
Şimali Kiprin Girnə şəhəri sahillərində sərnişin gəmisinin batması nəticəsində azı 7 nəfər həyatını itirib, 237 nəfər isə xilas edilib.
BAKU.WS xəbər verir ki, bu barədə Şimali Kiprin Baş naziri Ünal Üstel məlumat verib.
Hadisədən sonra ərazidə genişmiqyaslı axtarış-xilasetmə əməliyyatına başlanılıb. Hazırda daha 23 nəfərin tapılması və xilas edilməsi istiqamətində işlər davam etdirilir.
Xilasedici qruplar dənizdə itkin düşən şəxslərin axtarışını davam etdirir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.