Bu gün, 15:48 74

ADMİU-dan qovulan tələbə:

Ötən gün sosial şəbəkədə açdığı canlı yayım zamanı birinci kurs tələbələrinə qarşı hədə-qorxunu əks etdirən ifadələr işlətməsinə görə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən (ADMİU) qovulan Kənan Zindadil təhsil ocağına yenidən qaytarılmasını istəyir.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə o, özü bildirib.

Kənan Zindadil iddia edib ki, universitetə yeni qəbul olduğu zaman geyim tərzinə və sırğa taxmasına görə bullinq və təzyiqlərə məruz qalıb:

"Mən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində musiqili teatr ixtisasında ikinci kurs tələbəsi idim. Keçən il sentyabrın 15-də ora daxil olduğum zaman müxtəlif bullinqlər, müxtəlif təzyiqlərlə üzləşmişdim və buna görə hüquq-mühafizə orqanlarını universitetə dəvət etmişdim. Daha sonra universitet rəhbərliyinin mənə dediyi bəzi sözlərdən sonra şikayətimi geri çəkib onlardan şikayətçi olmamışdım. Dünən Elmi Şurada da dedim ki, mən həmin sözləri o məqsədlə deməmişəm. Orada mənə yazılan təhqirə cavab vermişəm. Yoxsa mən kiməsə durub canlı yayımda təhdid edərəm?

Hətta polis orqanına da dəvət olunanda cərimələndim. Dedim, özləri baxdılar, sentyabr-oktyabr aylarında İncəsənət Universitetində belə bir hadisə olub. Mən bullinqə, təhqirə, təzyiqə, sırğa taxdığıma və geyim tərzimə görə müxtəlif təhqirlərə məruz qalmışam. Daha sonra hüquq-mühafizə orqanları ora gəlib. Bunların hamısı orada yazılıb.

Amma bu il, yəni orada oxuyan uşaqlar, tələbələrin çoxu, birinci kurslardan olan uşaqlar deyir ki: "Kənan, sən kimə təzyiq göstərmisən? Sən bizim dostumuz olmusan, yaxın olmusan".

Mən buradan bütün lazımi qurumlara səslənirəm. Mənim haqsız yerə universitetdən xaric olmamağım üçün mənə kömək etsinlər.

Çünki ora üçün əziyyət çəkib hazırlaşmışam. İstədiyim fakültədə, istədiyim sənətdə oxuyurdum. Aktyor sənəti Azərbaycanda başqa heç bir universitetdə yoxdur. Mən iki il əziyyət çəkib gəlmişəm və mən orada heç bir, necə deyim, kəsrim, qayıbım olmayıb. Mən oxuduğuma görə təqaüd alırdım. Amma dünən Elmi Şurada mənə bəzi elə sözlər də deyilib ki, onlar da hətta mənim üçün alçaldıcı ifadələrdir. Yəni bir rəhbərlik bunu mənə deməməli idi.

Mənim universitetdə oxuduğum iki semestr boyu nə hər hansı bir töhmətim olub, nə mənim valideynim universitetə çağırılıb. Müəllimlərə qarşı hər zaman hörmətli olmuşam, müəllimlərlə hər zaman xoş davranmışam. Yəni ən azından müəllimlər də bunu deyə bilərlər axı, mən elə olmuşamsa. Mən heç bir zaman pis olmamışam heç birinizə qarşı.

Necə olur ki, amma kimsə mənim o videomu xoşu gəlmədiyi üçün kəsib-birləşdirib, məni hədəf göstərib, mən təhsilimdən olmuşam? Mən əziyyət çəkmişəm orada bir il, əziyyət! Mən hər gün universitetə gəlmişəm, getmişəm, dərslərimə hazırlaşmışam.

Haqsız yerə bu gün öz təhsilimdən yayınmışam, təhsilimdən geri qalıram.

Təhsilimdən geri qalmaq istəsəydim, elə mənim qayıblarım yığılardı, mən getməzdim də o universitetə. Deməli, mən universiteti sevirdim ki, universitetə hər gün səhər durub gedirdim".

