Bu gün, 21:48 67

Heydər məscidinin imamı: Ermənistanın işğalı dövründə Azərbaycanın dini və mədəni irsinə ciddi ziyan dəyib

"İslam tarixinə nəzər saldıqda görürük ki, İslamın ilkin dövrlərində bu dini qəbul edən müxtəlif dinlərin nümayəndələri müsəlman cəmiyyətinin bir parçasına çevrilmiş, İslamı qəbul etməyən qeyri-müsəlman icmaların isə müəyyən hüquqları qorunmuş və onlardan mövcud hüquqi sistem çərçivəsində cizyə vergisi alınmışdır.

İslam dini insanlara sevgi, mərhəmət və ədalətlə yanaşmağı, bəşəri münasibətlərdə şəfqəti əsas götürməyi tövsiyə edir. Tarixin müxtəlif dövrlərində İslamı gözdən salmaq və insanlar arasında bu dinə qarşı qorxu və mənfi münasibət formalaşdırmaq məqsədilə müxtəlif qarayaxma kampaniyaları aparılmışdır. Lakin bütün bunlara baxmayaraq, İslam dini on dörd əsrdən artıq bir müddətdə öz əsas dəyərlərini qoruyub saxlamış və müxtəlif dövrlərdə milyonlarla insanın mənəvi həyatında mühüm yer tutmuşdur.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının üzvü, Heydər məscidinin imamı ilahiyyatçı Rüfət Qarayev BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, əhalisinin böyük əksəriyyəti müsəlman olan Azərbaycan xalqı da əsrlər boyu İslam mədəniyyətini və onun mənəvi dəyərlərini mənimsəmiş, sülh, qardaşlıq, birlik və həmrəylik prinsiplərinə önəm vermişdir.

"İslam digər dinlərin nümayəndələrinə hörmətlə yanaşmağı, insanları dini mənsubiyyətlərinə görə alçaltmamağı və onlara yuxarıdan aşağı baxmamağı tövsiyə edir. Nəticə etibarilə, hansı dinə mənsub olmasından asılı olmayaraq, hər bir insan Allahın yaratdığı bir varlıqdır. İnsan Rəbbimizin yer üzündə yaratdığı ən böyük sənət əsərlərindən biridir. İnsanı dəyərdən salan onun dini və ya milli mənsubiyyəti deyil, mənfur niyyətləri və yanlış əməlləridir", - deyə ilahiyyatçı bildirib.

Rüfət Qarayev həmçinin vurğulayıb ki, Azərbaycan xalqı tarixən müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrinin birgə yaşadığı bir cəmiyyət formalaşdırmış, digər dinlərin mənsublarına və onların dini-mədəni irsinə hörmətlə yanaşma ənənəsini qorumağa çalışmışdır:

"Lakin təəssüflə qeyd etmək lazımdır ki, Ermənistanın işğalı dövründə Azərbaycanın dini və mədəni irsinə ciddi ziyan dəymişdir. Azərbaycan dövlətinin açıqladığı rəsmi məlumatlara əsasən, işğal altında olmuş ərazilərdə mövcud olan 67 məsciddən 65-i tamamilə dağıdılmış, qalan 2 məscid isə ciddi şəkildə zədələnmişdir. Alban dini-mədəni irsinə aid abidələrin taleyi və mənsubiyyəti ilə bağlı da Azərbaycan və Ermənistan arasında uzun illərdir ciddi mübahisələr mövcuddur.

Bütün bunlar dini və mədəni irsə münasibətdə sülhün, qarşılıqlı hörmətin və tarixi abidələrin qorunmasının nə qədər mühüm olduğunu bir daha göstərir. Bizim üçün əsas prinsip insanların dini və milli mənsubiyyətinə deyil, onların əməllərinə qiymət vermək, öz dini-mənəvi dəyərlərimizi qorumaqla yanaşı, başqalarının inanc və müqəddəslərinə də hörmətlə yanaşmaq olmalıdır".

Ziya SƏCCAD

Paylaş

Xəbər lenti

Diplomatların səfəri Azərbaycanın Qarabağdakı reallıqlarını dünyaya göstərir Bu gün, 21:48 Anar Bayramov daha bir xəstəxananın direktorunu işdən çıxardı Bu gün, 21:48 Yəmən müharibəsində ən sirli fiqur: General Şəhlayi kimdir? Bu gün, 21:48 Heydər məscidinin imamı: Ermənistanın işğalı dövründə Azərbaycanın dini və mədəni irsinə ciddi ziyan dəyib Bu gün, 21:48 Məhkəmə qaynını öldürüb, arvadını baltalayan çoban haqqında qərar verdi Bu gün, 21:48 Müqəddəs kitabların təhqir edilməsi və qlobal ikili standartlar - "İslamın mahiyyəti sülh və ədalətdir" Bu gün, 20:48 Zahid Oruc: "Tarixi irsimizi mənimsəyə bilməzlər" Bu gün, 20:48 Dostunun borc verdiyi 500 000 dolları 10 dəqiqədə qumarda itirib Bu gün, 20:48 Tarixi həqiqətlər dəyişmir - "Qafqaz Albaniyası birmənalı olaraq Azərbaycanın qədim irsidir" Bu gün, 20:48 Politoloq:  "İşğal olunan bütün mədəni sərvətlərimiz də azadlığına qovuşmalıdır" Bu gün, 19:48 Avropa Parlamentinin mövqeyi ikili standartların göstəricisidir Bu gün, 19:48 Qarabağın Alban irsi: Tarixi faktlar nə deyir? – Politoloqdan mühüm AÇIQLAMA Bu gün, 19:48 Politoloq: "Ermənilərin tarixi faktları silmə cəhdləri uğursuzluqla başa çatacaq" Bu gün, 19:48 Azərbaycan neftinin əsas alıcıları açıqlanıb - TOP 10 Bu gün, 18:48 Allahşükür Paşazadə Prezident İlham Əliyevə təşəkkür edib Bu gün, 18:48 Eşqləri cəmi 1 ay çəkdi - Məşhur aktrisa futbolçu sevgilisindən ayrıldı Bu gün, 18:48 Avropa bazarı üçün keyfiyyət imtahanı: Azərbaycan nəyi dəyişdi? Bu gün, 18:48 AHİK-in Əmək və Sosial Münasibətlər Akademiyasında "Bilik günü" keçirilib Bu gün, 18:48 Zahid Oruc: "Qarabağ uğrunda mübarizənin məzmunu dəyişir" Bu gün, 18:48 Şəbnəm Həsənova: "Qarabağın Alban-xristian irsi Azərbaycanın tarixi-mədəni irsinin mühüm komponentidir" Bu gün, 18:48 Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib Bu gün, 17:48 İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır Bu gün, 17:48 Ədliyyə orqanlarında tibb xidməti işçilərinə xüsusi rütbələrin verilməsi təklif edilir Bu gün, 17:48 Prezident: Azərbaycan gücləndikcə, ona qarşı Qərbdən çirkin media kampaniyası aparılır Bu gün, 17:48 İlham Əliyev: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz Bu gün, 17:48 AMB iki lombard və bir lizinq şirkətinin vəzifəli şəxslərini cərimələyib Bu gün, 17:48 "Azərşəkər"dən kiçik məktəblilərə böyük sevinc Bu gün, 17:48 İlk dəfə açıqladılar: ABŞ kosmosa silah yerləşdirdi Bu gün, 17:48 Xırdalanda qumbara partladı, 19 yaşlı qız həlak oldu Bu gün, 17:48 Müğənni Afət Fərmanqızı növbəti dəfə məhkəməyə verildi Bu gün, 17:48 Nazilə Səfərlidən ETİRAZ: "Hər uşağın bir sürücüsü var, niyə?" Bu gün, 17:48 8 Noyabr prospektində səki çöküb Bu gün, 17:48 Prezident: Biz intiqamımızı döyüş meydanında artıqlaması ilə aldıq Bu gün, 16:48 Prezident: Biz hər zaman çalışmışıq İslam həmrəyliyini əməli-praktiki addımlarla gücləndirək Bu gün, 16:48 Şengen zonasına daxil olan 9 ölkədə bu sistemin tətbiqi təxirə salındı Bu gün, 15:48 Azərbaycan Türkiyəyə COP31-lə bağlı böyük dəstək verir Bu gün, 15:48 Sabahdan hava PİSLƏŞİR - XƏBƏRDARLIQ Bu gün, 15:48 Nəvai kommunal borcuna görə məhkəməyə verildi Bu gün, 15:48 Azərbaycanın 8 ayda Ermənistana ixracının ümumi dəyəri açıqlanıb Bu gün, 15:48 Həbsxanaya göndərilən bağlamadan narkotik çıxdı – Marixuana, heroin və metamfetamin aşkarlanıb Bu gün, 15:48 Azercell Könüllüləri yeni tədris ili ərəfəsində məktəblilərə dəstək oldu Bu gün, 15:48 İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib Bu gün, 14:48 Ceyhun Bayramov və Ararat Mirzoyan Nyu-Yorkda görüşməyi planlaşdırırlar Bu gün, 14:48 Prokurorluq İlkini toyda öldürən şəxsə verilən cəzaya etiraz etdi Bu gün, 14:48 Zakir Həsənov Çinə getdi Bu gün, 14:48 Könül Kərimova birinci sinifə gedən nəvəsini belə təbrik etdi Bu gün, 14:48 Hakimlərin təkbaşına qərarvermə halları dəqiqləşdirilir Bu gün, 14:48 Ceyhun Bayramov: Azərbaycan və Türkiyə arasında dünya səviyyəsində bənzəri olmayan münasibətlər var Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR