
"Bizim dövrümüzdə də məktəbli geyimləri var idi. Biz o formaya, onun səliqə-sahmanına o qədər həssaslıqla yanaşardıq ki... Hər gün geyindiyimiz o geyimin, üzərinə taxdığımız önlüyün belə təmizliyinə diqqət yetirər, üstündə kiçik bir ləkənin olmasına belə icazə verməzdik. Çünki dərk edirdik ki, biz məktəbliyik... Bizim xüsusi səliqə-sahmanımız, nizam-intizamımız olmalıdır".
AVESTA.AZ xəbər verir ki, bu sözləri ATV xəbərə açıqlamasında Xalq artisti Gülyanaq Məmmədova deyib.
O qeyd edib ki, məktəbli məktəbli formasında olmalıdır:
"Bu gün təsis olunan müasir məktəbli formalarının da özünəməxsus gözəlliyi, səliqəsi və estetik görünüşü var. Dünyəvi bir həqiqətdir ki, məktəbli məhz məktəbli formasında olmalıdır.
Bu məsuliyyət təkcə şagirdlərə deyil, biz müəllimlərə də aiddir. Müəllimin səliqə-sahmanı və geyimi ciddi bir məsuliyyət tələb edir. Çünki biz sadəcə dərs keçmirik. Biz gələcəyimiz üçün övlad, cəmiyyətimiz üçün layiqincə vətəndaş yetişdiririk".
Ətraflı videoda:
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.