
“Ermənistan və Azərbaycan arasında imzalanacaq sülh müqaviləsinin layihəsi ilə bağlı hələ razılıq əldə edilməyib”.
“Report” xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan iyulun 25-də keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, müqavilə layihəsi üzərində işlər davam edir: “Bununla belə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi imzalanmaq üçün hazır deyil”.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.