
Əməkdar artist Nailə İslamzadənin sosial şəbəkə paylaşımı marağa səbəb olub.
AVESTA.AZ xəbər verir ki, teleaparıcı şəxsi instaqram hesabında Əməkdar artist Elxan Şirinovun məşhur "Bağışla" ifasını paylaşıb.
Sözügedən ifa 24 il əvvəl "Ailələr və talelər" verilişində səsləndirilib.
"24 il sonra... Eyni mahnı, başqa bir zaman və dəyişməyən bir duyğu. Elxan Şirinov 2002-ci ildə "Ailələr və talelər" verilişində oxuduğu "Bağışla" mahnısını illər sonra, bu dəfə İctimai Televiziyanın "Cümə axşamı" verilişində, çəkiliş arası fasilədə, keçən günlərdən danışarkən, bədahətən yenidən oxudu... Saleh Bağırov da həmin anı telefonunun kamerasına köçürdü. Videoda 2002-ci ilin mahnısı da var. Bəlkə də musiqinin ən gözəl möcüzəsi budur - illər keçir, insanlar dəyişir, amma bəzi xatirələr olduğu kimi qalır" - deyə, Əməkdar artist vurğulayıb.
Həmin kadrları təqdim edirik:
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.