Müğənni Afət Fərmanqızı növbəti dəfə məhkəməyə verildi Bu gün, 17:48 Nazilə Səfərlidən ETİRAZ: "Hər uşağın bir sürücüsü var, niyə?" Bu gün, 17:48 8 Noyabr prospektində səki çöküb Bu gün, 17:48 Prezident: Biz intiqamımızı döyüş meydanında artıqlaması ilə aldıq Bu gün, 16:48 Prezident: Biz hər zaman çalışmışıq İslam həmrəyliyini əməli-praktiki addımlarla gücləndirək Bu gün, 16:48 Şengen zonasına daxil olan 9 ölkədə bu sistemin tətbiqi təxirə salındı Bu gün, 15:48 Azərbaycan Türkiyəyə COP31-lə bağlı böyük dəstək verir Bu gün, 15:48 Sabahdan hava PİSLƏŞİR - XƏBƏRDARLIQ Bu gün, 15:48 Nəvai kommunal borcuna görə məhkəməyə verildi Bu gün, 15:48 Azərbaycanın 8 ayda Ermənistana ixracının ümumi dəyəri açıqlanıb Bu gün, 15:48 Həbsxanaya göndərilən bağlamadan narkotik çıxdı – Marixuana, heroin və metamfetamin aşkarlanıb Bu gün, 15:48 Azercell Könüllüləri yeni tədris ili ərəfəsində məktəblilərə dəstək oldu Bu gün, 15:48 İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib Bu gün, 14:48 Ceyhun Bayramov və Ararat Mirzoyan Nyu-Yorkda görüşməyi planlaşdırırlar Bu gün, 14:48 Prokurorluq İlkini toyda öldürən şəxsə verilən cəzaya etiraz etdi Bu gün, 14:48 Zakir Həsənov Çinə getdi Bu gün, 14:48 Könül Kərimova birinci sinifə gedən nəvəsini belə təbrik etdi Bu gün, 14:48 Hakimlərin təkbaşına qərarvermə halları dəqiqləşdirilir Bu gün, 14:48 Ceyhun Bayramov: Azərbaycan və Türkiyə arasında dünya səviyyəsində bənzəri olmayan münasibətlər var Bu gün, 14:48 Azərbaycan-Türkiyə ticarət dövriyyəsi 3,2 milyard dolları keçib Bu gün, 14:48 Sevdadan mahnısını bəyənməyənlərə cavab: "Sakit olun, mahnıdır, dissertasiya deyil!" Bu gün, 13:48 Fərid Şəfiyev: Azərbaycan-Türkiyə birliyinə qarşı mütəşəkkil dezinformasiya kampaniyaları aparılır Bu gün, 13:48 Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib Bu gün, 13:48 54 yaşlı müğənninin dəfnində BÖYÜK İZDİHAM Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR