Dünən, 12:48 144

Azərbaycanda hərbçilərin maaşları orta hesabla 22,8% artırılacaq – 550 milyon manat ayrılacaq

Azərbaycanda hərbçilərin maaşlarının artırılması üçün illik 550 milyon manatadək vəsait nəzərdə tutulur.

BAKU.WS xəbər verir ki, bu barədə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev komitənin bugünkü iclasında "Vergi Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında", "Polis haqqında", "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin təsdiq edilməsi barədə", "Prokurorluq orqanlarında qulluq keçmə haqqında", "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə", "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında", "Ədliyyə orqanlarında qulluq keçmə haqqında", "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə" və "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" qanunlara təklif olunan dəyişiklikləri şərh edərkən deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin təşəbbüsü ilə hərbçilərin sosial rifahının təminatında növbəti artımların edilməsinə hədəflənən yeni islahat tədbirinə başlanılır:

"Məqsəd Müdafiə Nazirliyi hərbi qulluqçularının əməyinin ödənişi sisteminin beynəlxalq standartlara və qabaqcıl ordu quruculuğu olan ölkələrin təcrübəsinə uyğunlaşdırılması, əməkhaqlarında artımların edilməsidir. Yeni islahat tədbiri nəticəsində Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. Bu artımlar üçün illik əlavə olaraq 550 milyon manatadək vəsait ayrılacaq".

Komitə sədri bildirib ki, hesablamalar əməkhaqqı artımlarının kifayət qədər pensiya kapitalı toplamağa imkan verəcəyini göstərir:

"Məlum olduğu kimi, hərbi qulluqçular hazırda sonuncu təminat xərcliyi əsasında pensiyaya çıxır. Dövlət qulluqçularında olduğu kimi hərbi qulluqçuların pensiya məbləğlərinin təminat xərcliyinə bağlılığı pul təminatı artımları zamanı toplanan pensiya kapitalına mütənasib olmayan pensiya məbləği formalaşmasına və hərbi qulluqçuların xidmətdə daha uzun müddət qalmasını deyil, pensiyaya çıxmasını stimullaşdırır".

Arzu Nağıyev vurğulayıb ki, çoxsaylı əlavələr və birdəfəlik ödənişlər ləğv ediləcək, Müdafiə Nazirliyinin hərbçilərinin əməkhaqqı sistemi beynəlxalq standartlara əsaslanacaq və vahid struktura malik olacaq, xidmətkeçmənin yeri, xüsusiyyətləri, şərtləri və ağırlığı nəzərə alınacaq:

"Təklif olunan yeni yanaşmaya əsasən pensiya məbləği ilə təminat xərcliyi arasındakı əlaqə aradan qalxacaq, fərdi şəxsi hesabında qeydə alınmış pensiya kapitalı əsas götürülməklə pensiya məbləği formalaşacaq. Baza maaşı olan vəzifə maaşı rütbə maaşı ilə əvəz ediləcək, rütbə maaşının həcmi 70 faizə çatdırılacaq. Bu da hərbçilərin rifahını daha da artıraraq, onları daha çox xidmət etməyə stimullaşdıracaq. Hərbçilərin əməkhaqları ilə bağlı yeni islahat təklifi, həmçinin, pensiya təminatı üzrə tədbirləri də əhatə edir və onların sığorta kapitallarının daha çox artımına, gələcək pensiyalarının daha yüksək olmasına istiqamətlənib. Həmçinin hərbçilərə şamil olunan pensiya mexanizmi daha da təkmilləşdirilir. İslahat nəticəsində hərbçilərin pensiya məbləği ilə təminat xərcliyi arasındakı əlaqə aradan qalxacaq, fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalı, habelə sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyin ediləcək. Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi həmin rütbə üzrə pensiya yaşı kimi müəyyən ediləcək".

Komitə sədri qeyd edib ki, sığorta mexanizmi gücləndirilməklə fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalına əsasən onlara ümumi əsaslarla pensiya təyin edilərək ödəniləcək:

"Eyni zamanda, pensiya məbləği ilə yanaşı indiki qanunvericilikdə nəzərdə tutulmuş əmək pensiyasına qulluq stajına görə əlavə deyil, sabit məbləğdə aylıq pensiya əlavəsi təyin ediləcək. Bu islahat hərbçilərin daha çox xidmətdə qalmasını stimullaşdıracaq, daha çox xidmət etdikcə vəzifə və rütbələri, buna uyğun olaraq əməkhaqları, habelə pensiya kapitalları artacaq və gələcəkdə pensiyalarının daha yüksək olmasına imkan yaranacaq. İslahat hərbçilərlə bağlı pensiya təyinatı sisteminin əhəmiyyətli dərəcədə sadələşməsinə, onların pensiyalarının elektron qaydada hər hansı ünvana getmədən qısa vaxtda təyin olunmasına imkan yaradacaq".

Deputat əlavə edib ki, aylıq pensiya əlavəsinin məbləği hərbi rütbələr üzrə müəyyən olunacaq:

"Eyni vəzifədən pul təminatı islahatından əvvəl və sonra olmaqla pensiyaya çıxan iki hərbi qulluqçunun pensiya məbləğləri bir neçə dəfə fəqlənəcək və pensiyaçılar arasında qeyri-bərabərlik yaradacaq. Təklif olunan yanaşma ilə Müdafiə Nazirliyinin hərbi qulluqçularının sosial təminatında bu qeyri-bərabərlik ortadan qalxacaq. Xatırladım ki, ölkədə son illərdə aparılan əməkhaqqı və pensiya islahatları hərbi qulluqçuları da əhatə edib və bu dövrdə onların əməkhaqları və pensiyaları orta hesabla iki dəfə artıb. Yeni qayda islahatdan əvvəl təyin edilmiş pensiyalara təsir etməyəcək".

