9-10-2026, 20:48 154

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

Bir neçə gündür həkimlər icbari tibbi sığorta tərəfindən müayinə və əməliyyatlara görə verilən ödənişlərin az olması ilə əlaqədar narazılıq ediblər.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, sosial şəbəkədə edilən paylaşımlarda verilən ödəniş qarşılığında həkimlərin riskli əməliyyatlara girmək istəmədiyi vurğulanıb.

İcbari tibbi sığorta ödənişləri ilə bağlı narazılığını paylaşan Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin həkimi Xəyal Aşurov ironik formada məbləğin azlığı səbəbindən stresli və məsuliyyət tələb edən əməliyyatlara girməyin həkimlər üçün ciddi risklər yaratdığını vurğulayıb:

"İstəyirəm ki, İcbari Tibbi Sığortanı məhkəməyə verim. Məhkəmədə hakim desə ki, bala, sənin dərdin nədir?

Deyəcəyəm ki, hakim bəy! Elə düşünün ki, qüsurlu bir övladınız və ya nəvəniz dünyaya gəlib, axtarıb, araşdırmısınız ki, Xəyal bu əməliyyatı edə bilir. Gəlmisiniz yanıma, məndən soruşursunuz ki, ay bala, işlər necə gedir? Mən də deyirəm ki, hakim bəy, sənin 3 aylıq qüsurlu övladını 3 saat ümumi narkoz altında əməliyyat edəcəyəm, icbari sığorta bu əməliyyata görə mənə 80 manat pul verəcək. Sual verəcəyəm ki, hörmətli hakim bəy, əlini qoy vicdanına, vicdanınla cavab ver. Əl boyda qüsurlu bir körpənin 3 saatlıq əməliyyatından 80 manat alacağımı bilə-bilə bu stresi yaşamaq mənə rəvadırmı? Mən bu əziyyəti, bu stresi 80 manata görə çəkməliyəmmi? Bu 3 saatlıq stresdən ötrü anestezioloq 20 manat alacaq. Vicdanına and verirəm, hakim, anestezioloq 20 manatdan ötrü bu əziyyəti, bu öhdəliyi, bu cavabdehliyi götürməlidirmi? Bu uşağın başına bir iş gəlsə, bizim aqibətimiz necə olacaq? İnsanlara icbari tibbi sığortanın həkimləri istismar etdiyini anlada bilmirik. İnsanlar deyirlər ki, bizə dəxli yoxdur, maaşımızdan tutulur. Müayinə talonuna 25 AZN yazılır, xəstə elə bilir ki, onu müayinə edən həkim 25 manat alır. Hakim bəy, o talonda yazılan 25 manatın 1 manat 80 qəpiyi həkimə çatır və hamı da bizi daş-qalaq edir. Artıq həkimlər risk qrupu daşıyan xəstələri götürmür. Çünki qəpik-quruşdan ötrü heç kim başının ağrımasını istəmir. Xəstəyə bir şey olsa, o həkimi doğulduğuna, həkim olmağına peşman edirlər. Hörmətli hakim, bir dəfə gecə saat 11-də doqquz aylıq uşağı xahiş-minnət, yalvar-yaxardan sonra əməliyyata aldım, bəlkə, səhərə saxlasam, başımdan etsəm, səhərə sağ çıxmazdı. Doqquz aylıq 400 CRP, 29 leykositlə, 40 qızdırma ilə gətirilən körpə... Təsəvvür edə bilirsiniz? Uşağı gecə saat 11-də əməliyyat etdim, sonra 15 gün hər gün sarğı etdim, hər gün irinini təmizlədim. İcbari tibbi sığorta o uşağa çəkdiyim, gecəmi-gündüzümə qatdığım əziyyətimə görə mənə 32 manat pul verdi. İndi siz deyin, hakim bəy, biz necə davranmalıyıq, başımızı aşağı salıb işimizi görməliyikmi, rüşvət almalıyıqmı, rayondan gələn meyvəli, çolpalı "korobka"ya göz dikməliyikmi, yoxsa ölkədənmi getməliyik? Ya da siz onlara deyin, hakim bəy! Deyin ki, bu gün xalqın övladı xəstədirsə, sabah o xəstə sizin də evinizdə olacaq və o ağır xəstənizi əməliyyat edəcək həkim tapmayacaqsınız".

O, sosial şəbəkə hesabında qeyd edib ki, həkimlərə ödənilən məbləğ az olduğuna görə böyük bir risk altına girməyə dəymir. Həkim ironik olaraq icbari tibbi sığortanı məhkəməyə vermək istədiyini, buna görə çıxacağı hakim qarşısında özünü bu cür müdafiə edəcəyini bildirib: "Elə düşünün ki, qüsurlu bir övladınız və ya nəvəniz dünyaya gəlib. Axtarıb araşdırmısınız ki, Xəyal bala bu əməliyyatı edə bilir. Gəlmisiniz yanıma, məndən soruşursunuz ki, ay bala, işlər necə gedir? Mən də deyirəm ki, sənin 3 aylıq qüsurlu övladını 3 saat ümumi narkoz altında əməliyyat edəcəyəm, icbari sığorta bu əməliyyata görə mənə 80 manat pul verəcək…

Əl boyda qüsurlu bir körpənin 3 saatlıq əməliyyatından 80 manat alacağımı bilə-bilə bu stresi yaşamaq mənə rəvadırmı?! Mən bu əziyyəti, bu stresi 80 manata görə çəkməliyəmmi? Bu 3 saatlıq stresdən ötrü anestezioloq 20 manat alacaq. 20 manatdan ötrü bu əziyyəti, bu cavabdehliyi götürməlidirmi? Bu uşağın başına bir iş gəlsə, necə olacaq bizim aqibətimiz?