Paylaş

Xəbər lenti

Piyada keçidində qəza - Dörd nəfər ölümdən son anda xilas olub - ANBAAN VİDEO Bu gün, 15:48 Tibb müəssisələrində pasiyentlərin təhlükəsizliyi necə qorunur? – TƏBİB-dən açıqlama Bu gün, 15:48 Azərbaycan Prezidenti Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub Bu gün, 15:48 Şəmkirdə 2013-cü ildə törədilmiş qətl hadisəsi ilə bağlı şübhəli şəxs saxlanılıb Bu gün, 15:48 Bizon "13 həftə, 13 avtomobil" lotereyasını uğurla yekunlaşdırdı – 13 qalib avtomobilinə qovuşdu Bu gün, 15:48 ADMİU-dan qovulan tələbə: "Sırğa taxdığıma görə..." Bu gün, 15:48 Kəmaləddin Heydərov könüllülərin sertifikatlarla təltifetmə mərasimində iştirak edib Bu gün, 15:48 Prezident: Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır Bu gün, 14:48 İnsan həyatı üçün təhlükə saçan mallar dövriyyədən çıxarılacaq - Yeni qaydalar Bu gün, 14:48 Prezident: TDT çərçivəsində gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik Bu gün, 14:48 İlham Əliyev: Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq Bu gün, 14:48 Prezident İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak edib Bu gün, 14:48 İrakli Kobaxidze Gürcüstanın Azərbaycana yeni təyin olunmuş səfiri ilə görüşüb Bu gün, 14:48 Azərbaycan futbol tarixində ilk: Final Gəncədə olacaq Bu gün, 14:48 Bu şəxslər universitet bitirsə də, 18 ay xidmət edəcək Bu gün, 14:48 Şoyqu: Moskva və Bakı ikitərəfli münasibətlərdəki böhranı aradan qaldırıb Bu gün, 14:48 Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub Bu gün, 14:48 İcma: Ermənistan hakimiyyəti cəmiyyəti sülhə hazırlamaq əvəzinə, qəbuledilməz bəyanatlar verir Bu gün, 14:48 Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub Bu gün, 14:48 Məhkəmə anasına qarşı sərt davranan övladı miras payından məhrum edib Bu gün, 13:48 Dövlət Agentliyinin əməkdaşlarının tibbi təminatı Daxili İşlər Nazirliyinə həvalə olunub Bu gün, 13:48 Sabah Bakıda 29° isti olacaq Bu gün, 13:48 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər Bu gün, 13:48 Milli Məclisin deputatları Rusiyada parlament seçkilərini müşahidə edəcəklər Bu gün, 13:48 Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır" Bu gün, 13:48 Bu ilin 8 ayında Azərbaycanda qeydiyyata alınmış işsizlər 247,7 min nəfər olub Bu gün, 13:48 Azərbaycan Prezidenti: TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür Bu gün, 13:48 Prezident: Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir Bu gün, 13:48 İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib Bu gün, 13:48 Lamin Yamal şəxsi rekordunu təkrarlayıb Bu gün, 13:48 Prezident: Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması da çox vacibdir Bu gün, 13:48 Bakıda Batareya Enerji Saxlanc Sisteminin tikintisinə torpaq ayrılıb Bu gün, 13:48 Monqolustan Azərbaycanla birbaşa aviareyslərin tezliklə işə salınacağını gözləyir Bu gün, 13:48 İlham Əliyev: Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır Bu gün, 13:48 Adil Kərimli: "Azərbaycanın multikultural ənənələri cəmiyyətin həyat tərzinə çevrilib" Bu gün, 12:49 Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib Bu gün, 12:49 Metroda qatarların gecikmə problemi necə həll olunacaq? - AÇIQLAMA Bu gün, 12:48 İşğaldan azad edilmiş ərazilərdə 68 abidə tamamilə dağıdılıb, 114 abidə isə müxtəlif miqyasda dağıntılara məruz qalıb Bu gün, 12:48 Nazir müavini: "işğaldan azad edilmiş ərazilərdə 4 məscid, 7 türbə, 4 monastır və 13 məbəd bərpa edilib" Bu gün, 12:48 Bakıda sürücü sərnişinləri avtobusdan düşürdü: "Hara yığırsan, yığ!" - ANBAAN VİDEO Bu gün, 12:48 Cəlilabadda qadın su quyusuna düşərək ölüb Bu gün, 12:48 Bir ekosistemi qızların təhsilinə dəstəyini davam etdirir: "Arzumuz var!" proqramı ilə daha 6 gənc tələbə adını qazanıb Bu gün, 12:48 Bakıda evli kişi 14 yaşlı qızı qaçırdı Bu gün, 12:48 İlham Əliyev: Dünyada beynəlxalq hüququn böhranı müşahidə olunur Bu gün, 11:48 Ramin Məmmədov: "Dini abidələrin bərpası keçmişə ehtiramın və gələcək nəsillər qarşısında məsuliyyətin göstəricisidir" Bu gün, 11:48 Cari ilin ilk 7 ayında 22 mindən çox nikah, 11 mindən çox boşanma qeydə alınıb Bu gün, 11:48 İşğal dövründə məhv edilmiş mədəni irs nümunələrinin bərpası xalqımızın mənəvi yaddaşının yenidən canlandırılmasıdır Bu gün, 11:48 Azərbaycan Mərkəzi Bankı maliyyə qruplarının da fəaliyyətinə nəzarət edəcək Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR