
BMT-nin Baş katibi Antoniu Quterreş İsveçin paytaxtı Stokholmda Qurana qarşı alçaldıcı davranışı pisləyib.
“AVESTA.AZ” xəbər verir ki, bunu Təşkilat başçısının ofisi bildirib.
Məlumata görə, Quterreş bu hərəkəti dinlərə qarşı günümüzdə artan nifrətin simvolu olaraq dəyərləndirib.
Xatırladaq ki, yanvarın 21-də İsveç dövlət qurumları Türkiyənin Stokholmdakı səfirliyi yaxınlığında etiraz aksiyası keçirilməsinə icazə verib. Aksiya zamanı müsəlmanların müqəddəs kitabı Quran yandırılıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.