
Rusiyada "Yandex" şirkətinə məxsus daha bir data mərkəzi pilotsuz uçuş aparatının hücumuna məruz qalıb. Hadisədən sonra şirkətin bir sıra rəqəmsal xidmətlərində fasilələr yaranıb.
BAKU.WS xəbər verir ki, şirkət Vladimir vilayətində yerləşən data mərkəzinin infrastrukturunun zədələndiyini və obyektin fəaliyyətinin tam dayandırıldığını açıqlayıb.
Məlumata görə, hücumdan sonra Rusiyanın müxtəlif bölgələrində, o cümlədən Sibirdə "Yandex Go", "Yandex Pay", "Yandex Yeda", "Yandex Pro", "Alisa" və digər xidmətlərdən istifadə zamanı problemlər qeydə alınıb.
Ukrainian forces launched an overnight attack on Yandex’s data centre in Russia’s Vladimir Region, marking the third such strike on Yandex's data centers. Yandex, known as the “Google of Russia,” offers a wide range of digital services, including the country’s leading search engine. Video by: @Exilenova_plus
— Faytuks Network (@FaytuksNetwork) October 11, 2026
Vladimir vilayətinin qubernatoru Aleksandr Avdeyev bildirib ki, hadisə nəticəsində 5 min sakini elektrik enerjisi ilə təmin edən iki yarımstansiya da sıradan çıxıb. Onun sözlərinə görə, elektrik təchizatının 80 faizi, istilik və su təchizatı isə tam bərpa olunub.
Bundan başqa, Ukraynanın Rusiyanın Soçi şəhərinə də pilotsuz uçuş aparatları ilə zərbə endirdiyi bildirilir. Krasnodar diyarının operativ qərargahının məlumatına əsasən, PUA qalıqları hava limanının ərazisinə düşüb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.