Dünən, 10:48 77

Şəkidə

Sentyabrın 8-də Şəki rayonu, Baş Küngüt kəndi ərazisində yerləşən "Şəki yaylası" istirahət mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq həlak olması barədə Şəki rayon prokurorluğuna məlumat daxil olub.

BAKU.WS xəbər verir ki, ilkin araşdırma zamanı müəyyən edilib ki, 1999-cu il təvəllüdlü Bayramov Ucal Asif oğlu və 1995-ci il təvəllüdlü Məmmədzadə Coşqun Ceyhun oğlu "Zipline" əyləncəsindən istifadə etdikləri zaman kanat sisteminin bərkidildiyi metal konstruksiyanın deformasiyaya məruz qalması nəticəsində əsas mexaniki qurğu kanatdan çıxıb və əlavə təhlükəsizlik avadanlığı zədələnib.

Nəticədə hər iki şəxs hündürlükdən yerə düşərək hadisə yerində vəfat edib.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitlərə baxış keçirilib, məhkəmə-tibbi, texniki-təhlükəsizlik və s. ekspertizalar təyin edilib, eləcə də, digər zəruri istintaq hərəkətləri həyata keçirilib.

Faktla bağlı Şəki rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.3-cü (iki şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb və ibtidai istintaq aparılır.

Hazırda cinayət işi üzrə hadisənin bütün hallarının, o cümlədən başvermə səbəbləri və şəraiti, "Zipline" qurğularının texniki vəziyyəti və istismarının təhlükəsizlik tələblərinə uyğunluğu, eləcə də ona hüquqi qiymət verilməsi üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi istiqamətində zəruri istintaq tədbirləri həyata keçirilir.

Media nümayəndələrindən və sosial şəbəkə istifadəçilərindən hadisə ilə bağlı dəqiqləşdirilməmiş, ictimaiyyətdə yanlış təsəvvür və çaşqınlıq yarada biləcək məlumatların yayılmasından, habelə ibtidai istintaqın normal gedişinə və istintaq sirrinin qorunmasına xələl gətirə biləcək məlumatların paylaşılmasından çəkinmələri xahiş olunur.

Paylaş

Xəbər lenti

Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu işinə başlayıb Bu gün, 13:48 Azərbaycanda bakalavr təhsili üçillik olacaq? - Təklif verildi Bu gün, 13:48 Emin Əmrullayev: Biz kimisə məktəb direktoru işləməyə məcbur etmirik Bu gün, 13:48 Aktrisa bu səbəbdən polisə müraciət etdi Bu gün, 13:48 Milli Məclisdə magistraturada təhsilin bir ilə endirilməsi təklif edilib Bu gün, 13:48 Kofein qocalmanı ləngidə bilirmiş Bu gün, 13:48 GÜLAY "Vur ürəyim"i təqdim etdi Bu gün, 13:48 "UĞUR 777"də bir şpris bir neçə xəstədə istifadə olunduğu üçün Hepatit C virusuna yoluxma olub - MƏHKƏMƏ Bu gün, 13:48 Suraxanıda mağaza və evləri qarət edən şəxs yaxalandı Bu gün, 12:48 Milli Məclis Azərbaycan-Qırğızıstan müttəfiqlik sazişini ratifikasiya edəcək Bu gün, 12:48 Xüsusi nümayəndə: Xankəndidə artıq 28 min nəfər yaşayır Bu gün, 12:48 Hikmət Hacıyev: Azərbaycanın təcrübəsi digər postmünaqişə regionlarında tətbiq edilə bilər Bu gün, 12:48 Hikmət Hacıyev: Azərbaycan regionda davamlı sülhün bərqərar olması üçün səylərini davam etdirəcək Bu gün, 12:48 Azərbaycan-Türkiyə Enerji Forumu tərəfdaşlığı zənginləşdirən mühüm platformadır Bu gün, 12:48 Diplomatik korpus Xankəndidəki Mədəniyyət Mərkəzini ziyarət edib Bu gün, 12:48 Konqoda məktəblərə yayılan yanğında 29 şagird ölüb Bu gün, 12:48 Geely-nin 40 illiyi Şamaxıda xüsusi yürüş və Monjaro PHEV təqdimatı ilə qeyd olundu Bu gün, 12:48 Şahbaz Şərif oktyabrda Azərbaycana səfər edəcək Bu gün, 12:48 Şəfiqə Məmmədova Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib Bu gün, 12:48 Azərbaycanda ictimai binalar və qurğulara dair layihələndirmə normaları təsdiqlənib Bu gün, 11:48 Məşhur aparıcı Türkiyəni tərk edir - SƏBƏB Bu gün, 11:48 Bağçada işləyən tərbiyəçi-müəllimlərin NƏZƏRİNƏ Bu gün, 11:48 Ağdərədə atlı minaya düşüb, xəsarət alıb Bu gün, 11:48 Qazaxıstan "Avroviziya-2027"yə buraxılmadı Bu gün, 11:48 Diplomatlar Xankəndidə dəmir yolu və avtovağzal kompleksinin tikintisi ilə tanış olublar Bu gün, 11:48 Azad edilmiş ərazilərdə yeni tədris ilində məktəblərin sayı 52-yə çatdırılacaq Bu gün, 11:48 AYNA: M4 və M6 ekspres avtobusların hərəkət sxemi dəyişdirilib Bu gün, 11:48 Keşlədə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırıla bilər Bu gün, 11:48 Səudiyyə vəliəhdi Trampdan husilərə zərbə endirməsini istəyib Bu gün, 11:48 Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb Bu gün, 11:48 Aİ-nin xüsusi nümayəndəsi Qarabağ və Şərqi Zəngəzura səfər edir Bu gün, 10:48 Hikmət Hacıyev: Qarabağ və Şərqi Zəngəzur əsl dirçəliş dövrünü yaşayır Bu gün, 10:48 Qazaxıstan hərbçilərinin Xəzərdə təlimləri başlayıb Bu gün, 10:48 Quba-Xınalıq yolu çökdü Bu gün, 10:48 Sənədsiz evlər yeni kanalizasiya kollektorlarına qoşula biləcək? - RƏSMİ AÇIQLAMA Bu gün, 10:48 Azərbaycanla İordaniya arasında viza rejimi ləğv ediləcək Bu gün, 10:48 27 yaşlı sosial media fenomeni estetik əməliyyat zamanı öldü Bu gün, 10:48 6 500 Milliön terminalında Birbank əməliyyatları komissiyasızdır Bu gün, 10:48 Şərurda ot tayası yanıb, 9 baş heyvan tələf olub Bu gün, 10:48 Tramp: İranla münaqişə seçkilərdən sonra başa çata bilər Bu gün, 09:48 Aziz Yıldırım: İsmail Kartal vəzifəsinin başındadır Bu gün, 09:48 Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri başlayır Bu gün, 09:48 Premyer Liqa: V tur "İmişli" - "Neftçi" oyunu ilə start götürəcək Bu gün, 09:48 "Formula 1"in Bakıda 10 ili: Azərbaycan Qran-prisinin şəhərə, turizmə və biznesə təsiri Bu gün, 09:48 Bu gün şəhid Cəbrayıl Dövlətzadənin doğum günüdür Bu gün, 09:48 Azərbaycan nefti 120 dollarlıq həddə yaxınlaşdı Bu gün, 09:48 Bloger Arifə Məmmədova kanatda qaldı Bu gün, 09:48 11 sentyabr hadisələrindən 25 il ötür Bu gün, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR