
Bu gün İctimai Televiziyanın (İTV) 21 yaşı tamam olur.
İTV 2005-ci il avqustun 29-da fəaliyyətə başlayıb.
21 illik fəaliyyəti dövründə böyük inkişaf yolu keçən, maraqlı layihələrə imza atan telekanal bu gün tamaşaçıların sevgisini qazanmağı bacarıb.
İctimai Televiziya Azərbaycanın zəngin və rəngarəng efir məkanında fərqli - ictimai yayım prinsiplərinə uyğun proqram siyasəti yürüdüb. Belə ki, mötəbər idman yarışları, Futbol üzrə Avropa Çempionatı, Olimpiada və Paralimpiya Oyunları İTV-də nümayiş olunub. Kanal həm də dünyada məşhur olan serialları alıb səsləndirərək tamaşaçılara təqdim edir.
İTV-nin efirindəki bütün filmlər və cizgi filmləri lisenziya əsasında yayımlanır.
44 günlük Vətən müharibəsi dönəmində də İctimai Televiziya informasiya müharibəsinin ilk sıralarda yer alıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.