Paylaş

Xəbər lenti

SOCAR "TotalEnergies" ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək Bu gün, 15:48 "Formula 1": Azərbaycan Qran-prisinin açılış mərasimi keçirilib Bu gün, 15:48 Bakıda VAZ-2107 11 yaşlı uşağı vurub qaçdı, polis yaxaladı Bu gün, 15:48 Azərbaycanın məlumat mərkəzləri ilə bağlı əsas üstünlükləri açıqlanıb Bu gün, 15:48 SOCAR ilə İtaliya Futbol Federasiyası arasında Strateji Əməkdaşlığa dair Müqavilə imzalanıb Bu gün, 15:48 Xaricdə iş və müxtəlif vədlərlə 32 min manatdan çox dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb Bu gün, 15:48 Azərbaycan tezliklə Tbilisidə A sinifli hotel açacaq Bu gün, 15:48 Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək Bu gün, 15:48 İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Formula 1" üzrə Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar Bu gün, 15:48 Mənzil bazarında domino effekti: Sumqayıtda bahalaşmanın SİRRİ Bu gün, 15:48 "Formula 1": Lens Stroll boliddəki problemə görə yarışdan kənarda qalıb Bu gün, 15:48 "Formula 1": Corc Rassellin Azərbaycan Qran-prisində liderliyi davam edir Bu gün, 15:48 Rəşad Nəbiyev: "Regional rəqəmsal sənaye mərkəzinə çevrilməyi hədəfləyirik" Bu gün, 15:48 AIIF 2026 çərçivəsində qala gecəsi təşkil edilib Bu gün, 14:49 Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye naziri ilə görüşüb Bu gün, 14:48 Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ Bu gün, 14:48 İlham Əliyevin sosial media hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirakına dair video paylaşılıb Bu gün, 14:48 AIIF 2026-da SOCAR-ın müxtəlif şirkətlərlə imzaladığı bir sıra sənədlərin detalları açıqlanıb Bu gün, 14:48 Lekler: Azərbaycan Qran-prisində çətin yarışa hazıram Bu gün, 14:48 AIIF 2026-da ümumi dəyəri 10,8 milyard dollar olan 23 sənəd imzalanıb Bu gün, 14:48 "Kara Haydar"ın maşınlarından dəstə-dəstə pullar çıxdı Bu gün, 14:48 "Formula 1" üzrə Azərbaycan Qran-Prisi 56 xarici kanalda canlı yayımlanacaq Bu gün, 14:48 Masazırda bu səbəbdən saatlardır işıq yoxdur Bu gün, 14:48 Prezidentin köməkçisi: "Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün yeni güzəşt alətlərindən istifadə olunacaq" Bu gün, 13:48 Sabah Bakıda 29, rayonlarda 33 dərəcə isti olacaq Bu gün, 13:48 Qaradağda vulkan püskürüb Bu gün, 13:48 Nazir: "Beynəlxalq tərəfdaşlarla əməkdaşlıqda uzunmüddətli kapitalın cəlbinə önəm veririk" Bu gün, 13:48 UN-Habitat İçərişəhərdə sakinlər və turistlər arasındakı balansı araşdırır Bu gün, 13:48 FHN Formula 1 ilə əlaqədar təhlükəsizlik tədbirlərini yüksək səviyyədə təşkil edib Bu gün, 13:48 Təqaüdçüləri kömək etmək adı ilə talamaqda şübhəli bilinən şəxs saxlanılıb Bu gün, 13:48 Milli Məclisin komissiyası: Türkiyədə Azərbaycana qarşı kampaniya münasibətləri hədəf almaq məqsədi daşıyır Bu gün, 13:48 Emin Ağalarov: "Azərbaycan Las-Vegas, Dubay və Mayami kimi məşhur turizm və əyləncə məkanına çevrilə bilər" Bu gün, 12:48 SOCAR istismardan çıxarılmış quyuların konservasiyası üzrə layihə həyata keçirir Bu gün, 12:48 Laçında traktor minaya düşüb Bu gün, 12:48 Azərbaycan Prezidenti investorlara saxta mediaya inanmamağı məsləhət görüb Bu gün, 12:48 Rusiyada dron hücumunda ölən azərbaycanlının cənazəsi ölkəyə gətirilib Bu gün, 12:48 Fuad Nağıyev: "Azərbaycan təkcə turistlər üçün deyil, investorlar üçün də cəlbedici ölkə olmalıdır" Bu gün, 12:48 "Minkənd" KSES-in açılışı olub, "Tekstil Klasteri" layihəsi üzrə müəssisənin təməli qoyulub Bu gün, 12:48 "Formula 2": Rafael Kamara Bakıda qalib olub Bu gün, 12:48 Azərbaycanda 3 milyon kvadratmetrdən çox tikinti sahəsi investisiyalar üçün hazırlanıb Bu gün, 12:48 AIIF 2026-da qeyri-maddi investisiyaların iqtisadi artımda rolu müzakirə olunub Bu gün, 12:48 Azərbaycan və Slovakiya qaz tədarükü ilə bağlı danışıqlar aparıb Bu gün, 12:48 Anar Əliyev: Azərbaycanda elektron sosial sistemlər 80-dək qurumun informasiya bazaları ilə inteqrasiya olunur Bu gün, 12:48 Azərbaycan neftinin qiyməti 123 dollara düşüb Bu gün, 11:48 Mbappe Fransa millisindən ayrıldı Bu gün, 11:48 Axtarışda olan 198 nəfər tutulub Bu gün, 11:48 Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində ikinci əsas yarış başlayıb Bu gün, 11:48 Azərbaycan və Rusiya Baş nazirlərinin müavinləri iqtisadi əlaqələri müzakirə edib Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR