Dünən, 15:49 71

Ərini çapacaqla yaralayan qadından məhkəmədə gözlənilməz tələb

Bakıda ərinə çapacaqla xəsarət yetirməkdə təqsirləndirilən İradə Hacıyevanın cinayət işinin məhkəməsi başlayıb.

AVESTA.AZ Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərlinin sədrliyi ilə keçirilən ilk hazırlıq iclasında təqsirləndirilənin anket məlumatları dəqiqləşdirilib.

İradə Hacıyevanın müdafiəçisi Aqil Layıc müvəkkilinin əri tərəfindən uzun müddət fiziki zorakılığa məruz qaldığını əsas gətirərək onun faktiki qeydiyyatda olduğu ünvana deyil, başqa ünvana ev dustaqlığına buraxılması ilə bağlı məhkəməyə vəsatət verib.

Prokuror vəsatəti əsassız sayaraq onun təmin olunmamasını istəyib.

Müşavirədən sonra vəsatət təmin olunmayıb və cinayət işi təqsirləndirilən barədə seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul edilib.

Məhkəmənin baxış iclası noyabrın 16-na təyin olunub.

Qeyd edək ki, hadisə 2026-cı il iyunun 28-də Bakının Yasamal rayonu ərazisində baş verib.

Bakı sakini Elşən Hacıyevin bədəninin müxtəlif yerlərindən kəsici alətlə yetirilən xəsarətlərlə xəstəxanada olması barədə polisə məlumat daxil olub.

Araşdırmalarla hadisənin zərərçəkənin həyat yoldaşı, 1962-ci il təvəllüdlü İradə Hacıyeva tərəfindən törədildiyi məlum olub. İradə Hacıyeva saxlanılaraq istintaqa təhvil verilib.

Təqsirləndirilənin istintaqdakı ifadələrindən bəlli olub ki, o, hadisədən əvvəl həyat yoldaşı tərəfindən fiziki zorakılığa məruz qaldığı üçün mətbəxdə istifadə etdiyi çapacaqla ərinə bədəninin müxtəlif nahiyələrindən xəsarətlər yetirib.

İradə Hacıyeva barəsində CM-nin 29.120.2.9-cü (Qəsdən adam öldürməyə cəhd - xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.

Paylaş

Xəbər lenti

Sabaha güclü külək gözlənilir - XƏBƏRDARLIQ Bu gün, 17:48 Novxanıda maşın aşıb Bu gün, 17:48 "Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzində tarixi Zəfərin ildönümü münasibətilə bayram şənliyi keçirilib Bu gün, 17:48 "Şamaxinka"da beş və doqquzmərtəbəli binalar sökülə bilər Bu gün, 17:48 Topçu qardaşların döyüş hekayəsi: "Sağ olduğunu bilmirdim, birdən qarşıma çıxdı" Bu gün, 17:48 Azərbaycanda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı Bu gün, 16:48 Simonyan: Ermənistan 70 il Türkiyə ilə bağlı yanılıb Bu gün, 16:48 Leyla və Arzu Əliyevalar "Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər Bu gün, 16:48 Ucarda "Sprinter" aşdı - Xəsarət alan var Bu gün, 16:48 "Zəfər kuboku" minifutbol turnirinin qalibləri müəyyənləşib Bu gün, 16:48 SOCAR Zəfər Gününün 6-cı ildönümü münasibətilə videoçarx paylaşdı Bu gün, 15:48 Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırılıb Bu gün, 15:48 Günəşdə alışmaların sayı artıb - Alimlərdən XƏBƏRDARLIQ Bu gün, 15:48 Jurnalist Elnur Şükürov həbs edildi Bu gün, 15:48 FHN-də Zəfər Gününə həsr olunmuş tədbir keçirilib Bu gün, 15:48 İtaliya klubu Torreyra üçün hərəkətə keçməyə hazırlaşır Bu gün, 14:48 Məşhur aktrisa 88 yaşında vəfat etdi Bu gün, 14:48 Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb Bu gün, 14:48 İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub Bu gün, 14:48 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib Bu gün, 14:48 Bakıda yağışdan sonra bəzi küçələr gölməçəyə dönüb Bu gün, 14:48 Ərdoğan: Cənubi Qafqaz artıq əməkdaşlıq və inkişaf bölgəsi kimi tanınır Bu gün, 14:48 Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Zəfər Günü qeyd olunub Bu gün, 14:48 Prezident Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib Bu gün, 13:48 Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsi istifadəyə verilib Bu gün, 13:48 Üçrəngli Bayrağın Naxçıvanda dövlət rəmzi qəbul edilməsi Azərbaycanda milli azadlıq hərəkatına təkan verdi - Rəy Bu gün, 13:48 Bakıda yağış fəsadlar törədib - Bəzi yolları su basıb Bu gün, 13:48 Yol polisindən yağışlı hava ilə bağlı MÜRACİƏT Bu gün, 13:48 Bayram günlərində metro fərqli işləyəcək Bu gün, 13:48 Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib - SƏRƏNCAM Bu gün, 13:48 8 Noyabr - tarixə yazılan "Zəfər möhürü" - DİN-dən videoçarx Bu gün, 12:48 İlham Əliyev Xankəndi stadionunun açılışında iştirak edib Bu gün, 12:48 Milli Qəhrəmanın səhhəti kəskin ağırlaşdı Bu gün, 12:48 Bakıda sərnişin avtobusu "Toyota" ilə toqquşub Bu gün, 12:48 İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub Bu gün, 12:48 Toral Bayramov öz qapısına qol vurub - VİDEO Bu gün, 11:48 Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb Bu gün, 11:48 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub Bu gün, 11:48 "ASAN xidmət" və "ASAN kommunal" mərkəzləri bu tarixlərdə işləməyəcək Bu gün, 11:48 Bahalı yağ, fətir və yuxa yeyən ailə xəstəxanalıq oldu Bu gün, 11:48 Azərbaycan gimnastı Selcan Mahsudova dünya çempionatında finala vəsiqə qazanıb Bu gün, 11:48 Dahi bəstəkar Tofiq Quliyevin anadan olmasından 109 il ötür Bu gün, 10:48 İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib Bu gün, 10:48 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə texniki planlaşdırmaya başlayıblar Bu gün, 10:48 Azərbaycan neftinin qiyməti 107 dolları ötüb Bu gün, 10:48 Yol çəkmək istəyirdilər, 22 min kisə xəzinə tapdılar Bu gün, 10:48 Zəfərdən Şuşaya uzanan yol: AAYDA-dan 8 Noyabra həsr olunmuş təsirli videoçarx Bu gün, 10:48 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb Bu gün, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR