
Ötən gün xəstəxanaya yerləşdirilən 81 yaşlı müğənni Hakkı Bulut evə buraxılıb.
AVESTA.AZ xəbər verir ki, İstanbulun Bəylikdüzü bölgəsindəki bir məkanda çıxış edərkən özünü pis hiss etdiyi üçün xəstəxanaya aparılan Hakkı Bulut müalicədən sonra evə buraxılıb.
O xəstəxanadan çıxarkən başına gələn hadisənin təzyiq səbəbindən olduğunu bildirib.
"Yüksək təzyiq məni bu vəziyyətə gətirdi" -deyə o vurğulayıb.
Xatırladaq ki, arabesk musiqisinin sevilən simalarından olan Hakkı Bulut ötən gecə çıxış etdiyi məkanda huşunu itirərək yıxılıb. Məkanda ilk tibbi yardım göstərildikdən sonra sənətçi təcili yardım xəstəxanaya aparılıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.