Bu gün, 16:48 65

Avtomobillər ötən illə müqayisədə nə qədər bahalaşıb? - AÇIQLAMA

"Avtomobil bazarında hazırda iki əsas tendensiya müşahidə olunur. Hibrid və elektrik avtomobillərinə əvvəl tətbiq edilən güzəştlərin 2026-cı ildən ləğv olunması bu nəqliyyat vasitələrinin qiymətlərinin artmasına və nəticədə onlara tələbatın azalmasına səbəb olub".

BAKU.WS-in məlumatına görə, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlayıb.

Onun sözlərinə görə, istifadə zamanı ortaya çıxan problemlər, ehtiyat hissələrinin bahalığı, avtomobillərin material və metal keyfiyyəti ilə bağlı narahatlıqlar da alıcıların seçimlərinə təsir göstərir:

"Nəticədə əvvəlki illərlə müqayisədə avtomobil bazarında satışların sayı azalıb. Hazırda Çindən, Koreyadan və digər ölkələrdən hibrid və elektrik avtomobilləri ilə yanaşı, daha çox benzin və dizellə çalışan nəqliyyat vasitələrinin idxalına üstünlük verilir. Bu isə bazarda müəyyən mənada əvvəlki tendensiyaya qayıdış kimi qiymətləndirilə bilər.

Hazırda avtomobil bazarında kəskin bahalaşma müşahidə olunmur. Bunun əsas səbəblərindən biri alıcı müraciətlərinin azalmasıdır. Bununla belə, artan xərclər və gömrük ödənişləri səbəbindən avtomobillərin qiyməti bir il əvvəllə müqayisədə orta hesabla 15 faiz yüksəlib.

Gömrük qiymətləndirməsi ilə bağlı da problemlər mövcuddur. Mövqeyimiz ondan ibarətdir ki, avtomobillərin gömrük qiymətləndirilməsi bu sahədə ixtisaslaşmış qiymətləndirmə şirkətləri tərəfindən aparılmalıdır. Hazırda isə bəzi hallarda avtomobillərin qiyməti internetdəki elanlar əsasında müəyyənləşdirilir. Halbuki elan saytlarında göstərilən qiymətlərlə real bazar qiyməti arasında 5-6, bəzi hallarda isə 10 faizədək fərq olur. Bu da idxal zamanı daha yüksək gömrük ödənişlərinin yaranmasına səbəb olur".

AQC sədri əlavə edib ki, Azərbaycan avtomobil bazarında Gürcüstandakı kimi daha əlçatan idxal şərtlərinin tətbiqi bazarda aktivliyi artıra bilər:

"Qonşu ölkədə avtomobillərin gətirilməsi və gömrük xərcləri daha aşağı olduğundan nəqliyyat vasitələri Azərbaycanla müqayisədə daha ucuz başa gəlir.

İkinci əl avtomobillər bazarında da alıcıların daha seçici və ehtiyatlı davrandığı görünür. Xüsusilə yüksək qiymətli avtomobillərin satış müddəti uzanır və likvidliyi azalır. Bəzi nəqliyyat vasitələrinin elan saytlarında bir ilədək satışda qalması bunu göstərir.

Ümumilikdə avtomobilin qiyməti onun növü, yaşı, mühərriki, istismar xərcləri və idxal məsrəflərindən asılı olaraq dəyişir. Köhnə və saxlanılması daha baha başa gələn avtomobillərə maraq azalır, yeni və texnoloji baxımdan daha müasir modellərə isə üstünlük verilir".

