
Türkiyə Superliqasında daha bir oyun keçirilib.
AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, IV turun mərkəzi matçında "Fənərbağça" "Beşiktaş"ı qəbul edib.
Qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 2:1.
"Ağ-qaralar"ın heyətində 38-ci dəqiqədə Rıdvan Yılmaz, 73-cü dəqiqədə Duşan Vlahoviç fərqlənib.
Meydan sahiblərinin heyətində isə Milan Şkrinyar 26-cı dəqiqədə adını tabloya yazdıra bilib.
Bu nəticədən sonra xallarının sayını 9-a çatdıran "Beşiktaş" ikinci pillədə qərarlaşıb. "Fənərbağça" 6 xalla dördüncü yerdədir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.