
Ukraynanın müdafiə naziri Oleksiy Reznikov almaniyalı həmkarı Boris Pistorius ilə telefonla danışıb.
“AVESTA.AZ” “İnterfax Ukraina”ya istinadən xəbər verir ki, tərəflər Ukrayna Silahlı Qüvvələrinin (SQ) imkanlarının gücləndirilməsi üçün gələcək addımları müzakirə ediblər.
“Almaniyalı həmkarım Boris Pistorius ilə səmərəli söhbətim olub. Ukraynaya davamlı dəstəyinə və ölkələr arasında əməkdaşlığa sadiqliyinə görə Almaniyaya təşəkkür etdim”, - O.Reznikov tviterdə yazıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.