Orxan Hüseyn

Paylaş

Xəbər lenti

XRG SOCAR və "TotalEnergies" ilə birgə "Abşeron" layihəsi üzrə yekun investisiya qərarı hazırlayır Bu gün, 17:48 "Çexiyadan Azərbaycana turist axınını artırmaq mümkündür" Bu gün, 17:48 Bakıda sürücülər arasında DAVA: Biri hava limanında saxlanıldı Bu gün, 17:48 Formula 1: Corc Rassel sıralama turunu birinci sırada bitirib Bu gün, 17:48 Pərviz Şahbazov: "Asiyadan Avropaya qədər elektrik enerjisi şəbəkəsi yaratmağı hədəfləyirik" Bu gün, 17:48 SOCAR və "Citigroup" maliyyə sahəsində tərəfdaşlığın genişləndirilməsini müzakirə edib Bu gün, 17:48 NDU-nun Əməkdar müəllimi Zərifə Nəcəfova 91 yaşında vəfat edib Bu gün, 17:48 "Birliyin Gücü - 2026": Zakir Həsənov təlimdə məşqlərin gedişatını izləyib Bu gün, 17:48 Müğənninin şikayəti icraata götürüldü: Bloqer Sevinc Hüseynova təqsirləndirilən şəxs oldu Bu gün, 17:48 2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək Bu gün, 17:48 Kompensasiya davası edən Kamran Seyidov 50 yaşlı qadını tamah üstündə ÖLDÜRÜBMÜŞ Bu gün, 16:48 Vətəndaşların milyonlarını mənimsəyən şirkət rəhbərinə HÖKM OXUNDU Bu gün, 16:48 Bakıdan İstanbula qatarla səyahət - Yeni təklifin DETALLARI Bu gün, 16:48 Avtomobillər ötən illə müqayisədə nə qədər bahalaşıb? - AÇIQLAMA Bu gün, 16:48 "Formula 2" üzrə Azərbaycan Qran-prisində birinci əsas yarışın qalibi mükafatlandırılıb Bu gün, 16:48 Başını çəkiclə yardığı keçmiş arvadını bir müddət sonra bıçaqladı Bu gün, 16:48 Elnur Əliyev: "Dəniz limanımızın 15 milyon ton olan yükaşırma qabiliyyəti 25 milyon tona çatdırılacaq" Bu gün, 16:48 Ağcabədidə 8 kiloqram narkotik aşkarlanıb Bu gün, 16:48 Formula 1 Azərbaycan Qran-Prisində sıralama turuna start verilib Bu gün, 16:48 Sezai Uçarmak: "Azərbaycanın üç mindən çox investor şirkəti Türkiyədə fəaliyyət göstərir." Bu gün, 16:48 SOCAR və "Brookfield" enerji infrastrukturu və bərpa olunan enerji layihələrini müzakirə edib Bu gün, 16:48 Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi Bu gün, 15:48 SOCAR BP ilə gələcək əməkdaşlıq imkanlarını müzakirə edib Bu gün, 15:48 İşimizi şansa buraxmayaq! Bu gün, 15:48 NZS qəsəbəsində güclü yanğın SÖNDÜRÜLDÜ Bu gün, 15:48 Bakıda taksidən istifadə BAHALAŞIB - Ayda 330 manat... Bu gün, 15:48 Bir qrup hərbi qulluqçu təltif edilib - SƏRƏNCAM Bu gün, 15:48 Azərbaycan və Tacikistan baş nazirləri görüşdülər Bu gün, 15:48 Allahverən İsmayılova general-leytenant ali hərbi rütbəsi verilib Bu gün, 15:48 "Formula 2" üzrə Azərbaycan Qran-prisində birinci əsas yarışın qalibi bəlli olub Bu gün, 15:48 Nazir ətin bahalaşmasından danışdı Bu gün, 14:48 Azərbaycanda bəzi şəxslərə mənzil paylanıldı Bu gün, 14:48 II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda 11 sənəd imzalandı Bu gün, 14:48 Bakıda bu marşrutların hərəkət sxemi müvəqqəti DƏYİŞDİRİLİB Bu gün, 14:48 SOCAR, ADSEA və "Esyasoft Holding" arasında imzalanmış Anlaşma Memorandumu mübadilə edilib Bu gün, 14:48 NZS qəsəbəsində güclü yanğın MƏHDUDLAŞDIRILIB Bu gün, 14:48 Dənizdə batan tələbələrin FOTOSU Bu gün, 14:48 Xəzərdə dənizində 14 hərbçi həlak oldu - Qazaxıstanın 5 yüksək rütbəli şəxsi SAXLANILDI Bu gün, 14:48 Lənkəranda 3 yaşlı uşağın zorakılığa məruz qalması ilə bağlı araşdırma aparılır Bu gün, 14:48 "Formula 1" pilotları Bakıda azarkeşlərlə görüşüb Bu gün, 14:48 Prezident: "İnvestisiyalara yanaşmamız yalnız kapital cəlb etməklə məhdudlaşmır" Bu gün, 13:49 Prezident dünyanın aparıcı investisiya şirkətlərindən birinin baş icraçı direktorunu qəbul edib Bu gün, 13:49 Suraxanıda 11 kiloqram narkotik aşkarlanıb Bu gün, 13:48 "Şikayətimizi eşidən yoxdur, zülm çəkirik" - Nərimanovdan ŞİKAYƏT Bu gün, 13:48 Yeni "Kalaşnikov" Azərbaycanda Bu gün, 13:48 Böyük kriptovalyuta birjası sındırıldı: 351 milyon dollar oğurlandı Bu gün, 13:48 "Formula-1": Azərbaycan Qran-prisində üçüncü sərbəst yürüş başa çatdı Bu gün, 13:48 Lənkəranda 3 yaşlı uşağın atalığı tərəfindən döyüldüyü bildirilir, araşdırma başlanılıb Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR