
Rusiyalı müğənni Yeqor Krid Bakıda klip çəkdirib.
BAKU.WS xəbər verir ki, sənətçi "Milıy ublyudok" adlı mahnıya ekran həyatı verib.
Çəkilişlər Bakı ilə yanaşı Xızıda da baş tutub.
Ekran işinin rejissoru Nikita Vilçinskidir. Azərbaycandakı çəkilişlərin prodüseri isə ZEYN
olub.
Amerika road-movie estetikasından ilhamlanan klip 2016-cı ilin ab-havasını və nostalji hissini
yenidən canlandırmaq ideyası üzərində qurulub.
Bakı və ətrafındakı məkanlar bu yanaşmanın əsas vizual elementlərindən birinə çevrilib: şəhər mənzərələri, sahil səhnələri və Xızının rəngli dağları klipdə bir araya gəlib.
Çəkilişlər Sea Breeze ərazisində villa və hovuz səhnələri ilə başlayıb, daha sonra Xızı
dağlarında davam edib.
Yaxta çəkilişləri üçün Emin Ağalarov dəstək göstərib. Klipin digər bir hissəsi isə Los-Ancelesdə lentə alınıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.