17-07-2026, 19:48 147

690 bal toplayan Zamin Kərimov:

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələrini elan edib. II ixtisas qrupu üzrə ən yüksək nəticəni Sumqayıt şəhər 35 nömrəli tam orta məktəbin məzunu Zamin Kərimov göstərib.

O, qəbul imtahanının birinci mərhələsində 297.5, ikinci mərhələsində isə 392.5 bal toplayaraq ümumilikdə 690 bala yiyələnib.

AVESTA.AZ xəbər verir ki.ş təəssüratlarını Oxu.Az-a bölüşən Zamin Kərimov bildirib ki, yüksək nəticə göstərəcəyinə inamı olub:

"Bu, çox xoş hissdir. Sözlə ifadə edə bilmirəm. Nəticəni evdə öyrəndim".

O qeyd edib ki, buraxılış imtahanında itirdiyi balların əsas səbəbi diqqətsizlik olub və blok imtahanında bunu kompensasiya edəcəyinə inanıb:

"Bilirdim ki, düzəldəcəyəm. Çünki balları diqqətsizliyə görə itirmişdim".

Hazırlıq prosesində xüsusi metoddan istifadə etmədiyini deyən abituriyent uğurun əsas sirrinin davamlı zəhmət olduğunu vurğulayıb:

"Elə bir xüsusi metodum olmayıb. Sadəcə, çox çalışmışam. Yüksək nəticə üçün həm zəhmət, həm sistemli hazırlıq, həm də əzm lazımdır".

Zamin Kərimov bildirib ki, hazırlıq müddətində motivasiyasını heç vaxt itirməyib:

"Heç vaxt alınmayacağını düşünməmişəm. Həmişə nəticə əldə edəcəyimə inanmışam və buna görə də hazırlığımı davam etdirmişəm".

O əlavə edib ki, bir çox abituriyentdən fərqli olaraq sosial həyatdan tam uzaqlaşmayıb:

"Normal həyatımı davam etdirmişəm. Telefondan da çox uzaq qalmamışam".

Gələcəkdə maliyyə ixtisası üzrə təhsil almaq istədiyini deyən Z.Kərimov bu sahəyə marağının olduğunu bildirib. Abituriyent qazandığı uğurda ailəsinin və müəllimlərinin böyük payı olduğunu vurğulayıb:

"Ən böyük rol məhz onların olub".

O qeyd edib ki, 700 bala aparan 10 balı buraxılış imtahanında ana dili fənninin açıq suallarında, blok imtahanında isə riyaziyyatdan itirib.

Sonda gələcək abituriyentlərə də tövsiyəsini verib:

"Çox çalışsınlar və özlərinə inansınlar. Əsas bunlardır, qalan hər şey həll olunur".

