Dünən, 14:48 136

PAŞA Real Estate Qrup və

"PAŞA Real Estate Qrup" və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş xeyriyyə sərgisi keçirilib.

Sərgidə Vətən uğrunda canından keçmiş şəhidlərimizin övladları və həyat yoldaşları tərəfindən çəkilmiş 46 rəsm əsəri nümayiş olunub. Tədbirin əsas məqsədi şəhid ailələrinin yaradıcılığını ön plana çıxarmaq, onların istedadını və sənətə olan marağını təşviq etmək, eyni zamanda Zəfərimizin təməlində dayanan qəhrəmanlıq və fədakarlıq ruhunu, xalqımızın birlik və həmrəylik dəyərlərini yaşatmaq olub.

Sərgidə "PAŞA Real Estate Qrup"un əməkdaşları iştirak edərək nümayiş olunan əsərlərlə yaxından tanış olub, müəlliflərin yaradıcılığına maraq göstərərək təşəbbüsə dəstək veriblər. Hər bir əsər özündə müəllifinin duyğularını, xatirələrini və gələcəyə olan ümidlərini əks etdirərək sərgiyə xüsusi məna qazandırıb.

Tədbirdə çıxış edən "PAŞA Real Estate Qrup"un insan resursları üzrə baş inzibatçısı Fidan Fərzəliyeva bildirib:

"Zəfər Günü xalqımız üçün sonsuz qürur mənbəyidir. Bu qürurun arxasında Vətənimizin azadlığı uğrunda canından keçmiş qəhrəmanlarımızın fədakarlığı dayanır. Onların əziz xatirəsini yaşatmaq, ailələrinə diqqət və qayğı göstərmək hər birimizin mənəvi borcudur. Bu gün burada gördüyümüz rəsmlərin hər biri bizim üçün çox dəyərlidir. Onlar şəhidlərimizin övladlarının və həyat yoldaşlarının duyğularını, istedadını və həyata baxışını əks etdirir. Əməkdaşlarımızın bu təşəbbüsə ürəkdən qoşulması isə birlik və həmrəyliyimizin gözəl nümunəsidir. Arzumuz odur ki, bu ailələr hər zaman cəmiyyətimizin sevgisini və dəstəyini hiss etsinlər."

"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova isə təşəbbüsün əhəmiyyətini vurğulayaraq qeyd edib:

"Şəhid ailələrinə göstərilən hər bir diqqət bizim üçün böyük əhəmiyyət daşıyır.. Bu sərgidə nümayiş olunan hər bir rəsm əsəri müəllifinin duyğularını, düşüncələrini və daxili dünyasını əks etdirir. Bu əsərlərin maraqla qarşılanması müəlliflərə göstərilən mənəvi dəstəyin də gözəl nümunəsidir. Belə təşəbbüslər şəhid ailələrinin cəmiyyətin daim diqqət mərkəzində olduğunu bir daha göstərir. Bu mənalı tədbirin təşkilinə və göstərilən səmimi münasibətə görə "PAŞA Real Estate Qrup"a və onun əməkdaşlarına təşəkkür edirik".

Sərgi Zəfər Gününün yalnız tarixi Qələbəmizin qeyd olunduğu gün deyil, həm də şəhidlərimizin xatirəsinə ehtiramın, onların ailələrinə qayğının və xalqımızın birliyinin ifadəsi olduğunu bir daha nümayiş etdirib.

"PAŞA Real Estate Qrup" Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, onların ailələrinə hər zaman diqqət və qayğı göstərilməsinin əhəmiyyətini vurğulayır.

Paylaş

Xəbər lenti

Azərbaycanda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı Bu gün, 16:48 Simonyan: Ermənistan 70 il Türkiyə ilə bağlı yanılıb Bu gün, 16:48 Leyla və Arzu Əliyevalar "Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər Bu gün, 16:48 Ucarda "Sprinter" aşdı - Xəsarət alan var Bu gün, 16:48 "Zəfər kuboku" minifutbol turnirinin qalibləri müəyyənləşib Bu gün, 16:48 SOCAR Zəfər Gününün 6-cı ildönümü münasibətilə videoçarx paylaşdı Bu gün, 15:48 Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırılıb Bu gün, 15:48 Günəşdə alışmaların sayı artıb - Alimlərdən XƏBƏRDARLIQ Bu gün, 15:48 Jurnalist Elnur Şükürov həbs edildi Bu gün, 15:48 FHN-də Zəfər Gününə həsr olunmuş tədbir keçirilib Bu gün, 15:48 İtaliya klubu Torreyra üçün hərəkətə keçməyə hazırlaşır Bu gün, 14:48 Məşhur aktrisa 88 yaşında vəfat etdi Bu gün, 14:48 Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb Bu gün, 14:48 İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub Bu gün, 14:48 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib Bu gün, 14:48 Bakıda yağışdan sonra bəzi küçələr gölməçəyə dönüb Bu gün, 14:48 Ərdoğan: Cənubi Qafqaz artıq əməkdaşlıq və inkişaf bölgəsi kimi tanınır Bu gün, 14:48 Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Zəfər Günü qeyd olunub Bu gün, 14:48 Prezident Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib Bu gün, 13:48 Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsi istifadəyə verilib Bu gün, 13:48 Üçrəngli Bayrağın Naxçıvanda dövlət rəmzi qəbul edilməsi Azərbaycanda milli azadlıq hərəkatına təkan verdi - Rəy Bu gün, 13:48 Bakıda yağış fəsadlar törədib - Bəzi yolları su basıb Bu gün, 13:48 Yol polisindən yağışlı hava ilə bağlı MÜRACİƏT Bu gün, 13:48 Bayram günlərində metro fərqli işləyəcək Bu gün, 13:48 Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib - SƏRƏNCAM Bu gün, 13:48 8 Noyabr - tarixə yazılan "Zəfər möhürü" - DİN-dən videoçarx Bu gün, 12:48 İlham Əliyev Xankəndi stadionunun açılışında iştirak edib Bu gün, 12:48 Milli Qəhrəmanın səhhəti kəskin ağırlaşdı Bu gün, 12:48 Bakıda sərnişin avtobusu "Toyota" ilə toqquşub Bu gün, 12:48 İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub Bu gün, 12:48 Toral Bayramov öz qapısına qol vurub - VİDEO Bu gün, 11:48 Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb Bu gün, 11:48 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub Bu gün, 11:48 "ASAN xidmət" və "ASAN kommunal" mərkəzləri bu tarixlərdə işləməyəcək Bu gün, 11:48 Bahalı yağ, fətir və yuxa yeyən ailə xəstəxanalıq oldu Bu gün, 11:48 Azərbaycan gimnastı Selcan Mahsudova dünya çempionatında finala vəsiqə qazanıb Bu gün, 11:48 Dahi bəstəkar Tofiq Quliyevin anadan olmasından 109 il ötür Bu gün, 10:48 İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib Bu gün, 10:48 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə texniki planlaşdırmaya başlayıblar Bu gün, 10:48 Azərbaycan neftinin qiyməti 107 dolları ötüb Bu gün, 10:48 Yol çəkmək istəyirdilər, 22 min kisə xəzinə tapdılar Bu gün, 10:48 Zəfərdən Şuşaya uzanan yol: AAYDA-dan 8 Noyabra həsr olunmuş təsirli videoçarx Bu gün, 10:48 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb Bu gün, 09:48 Ronaldo millidən ayrılmasaydı heyətə çağırılacaqdı? - Baş məşqçi açıqlayıb Bu gün, 09:48 Misli Premyer Liqasında bu gün iki oyun keçiriləcək Bu gün, 09:48 Koronavirusun yeni ştammı: Güclü boğaz ağrısı və uzunmüddətli halsızlıq yaradır Bu gün, 09:48 Qazaxda gənclərin davası qanla bitdi Bu gün, 09:48 "Baku TV" kollektivi peşə bayramını və Zəfər Gününü qeyd edib Bu gün, 00:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR