
Yeni övladı dünyaya gələn bəzi valideynlər sevincini bölüşmək üçün avtomobillərini müxtəlif stiker və bəzəklərlə bəzəmək istəyirlər. Lakin bu zaman istifadə olunan elementlərin yol hərəkəti təhlükəsizliyinə mane olub-olmaması məsələsi də gündəmə gəlir.
Redaksiyamızın "qaynar xətti"nə müraciət edən vətəndaş bildirib ki, maşını bu formada bəzəyib yola çıxan sürücülər 500 manat cərimə edilir.
Məsələ ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, avtomobilin dövlət qeydiyyat nişanının üzərini örtmək olmaz. Bu qaydanın pozulmasına görə 500 manatdan 800 manatadək cərimə nəzərdə tutulur.
Bu da o deməkdir ki, bu cür bəzəklər üçün qanunvericilikdə cərimələr nəzərdə tutulmayıb.
Banu Hüseynli
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.