İnsanlara icbari tibbi sığortanın həkimləri istismar etdiyini anlada bilmirik… İnsanlar deyirlər ki, bizə dəxli yoxdur, maaşımızdan tutulur. Müayinə talonuna 25 AZN yazılır, xəstə elə bilir ki, onu müayinə edən həkim 25 manat alır. O talonda yazılan 25 manatın 1 manat 80 qəpiyi həkimə çatır və hamı da bizi daş-qalaq edir…

Artıq həkimlər risk qrupu daşıyan xəstələri götürmür. Çünki qəpik-quruşdan ötrü heç kim başının ağrımasını istəmir. Xəstəyə bir şey olsa, o həkimi doğulduğuna, həkim olmağına peşman edirlər… Bir dəfə gecə 11-də 9 aylıq uşağı xahiş-minnət, yalvar-yaxardan sonra əməliyyata aldım, bəlkə, səhərə saxlasam, başımdan etsəm, səhərə sağ çıxmazdı. 9 aylıq 400 CRP, 29 leykositlə, 40 qızdırma ilə. Təsəvvür edə bilirsiniz? Uşağı gecə 11-də əməliyyat etdim, sonra 15 gün hər gün sarğı etdim, hər gün irinini təmizlədim. İcbari tibbi sığorta o uşağa çəkdiyim, gecəmi-gündüzümə qatdığım əziyyətimə görə mənə 32 manat pul verdi… İndi siz deyin, biz necə davranmalıyıq, başımızı aşağı salıb işimizi görməliyikmi, rüşvət almalıyıqmı, rayondan gələn meyvəli-çolpalı "korobka"ya göz dikməliyikmi, yoxsa ölkədənmi getməliyik?"

Məsələ ilə bağlı Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri Tural Qurbanov bildirib ki, ölkədə tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə həyata keçirilən tədbirlərin davamı olaraq cari ilin sentyabr ayında TƏBİB-in tabeliyində olan tibb müəssisələrində çalışan 72 mindən artıq səhiyyə işçisinin əməkhaqlarında növbəti ciddi artımlar edilib:

"Səhiyyə işçilərinin əməkhaqlarına vəzifə maaşı, əmək şəraitinə görə əlavələr, aylıq sabit ödənişlər, həvəsləndirici əlavələr (bonuslar) və qanunvericilikdə nəzərdə tutulan digər ödənişlər daxildir.

Həvəsləndirici əlavələr (bonuslar) səhiyyə işçilərinə iş nəticələrinə uyğun olaraq ödənilir. Bonusların məbləği təsdiq edilmiş tibbi xidmət tariflərinin müəyyən faizi və göstərilən xidmətlərin sayı nəzərə alınmaqla hesablanır. Bu səbəbdən yüksək tarifli tibbi xidmətlərə görə bonuslar daha çox, aşağı tarifli xidmətlərə görə isə daha az olur".

O əlavə edib ki, icbari tibbi sığorta sistemində göstərilən tibbi xidmətlərin tarifləri qanunvericiliyə uyğun olaraq müəyyən edilir. Bu tariflər üzrə əldə olunan vəsait yalnız səhiyyə işçilərinin əməkhaqqının ödənilməsinə deyil, həmçinin tibbi sərf materiallarının, dərmanların, qidalanma və kommunal xərclərin qarşılanmasına, eləcə də əməliyyatlarda iştirak edən digər personalın əməyinin ödənilməsinə yönəldilir:

"Vətəndaşlardan hər hansı əlavə ödənişlərin tələb olunmasına gəldikdə isə, müştərək maliyyələşmə çərçivəsində göstərilən radioloji xidmətlər istisna olmaqla, icbari tibbi sığorta çərçivəsində təqdim edilən tibbi xidmətlərə görə müəyyən edilmiş tariflərdən əlavə ödəniş alınması tamamilə qanunvericiliyə ziddir və buna yol verilmir.

Özəl tibb müəssisələri ilə əməkdaşlığa gəlincə, hazırda Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi 200-dən çox özəl tibb müəssisəsi ilə əməkdaşlıq edir və bu müəssisələrdə xəstə qəbulunun hər hansı formada məhdudlaşdırılması ilə bağlı narahatlıq mövcud deyildir.

Bu müəssisələrdə çalışan səhiyyə işçilərinin əməkhaqqı isə mövcud qanunvericiliyə uyğun olaraq həmin müəssisələrin və burada çalışan səhiyyə işçilərinin qarşılıqlı razılığı əsasında müəyyən edilir".