Paylaş

Xəbər lenti

Müqəddəs kitabların təhqir edilməsi və qlobal ikili standartlar - "İslamın mahiyyəti sülh və ədalətdir" Bu gün, 20:48 Zahid Oruc: "Tarixi irsimizi mənimsəyə bilməzlər" Bu gün, 20:48 Dostunun borc verdiyi 500 000 dolları 10 dəqiqədə qumarda itirib Bu gün, 20:48 Tarixi həqiqətlər dəyişmir - "Qafqaz Albaniyası birmənalı olaraq Azərbaycanın qədim irsidir" Bu gün, 20:48 Politoloq:  "İşğal olunan bütün mədəni sərvətlərimiz də azadlığına qovuşmalıdır" Bu gün, 19:48 Avropa Parlamentinin mövqeyi ikili standartların göstəricisidir Bu gün, 19:48 Qarabağın Alban irsi: Tarixi faktlar nə deyir? – Politoloqdan mühüm AÇIQLAMA Bu gün, 19:48 Politoloq: "Ermənilərin tarixi faktları silmə cəhdləri uğursuzluqla başa çatacaq" Bu gün, 19:48 Azərbaycan neftinin əsas alıcıları açıqlanıb - TOP 10 Bu gün, 18:48 Allahşükür Paşazadə Prezident İlham Əliyevə təşəkkür edib Bu gün, 18:48 Eşqləri cəmi 1 ay çəkdi - Məşhur aktrisa futbolçu sevgilisindən ayrıldı Bu gün, 18:48 Avropa bazarı üçün keyfiyyət imtahanı: Azərbaycan nəyi dəyişdi? Bu gün, 18:48 AHİK-in Əmək və Sosial Münasibətlər Akademiyasında "Bilik günü" keçirilib Bu gün, 18:48 Zahid Oruc: "Qarabağ uğrunda mübarizənin məzmunu dəyişir" Bu gün, 18:48 Şəbnəm Həsənova: "Qarabağın Alban-xristian irsi Azərbaycanın tarixi-mədəni irsinin mühüm komponentidir" Bu gün, 18:48 Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib Bu gün, 17:48 İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır Bu gün, 17:48 Ədliyyə orqanlarında tibb xidməti işçilərinə xüsusi rütbələrin verilməsi təklif edilir Bu gün, 17:48 Prezident: Azərbaycan gücləndikcə, ona qarşı Qərbdən çirkin media kampaniyası aparılır Bu gün, 17:48 İlham Əliyev: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz Bu gün, 17:48 AMB iki lombard və bir lizinq şirkətinin vəzifəli şəxslərini cərimələyib Bu gün, 17:48 "Azərşəkər"dən kiçik məktəblilərə böyük sevinc Bu gün, 17:48 İlk dəfə açıqladılar: ABŞ kosmosa silah yerləşdirdi Bu gün, 17:48 Xırdalanda qumbara partladı, 19 yaşlı qız həlak oldu Bu gün, 17:48 Müğənni Afət Fərmanqızı növbəti dəfə məhkəməyə verildi Bu gün, 17:48 Nazilə Səfərlidən ETİRAZ: "Hər uşağın bir sürücüsü var, niyə?" Bu gün, 17:48 8 Noyabr prospektində səki çöküb Bu gün, 17:48 Prezident: Biz intiqamımızı döyüş meydanında artıqlaması ilə aldıq Bu gün, 16:48 Prezident: Biz hər zaman çalışmışıq İslam həmrəyliyini əməli-praktiki addımlarla gücləndirək Bu gün, 16:48 Şengen zonasına daxil olan 9 ölkədə bu sistemin tətbiqi təxirə salındı Bu gün, 15:48 Azərbaycan Türkiyəyə COP31-lə bağlı böyük dəstək verir Bu gün, 15:48 Sabahdan hava PİSLƏŞİR - XƏBƏRDARLIQ Bu gün, 15:48 Nəvai kommunal borcuna görə məhkəməyə verildi Bu gün, 15:48 Azərbaycanın 8 ayda Ermənistana ixracının ümumi dəyəri açıqlanıb Bu gün, 15:48 Həbsxanaya göndərilən bağlamadan narkotik çıxdı – Marixuana, heroin və metamfetamin aşkarlanıb Bu gün, 15:48 Azercell Könüllüləri yeni tədris ili ərəfəsində məktəblilərə dəstək oldu Bu gün, 15:48 İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib Bu gün, 14:48 Ceyhun Bayramov və Ararat Mirzoyan Nyu-Yorkda görüşməyi planlaşdırırlar Bu gün, 14:48 Prokurorluq İlkini toyda öldürən şəxsə verilən cəzaya etiraz etdi Bu gün, 14:48 Zakir Həsənov Çinə getdi Bu gün, 14:48 Könül Kərimova birinci sinifə gedən nəvəsini belə təbrik etdi Bu gün, 14:48 Hakimlərin təkbaşına qərarvermə halları dəqiqləşdirilir Bu gün, 14:48 Ceyhun Bayramov: Azərbaycan və Türkiyə arasında dünya səviyyəsində bənzəri olmayan münasibətlər var Bu gün, 14:48 Azərbaycan-Türkiyə ticarət dövriyyəsi 3,2 milyard dolları keçib Bu gün, 14:48 Sevdadan mahnısını bəyənməyənlərə cavab: "Sakit olun, mahnıdır, dissertasiya deyil!" Bu gün, 13:48 Fərid Şəfiyev: Azərbaycan-Türkiyə birliyinə qarşı mütəşəkkil dezinformasiya kampaniyaları aparılır Bu gün, 13:48 Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib Bu gün, 13:48 54 yaşlı müğənninin dəfnində BÖYÜK İZDİHAM Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR