
İran Silahlı Qüvvələri son raket hücumu zamanı ABŞ-nin İordaniyadakı bazasındakı hərbi təyyarələrinə zərər vurmayıb.
AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "NewsNation" telekanalına müsahibəsində bildirib.
İranın zərbəsi zamanı ABŞ-nin hərbi təyyarələrinin zədələnib-zədələnmədiyi ilə bağlı suala Tramp "Xeyr" cavabını verib.
Jurnalistin yayılan məlumatların bir əsasının olub-olmaması ilə bağlı sualına ABŞ lideri bildirib:
"Zərrə qədər də yox. Heç bir zədə yoxdur. Heç nə".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.