Paylaş

Xəbər lenti

Zooparkda pələng kişini diri-diri yedi Bu gün, 00:48 Ermənistanın Gəncədə törətdiyi dördüncü terrordan altı il ötür Bu gün, 00:48 Muxtar Babayev: Türkiyənin COP31-i icraya yönəlmiş COP-a çevirmək cəhdlərini dəstəkləyirik Dünən, 23:48 Ramzan Kadırovun Azərbaycana səfəri ilə bağlı videoicmal Dünən, 23:48 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi Dünən, 23:48 Ər-Riyad hava limanı hücumlardan sonra fəaliyyətini dayandırıb Dünən, 23:48 Kiyev sakinlərinə su və qida ehtiyatı toplamaq barədə xəbərdarlıq edilib Dünən, 23:48 Tramp ukraynalıları yeni prezident seçməyə çağırıb Dünən, 23:48 Gəncədə atasını yuxudan oyadan oğul həbs olundu Dünən, 23:48 "Isaias" qasırğası ABŞ-nin cənub-şərqində tələfatlara səbəb olub Dünən, 22:48 İsrail ordusu Qəzzada HƏMAS-ın komandirlərini zərərsizləşdirdi Dünən, 22:48 WSJ: ABŞ-nin yeni PUA-ları isti hava şəraitində sınaqdan keçməyib Dünən, 22:48 SEPAH: Hörmüz boğazından icazəsiz keçən neft tankeri minaya düşüb Dünən, 22:48 Azərbaycan Basketbol Liqası: "Neftçi" "Ordu"nu məğlub edib Dünən, 21:48 "Artıq "ana" yox, "hamilə valideyn" deməliyik!" – Tramp Dünən, 21:48 FT: ABŞ Rusiyanın neft zavodlarına zərbələrə görə Ukraynanı məlumat ötürməməklə hədələyib Dünən, 21:48 Uşanqi Kokauri: "Finalda daha çox taktiki səhvlərə yol verdim" Dünən, 20:48 Rəşad Aslanov: Türk dünyasının gələcəyi gənclərin əməkdaşlığından asılıdır Dünən, 20:48 Kamandan oxatma üzrə Azərbaycan Superkuboku keçiriləcək Dünən, 20:48 Goranboyda qəza olub, xəsarət alanlar var Dünən, 20:48 Kənan Nəsibov Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb Dünən, 19:48 Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA Dünən, 19:48 Dostu dava saldı, onları barışdırmağa gəldi, özü bıçaqlandı Dünən, 19:48 Kobaxidze: Gürcüstanın Rusiyaya qarşı sanksiyalara qoşulmamaq qərarının düzgün olduğu üzə çıxıb Dünən, 19:48 8 Noyabr prospektində güclü yanğın başlayıb Dünən, 19:48 Azərbaycan cüdoçuları dünya çempionatında fərdi mübarizələri 7 medalla başa vurublar Dünən, 19:48 Ötən gün axtarışda olan 84 nəfər tutulub Dünən, 18:48 Bakıdan Tbilisiyə yeni qatar reysləri: Qiymətlər düşdü, bəs sıxlıq azalacaq? Dünən, 18:48 Asunsion Loriyente Bakıda Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyəti ilə tanış olub Dünən, 18:48 "Kara Haydar"ın 1 milyard 541 milyonluq daha bir kassası üzə çıxdı Dünən, 18:48 Yeni qayda pensiya məbləğlərinə necə təsir edəcək? Dünən, 18:48 Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu Dünən, 18:48 "LANDAU Lions" Azərbaycan Basketbol Liqasının II turunda NTD-ni məğlub edib Dünən, 17:48 Məktəblilər belə geyinməlidirlər Dünən, 17:48 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb Dünən, 17:48 Kamil Şahverdiyev: "Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil" Dünən, 17:48 "Azərişıq": Cənub regionundakı qəzaların aradan qaldırılması üçün iş gedir Dünən, 17:48 Masazırda 4 maşın niyə yanıb külə döndü? - "Partlayış səsi gələndə..." Dünən, 17:48 Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib Dünən, 16:48 Rəsmi portalda pensiya kapitalında azalmalar olub? Dünən, 16:48 Çeçenistanın lideri: Azərbaycan xalqını Qarabağ məsələsinin həlli münasibətilə təbrik edirəm Dünən, 16:48 Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı "Bakı Ağ Şəhər"də olublar Dünən, 16:48 Rza Zərrabın həyat yoldaşının adı milyardlarla dollarlıq FOND QALMAQALINDA Dünən, 16:48 Qonşu ölkənin siqaret satışında YENİ QAYDA: Şəxsiyyət vəsiqəsi tələb olunacaq Dünən, 16:48 İlham Əliyev Ramzan Kadırovu qəbul edib Dünən, 16:48 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi Dünən, 16:48 Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər Dünən, 16:48 Azərbaycanın MDB-də sədrliyi qarşıdakı dövrdə ölkəmizə mühüm imkanlar yaradır - RƏY Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR