Dünən, 14:48 105

"McDonald"s Azərbaycan" və Dövlət Sosial Müdafiə Fondunun (DSMF) əməkdaşlığı çərçivəsində "Zəfərin varisləri: şəhid və müharibə iştirakçılarının övladları üçün şəxsi inkişaf proqramı"na start verilir.

8 Noyabr – Zəfər Gününə həsr olunan layihə gənclərin şəxsi inkişafına, sosial bacarıqlarının gücləndirilməsinə və gələcək imkanlarının genişləndirilməsinə yönəlib.

DSMF-nin təşəbbüsü ilə, tərəflər arasında 2024-cü ildə imzalanmış Anlaşma Memorandumu çərçivəsində həyata keçirilən proqramın açılış mərasimi "McDonald"s" restoranında keçirilib.

2026-cı ilin noyabrından 2027-ci ilin noyabrınadək davam edəcək proqram şəhidlərin, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və müharibə iştirakçılarının 15–23 yaş aralığında olan övladlarını əhatə edəcək. Layihənin əsas məqsədi iştirakçıların şəxsi potensialını inkişaf etdirmək, onların sosial və kommunikasiya bacarıqlarını gücləndirmək, cəmiyyətin fəal, təşəbbüskar və məsuliyyətli üzvləri kimi formalaşmalarına töhfə verməkdir.

Qeyri-formal təhsil prinsiplərinə əsaslanan proqram çərçivəsində kommunikasiya, məhsuldarlıq və komanda işi, dəyişikliklərə uyğunlaşma, emosional intellekt və empatiya istiqamətlərində təlimlər təşkil olunacaq. Təlimlər praktiki tapşırıqlar, qrup işləri, simulyasiyalar, müzakirələr və digər interaktiv metodlar vasitəsilə keçiriləcək. Bu yanaşma gənclərin əldə etdikləri bilik və bacarıqları gündəlik həyatda tətbiq etmələrinə və sosial fəallıqlarını artırmalarına imkan yaradacaq.

Proqramın əsas istiqamətlərindən biri də iştirakçılar arasından təlimçi potensialına malik gənclərin müəyyənləşdirilməsi və onların "Təlimçilərin təlimi" (ToT) proqramı vasitəsilə hazırlanmasıdır. Proqramı uğurla başa vuran iştirakçılar təcrübəli təlimçilərin mentorluğu ilə digər gənclər üçün təlimlər keçmək imkanı qazanacaqlar.

Bununla yanaşı, layihə müddətində təlimçi və mentor şəbəkəsinin formalaşdırılması, iştirakçılar arasında təcrübə mübadiləsinin təşkili, birgə fəaliyyətlərin həyata keçirilməsi və yeni təlim təşəbbüslərinin dəstəklənməsi nəzərdə tutulur. Bu mexanizm proqramın birillik icra müddəti başa çatdıqdan sonra da fəaliyyətinin davam etdirilməsinə şərait yaradacaq.

Gənclərin inkişafına, təhsilinə və sosial inteqrasiyasına dəstək "McDonald"s Azərbaycan"ın korporativ sosial məsuliyyət fəaliyyətinin mühüm istiqamətlərindən biridir. Şirkət DSMF ilə əməkdaşlıq çərçivəsində şəhid ailələrinin və müharibə iştirakçılarının övladlarına yönəlmiş müxtəlif sosial təşəbbüslərdə iştirak edir. Bu əməkdaşlıq çərçivəsində uşaqlar üçün əyləncəli və maarifləndirici tədbirlər, yay düşərgələri təşkil olunub, eləcə də yeni tədris ili ərəfəsində birinci sinif şagirdlərinə məktəb ləvazimatları təqdim edilib.

"Zəfərin varisləri" proqramı tərəflər arasında davam edən əməkdaşlığın növbəti mərhələsi olaraq gənclərin şəxsi və sosial bacarıqlarının inkişafına, gələcək həyat və karyera imkanlarının genişləndirilməsinə dəstək məqsədi daşıyır.

Proqramda iştirak üçün qeydiyyat

Proqramda iştirak etmək istəyən müvafiq kateqoriyadan olan 15–23 yaşlı gənclər ad, soyad, ata adı, FİN kod və əlaqə nömrələrini təqdim etməklə projects@dsmf.gov.az elektron poçt ünvanı, DOST mərkəzləri, "142" Çağrı Mərkəzi və ya Dövlət Sosial Müdafiə Fondunun qəbul mərkəzləri vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Paylaş

Xəbər lenti

Azərbaycanda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı Bu gün, 16:48 Simonyan: Ermənistan 70 il Türkiyə ilə bağlı yanılıb Bu gün, 16:48 Leyla və Arzu Əliyevalar "Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər Bu gün, 16:48 Ucarda "Sprinter" aşdı - Xəsarət alan var Bu gün, 16:48 "Zəfər kuboku" minifutbol turnirinin qalibləri müəyyənləşib Bu gün, 16:48 SOCAR Zəfər Gününün 6-cı ildönümü münasibətilə videoçarx paylaşdı Bu gün, 15:48 Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırılıb Bu gün, 15:48 Günəşdə alışmaların sayı artıb - Alimlərdən XƏBƏRDARLIQ Bu gün, 15:48 Jurnalist Elnur Şükürov həbs edildi Bu gün, 15:48 FHN-də Zəfər Gününə həsr olunmuş tədbir keçirilib Bu gün, 15:48 İtaliya klubu Torreyra üçün hərəkətə keçməyə hazırlaşır Bu gün, 14:48 Məşhur aktrisa 88 yaşında vəfat etdi Bu gün, 14:48 Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb Bu gün, 14:48 İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub Bu gün, 14:48 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib Bu gün, 14:48 Bakıda yağışdan sonra bəzi küçələr gölməçəyə dönüb Bu gün, 14:48 Ərdoğan: Cənubi Qafqaz artıq əməkdaşlıq və inkişaf bölgəsi kimi tanınır Bu gün, 14:48 Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Zəfər Günü qeyd olunub Bu gün, 14:48 Prezident Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib Bu gün, 13:48 Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsi istifadəyə verilib Bu gün, 13:48 Üçrəngli Bayrağın Naxçıvanda dövlət rəmzi qəbul edilməsi Azərbaycanda milli azadlıq hərəkatına təkan verdi - Rəy Bu gün, 13:48 Bakıda yağış fəsadlar törədib - Bəzi yolları su basıb Bu gün, 13:48 Yol polisindən yağışlı hava ilə bağlı MÜRACİƏT Bu gün, 13:48 Bayram günlərində metro fərqli işləyəcək Bu gün, 13:48 Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib - SƏRƏNCAM Bu gün, 13:48 8 Noyabr - tarixə yazılan "Zəfər möhürü" - DİN-dən videoçarx Bu gün, 12:48 İlham Əliyev Xankəndi stadionunun açılışında iştirak edib Bu gün, 12:48 Milli Qəhrəmanın səhhəti kəskin ağırlaşdı Bu gün, 12:48 Bakıda sərnişin avtobusu "Toyota" ilə toqquşub Bu gün, 12:48 İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub Bu gün, 12:48 Toral Bayramov öz qapısına qol vurub - VİDEO Bu gün, 11:48 Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb Bu gün, 11:48 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub Bu gün, 11:48 "ASAN xidmət" və "ASAN kommunal" mərkəzləri bu tarixlərdə işləməyəcək Bu gün, 11:48 Bahalı yağ, fətir və yuxa yeyən ailə xəstəxanalıq oldu Bu gün, 11:48 Azərbaycan gimnastı Selcan Mahsudova dünya çempionatında finala vəsiqə qazanıb Bu gün, 11:48 Dahi bəstəkar Tofiq Quliyevin anadan olmasından 109 il ötür Bu gün, 10:48 İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib Bu gün, 10:48 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə texniki planlaşdırmaya başlayıblar Bu gün, 10:48 Azərbaycan neftinin qiyməti 107 dolları ötüb Bu gün, 10:48 Yol çəkmək istəyirdilər, 22 min kisə xəzinə tapdılar Bu gün, 10:48 Zəfərdən Şuşaya uzanan yol: AAYDA-dan 8 Noyabra həsr olunmuş təsirli videoçarx Bu gün, 10:48 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb Bu gün, 09:48 Ronaldo millidən ayrılmasaydı heyətə çağırılacaqdı? - Baş məşqçi açıqlayıb Bu gün, 09:48 Misli Premyer Liqasında bu gün iki oyun keçiriləcək Bu gün, 09:48 Koronavirusun yeni ştammı: Güclü boğaz ağrısı və uzunmüddətli halsızlıq yaradır Bu gün, 09:48 Qazaxda gənclərin davası qanla bitdi Bu gün, 09:48 "Baku TV" kollektivi peşə bayramını və Zəfər Gününü qeyd edib Bu gün, 00:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR