
Ermənistan baş naziri Nikol Paşinyan və Qırğızıstan Prezidenti Sadır Japarov arasında görüş zamanı 2027-2028-ci illərdə iki ölkənin mədəniyyət günlərinin təşkili barədə razılıq əldə edilib.
AVESTA.AZ xəbər verir ki, bu barədə Oxu.Az Ermənistan KİV-ə istinadən məlumat məlumat yayıb.
Danışıqlar zamanı siyasi dialoqun gücləndirilməsi, ticarət-iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının inkişaf etdirilməsi, eləcə də regional sülh və təhlükəsizlik məsələləri müzakirə edilib.
Müzakirələrin nəticələrindən biri də Ermənistan Ətraf Mühit Nazirliyi və Qırğızıstan Təbii Sərvətlər, Ekologiya və Texniki Nəzarət Nazirliyi arasında Göyçə gölü və İssık-Kul gölünün qorunması sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumunun imzalanması olub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.