Dünən, 23:48 206

O, müasir futbolun ən yaxşı bitiricilərindəndir. Lakin cərimə meydançası xətlərini özünə hüdud kimi müəyyənləşdirən klassik mərkəz hücumçusu deyil. Geri çəkilərək komanda yoldaşlarına boş mövqelər açır, bəzən mərkəz yarımmüdafiəçisi kimi oynayır, ehtiyac yarandıqda müdafiəyə kömək edir, hətta qapıda dayanmağı da bacarır. Oyunu dəyişən adamdan - "Qızıl top"un yeni sahibi Harri Keyndən danışacağıq.

AVESTA.AZ mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.

"Bir qədər kök"

"Qızıl top" mükafatının tarixi onu əldə etmək üçün çətinlikləri aşan futbolçuların hekayələri ilə doludur. Lakin əksər hallarda bu hekayələrin qəhrəmanları hələ karyeralarının ilk illərindən xüsusi istedadları ilə seçiliblər. Son səsvermədə 2-ci olan Kilian Mbappe 19 yaşı olarkən 200 milyon avro dəyərə sahib idi. Hazırda dünyanın 3-cüsü hesab edilən Lamin Yamal 19 yaşda artıq həm dünya, həm də Avropa çempionudur. 19 yaşlı Keyn isə heç "Norviç"in heyətinə düşə bilmirdi. Daha əvvəl Harri "Arsenal"ın akademiyasından da xaric edilmişdi. Buna səbəb onun "bir qədər kök" olması və "kifayət qədər atletik görünməməsi" idi. Bunlar həmin vaxt klubun gənclər komandalarına rəhbərlik edən Liam Bredinin işlətdiyi ifadələrdir.

Keyni Türkiyə ilə nə bağlayır?

Keyn "Leyton", "Norviç" və "Lester" klublarında ehtiyat oyunçular skamyasında oturduğu dövrlərdə amerikan futbolu əfsanəsi Tom Bredinin avtobioqrafiyası ilə tanış olur. Harri 2011-ci ildə onunla bağlı sənədli filmləri izlədikdən sonra Brediyə heyran olmuşdu. Tom Keynin əsas kumirinə çevrilmişdi. Keynin Bredinin hekayəsini özünə nümunə götürməsinin səbəbi onların karyeralarının başlanğıcında oxşarlıq görməsi idi. Tom NFL draftında yalnız altıncı raundda, 199-cu nömrə altında seçilmişdi. Keyn də onun kimi özünü daha yaxşı etmək üçün dayanmadan çalışmağı özünə yeganə yol müəyyənləşdirir.

Harriyə inanan insanlardan biri İngiltərənin 20 yaşadək futbolçulardan ibarət yığmasının məşqçisi Piter Teylor idi. O, Keyni gənclər arasında dünya çempionatına dəvət etmişdi. Lakin hətta Teylor da təxmin etmirdi ki, Harri turnirdən sonra qəfildən "Tottenhem"in əsas heyətinə düşəcək və orada böyük sıçrayış edəcək.

Premyer Liqanın ən təhlükəli hücumçularından biri

2014-ci ildən sonra Keyn uzun illər "Tottenhem"də yüksək səviyyədə çıxış etdi. Premyer Liqanın ən təhlükəli hücumçularından biri İngiltərə yığmasının da əsas qol silahı idi. Lakin London təmsilçisinin titul əldə etməkdə çətinlik çəkməsi Keynin karyerasına kölgə salırdı. Nəhayət, 2023-cü ilin yayında forvard "Tottenhem"i "Bavariya"ya dəyişdi. Bununla onun karyerasında yeni dövr başladı. Ardıcıl əldə edilən kuboklar və yekunda futbol aləmində fərdi performansa görə verilən ən yüksək mükafat - "Qızıl top".

Messidən sonra

Keyn sanki kuboksuz keçirdiyi illərin əvəzini çıxır. O, 33 yaşında karyerasının mütləq zirvəsinə yüksəlib: "Bavariya"nın heyətində 51 oyunda 61 qol, dünya çempionatında isə altı qol və bir məhsuldar ötürmə. Bu, tarixi miqyasda bir mövsümdür - XXI əsrdə klub səviyyəsində bir mövsümdə ondan daha çox qol vuran yeganə futbolçu Lionel Messidir.

Təbii ki, yalnız vurulan qollar üzərindən qiymətləndirmə Keynin oyununa lazımı qiyməti vermək üçün yetərli deyil. O, xətlər arasında oynayır, qapıya arxası dönük vəziyyətdə top qəbul edir, yarımmüdafiə ilə hücumu əlaqələndirir, müxtəlif çətinlik dərəcələrində ötürmələr verə bilir. Eyni zamanda, təzyiq altında topu saxlamağı bacarır. Bunları edərkən onun Mbappenin partlayıcı sürəti və ya Yamalın çevik, elastik ayaqları yoxdur. Uğurun sirri futbol intellekti və hərəkətlərin sadəliyidir. Keyn uzun illərdir ki, rəqibin gücündən və oyunun çətinliyindən asılı olmayaraq, sabit çıxış edir.

Mbappe və Yamalı nədə üstələdi?

"Qızıl top"un əsas üç namizədindən biri olan Yamal zədələr və özünəvurğunluq səbəbindən uğursuz və yarımçıq mövsüm keçirdi. Əlbəttə, burada "uğursuz" sözünü işlədərkən mütləq əvvəlinə "potensialının maksimumu ilə müqayisədə" ifadəsini də əlavə etmək lazımdır. İlk "üçlük"də yer alması onun istedadına və texnikasına verilən qiymətdir.

Mbappe Keynin əsas rəqibi idi. "Real Madrid"in ümumi qeyri-sabitliyi fonunda 44 oyunda 42 qol və 7 məhsuldar ötürmə, dünya çempionatında 10 qol və 4 məhsuldar ötürmə ilə ifadə olunan möhtəşəm performans onu çox iddialı edirdi. Lakin oyun stillərinə nəzər yetirdikdə burada Keyni üstün edən vacib məqam ortaya çıxır. Mbappe həmişə hücumların yeganə sonlandırıcısı roluna can atır. Keyn isə onunla müqayisədə daha fədakardır. Məqalənin əvvəlində "oyunu dəyişən adam" ifadəsini işlədəndə məhz bunu nəzərdə tuturduq.

Mübahisələr səngimir

Hər "Qızıl top" mükafatının qalibi açıqlanandan sonra aparılan müzakirələr bu dəfə də aktualdır. Azarkeşlərin bir qismi Keynin mükafata həqiqətən layiq olduğunda həmfikirdir. Lakin buna müxalif olanlar da az deyil. Onların əsas arqumenti Keynin keçən mövsüm böyük titul qazanmamasıdır. Həqiqətən, "Bavariya" ÇL-də, İngiltərə millisi dünya çempionatında baş mükafatı əldə etməyib. Lakin bir məqamı unutmamaq lazımdır ki, "Qızıl top" fərdi göstəricilərə görə təqdim olunan mükafatdır. Keyn ötən mövsüm ÇL-də 14 dəfə rəqib qapısına yol tapıb. Dünya çempionatında isə İngiltərə millisinin 3-cü yeri tutmasında ən böyük pay sahibindən biri məhz Keyn idi. Üstəlik, futbolçunun Messidən sonra nail olduğu ən yüksək məhsuldarlıq göstəricisi, oyununun özünəməxsusluğu kimi daha əvvəl bəhs etdiyimiz məqamlar onun il ərzində çox yüksək performans sərgilədiyini və istənilən fərdi mükafata layiq olduğunu özlüyündə sübut edir.

