
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondu, Azərbaycan İlahiyyat İnstitutu, Bakı İlahiyyat Kollecinin rəhbərliyi və kollektivi 8 Noyabr – Zəfər Günü ilə əlaqədar Zəfər parkını ziyarət edib.
Bu barədə AVESTA.AZ-ə Komitədən məlumat verilib.
Bildirilib ki, Zəfər abidəsinin önünə tər güllər düzülüb, Azərbaycanın ərazi bütövlüyü və torpaqların azadlığı uğrunda canlarını fəda etmiş Vətən övladlarının əziz xatirəsi dərin ehtiramla yad edilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.