Paylaş

Xəbər lenti

Noyabrda bəzi bürclərin maddi vəziyyətində ciddi yaxşılaşma gözlənilir Bu gün, 00:48 Həkim şəkər əvəzedicilərindən istifadə edənlərə xəbərdarlıq etdi Dünən, 23:48 " Oyunu dəyişən adam": Harri Keyni "Qızıl top"a aparan uğur hekayəsi Dünən, 23:48 Ukrayna ordusunun hücumu nəticəsində Rusiyada sənaye müəssisəsinə ziyan dəyib Dünən, 23:48 Gəncədə 35 yaşlı kişinin meyiti dostunun evində tapıldı Dünən, 22:48 Kiyevliləri çətin qış gözləyə bilər Dünən, 22:48 Avropa limanlarında 60 min ton Rusiya gübrəsi bloklanıb Dünən, 22:48 Pervin Buldan Öcalanın köçürüldüyü yeni məkanla bağlı açıqlama verib Dünən, 21:48 Fransada etiraz aksiyalarında 78 nəfər xəsarət alıb Dünən, 21:48 İlon Mask: Mars ABŞ-nin bir hissəsi olacaq Dünən, 21:48 "Qədim daş, müasir yaddaş" və "Məsuliyyət radiusu" layihələri təqdim olunub Dünən, 20:48 Bir qığılcım faciəyə səbəb ola bilər: Bakıda yataqxanada təhlükəli vəziyyət Dünən, 20:48 Premyer Liqa: "Kəpəz" evdə növbəti qələbəsini qazanıb Dünən, 20:48 Moskvada terror aktına hazırlaşmaqda şübhəli bilinən yeniyetmə saxlanılıb Dünən, 20:48 Rafinya Messinin rekord göstəricisini təkrarlayıb Dünən, 19:48 İran Hörmüz boğazının açılması ilə bağlı vasitəçilərlə məsləhətləşmələri davam etdirir Dünən, 19:48 Mətbuat Şurasının sədri jurnalistə qarşı zorakılığa münasibət bildirdi Dünən, 19:48 Salyanda ağır qəzada ölən şəxslərin fotoları Dünən, 18:48 İranlı generaldan xəbərdarlıq: "Növbəti müharibədə məhdudiyyət tanımayacağıq" Dünən, 18:48 Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb Dünən, 18:48 İranda COVID-19-a yoluxma artır Dünən, 17:48 "İnci" körpələr evində azyaşlıya şiddət iddiası: Polis hərəkətə keçdi Dünən, 17:48 "Neftçi" "Şamaxı"ya qalib gələrək liderliyə yüksəldi Dünən, 17:48 Aytən Səfərova: "Bizimkilər "Trendyol"a qoşulandan "zayı" çıxdı" Dünən, 16:48 Zelenski: Ukrayna işğal altındakı ərazilərdən imtina etməyəcək Dünən, 16:48 Azərbaycanlı professor vəfat edib Dünən, 16:48 Göyçayda meyiti tapılan FHN əməkdaşı dəfn olundu Dünən, 15:48 ABŞ-də stadion yaxınlığında atışma: ölən və yaralananlar var Dünən, 15:48 Azərbaycan daha bir böyük tədbirə ev sahibliyi edəcək Dünən, 15:48 Jurnalistə xəsarət yetirən mühafizəçi saxlanılıb, cinayət işi başlanılıb Dünən, 14:48 Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalından paylaşım edib Dünən, 14:48 Media və Yayım Şurası: Jurnalistlərin hadisə yerlərində hücuma məruz qalması narahatlıq doğurur Dünən, 14:48 Kürdəmirdə sürücü sükan arxasında yuxuladı, qəza baş verdi Dünən, 13:48 "Qızıl Qaya"da zəhərlənmə şübhəsi - AQTA araşdırmalara başladı Dünən, 13:48 Bakı-Tbilisi əlavə qatar reysində yüz faizlik doluluq qeydə alınıb Dünən, 13:48 Azərbaycanda bəzi kolleclər ləğv olunur? Dünən, 13:48 Bakıda media nümayəndəsinə hücum olundu Dünən, 12:48 Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial şəbəkə istifadəsi ilə bağlı qadağa qüvvəyə minib Dünən, 12:48 İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib Dünən, 12:48 Göygöldə qəzada dörd nəfər xəsarət aldı Dünən, 12:48 Rusiya Azərbaycan Ordusunun bəzi müəssisələrinin modernləşdirilməsində iştirak edəcək Dünən, 12:48 Ələt-Astara magistralında qəza olub, 2 nəfər ölüb Dünən, 11:48 Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır Dünən, 11:48 Gənc həkim xərçəngdən vəfat etdi Dünən, 11:48 Tramp və Netanyahu arasında telefon danışığı olub Dünən, 11:48 Yanğında ölən Könül Hümbətovanın qızının acı taleyi: "Bir stəkan su içmək belə çətindir" Dünən, 11:48 Şagirdləri aqressivləşdirən üç əsas amil açıqlandı Dünən, 10:49 Şəkidə avtomobil dərəyə aşıb, ölən və yaralananlar var Dünən, 10:49

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR