23-08-2023, 18:54 637

Dünya çempionatı: Nihad Məmişov qızıl medal qazanıb - YENİLƏNİB - 13

Azərbaycanın yeniyetmə cüdoçusu Nihad Məmişov Xorvatiyada təşkil olunan dünya çempionatında qızıl medal qazanıb.

"AVESTA.AZ"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 50 kq çəki dərəcəsində çıxış edən idmançı finalda komanda yoldaşı Məhəmməd Məmişova qalib gəlib.

Bu gün, həmçinin, 55 kq-da Mirxaliq İskəndərov bürünc medal uğrunda görüşdə fransalı Adrian Mivovanla üz-üzə gələcək.

Qeyd edək ki, ilk yarış günündə digər üç cüdoçu medal qazana bilməyib.

16:53

Azərbaycanın daha bir cüdoçusu Nihad Məmişov Xorvatiyada keçirilən dünya çempionatında finala yüksəlib.

"AVESTA.AZ"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 50 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda Qazaxıstan təmsilçisi Nurbol Askara qalib gəlib.

O, qızıl medal uğrunda görüşdə Azərbaycanın digər cüdoçusu Məhəmməd Məmişova rəqib olub.

55 kq-da mübarizə aparan Mirxaliq İskəndərov isə yarımfinalda Gürcüstan idmançısı Merabi Səmədaşviliyə yenilib. İskəndərov bürünc medal uğrunda qarşılaşmada fransalı Adrian Mivovanla üz-üzə gələcək.

16:17

Azərbaycanın yeniyetmə cüdoçusu Məhəmməd Məmişov Xorvatiyada keçirilən dünya çempionatında növbəti görüşünə çıxıb.

"AVESTA.AZ"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 50 kq çəki dərəcəsində yer alan idmançı yarımfinalda Gürcüstan təmsilçisi Şota Baçoşvili ilə üz-üzə gəlib.

Rəqibinə qalib gələn Məmişov finala yüksəlib.

15:50

Azərbaycanın daha iki yeniyetmə cüdoçusu Xorvatiyada keçirilən dünya çempionatında yarımfinala yüksəlib.

"AVESTA.AZ"un məlumatına görə, 50 kq çəki dərəcəsində çıxış edən Nihad Məmişov 1/4 finalda Monqolustan təmsilçisi Tuquldur Çoijiljavı, 55 kq-dakı Mirxaliq İskəndərov isə serbiyalı Marko Yorgiçi üstələyərək növbəti mərhələyə vəsiqə qazanıb.

Daha əvvəl 50 kq-da Məhəmməd Məmişov eyni nəticəni göstərib.

15:29

Azərbaycanın yeniyetmə cüdoçusu Məhəmməd Məmişov Xorvatiyada təşkil olunan dünya çempionatında növbəti görüşünə çıxıb.

"AVESTA.AZ"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 50 kq çəki dərəcəsində yer alan idmançı 1/4 finalda braziliyalı Viktor Huqo Silva ilə üz-üzə gəlib.

Rəqibinə qalib gələn Məmişov yarımfinala adlayıb.

15:07

Azərbaycanın daha iki yeniyetmə cüdoçusu Xorvatiyada keçirilən dünya çempionatında 1/4 finala vəsiqə qazanıb.

"AVESTA.AZ"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 50 kq çəki dərəcəsində çıxış edən Nihad Məmişov macarıstanlı Bence Qaloya, 55 kq-da isə Mirxaliq İskəndərov Monqolustan təmsilçisi Munx-Orgil Suvd-Erdeneyə qalib gəlib.

Daha əvvəl 50 kq-da Məhəmməd Məmişov da eyni nəticəni göstərib.

14:50

Azərbaycanın yeniyetmə cüdoçusu Məhəmməd Məmişov Xorvatiyada keçirilən dünya çempionatında növbəti görüşünə çıxıb.

"AVESTA.AZ"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 50 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 finalda Ermənistan təmsilçisi Arşak Bekçyana qalib gələrək 1/4 finala adlayıb.

O, daha əvvəl Bosniya və Herseqovinadan olan Stefan Vinciçi məğlub etmişdi.

14:33

Azərbaycanın yeniyetmə cüdoçusu Ayxan Mirzəzadə Xorvatiyada keçirilən dünya çempionatında növbəti görüşünə çıxıb.

"AVESTA.AZ"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 55 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/16 finalda Qazaxıstan təmsilçisi Oralbek Bayzakla üz-üzə gəlib.

Rəqibinə uduzan Mirzəzadə çıxışını başa vurub.

Daha əvvəl qızlardan Nigar Məmişova (40 kq) və Məryəm Bayramzadə (44 kq) uğursuzluqla üzləşib.

13:44

Azərbaycanın yeniyetmə cüdoçusu Məhəmməd Məmişov Xorvatiyada keçirilən dünya çempionatına qələbə ilə başlayıb.

"AVESTA.AZ" xəbər verir ki, 50 kq çəki dərəcəsində yer alan idmançı 1/16 finalda Bosniya və Herseqovinadan olan Stefan Vinciçi məğlub edib.

Beləliklə, bu gün mübarizəyə qoşulan oğlan cüdoçuların hamısı ilk görüşlərində qalib gəliblər.

13:34

Azərbaycanın yeniyetmə cüdoçusu Nihad Məmişov Xorvatiyada keçirilən dünya çempionatında ilk qələbəsini qazanıb.

"AVESTA.AZ"un Zaqrebə ezam olunmuş əməkdaşının məlumatına görə, 50 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/16 finalda Fransa təmsilçisi Amza Çattiyə qalib gəlib.

Məmişov növbəti mərhələdə macar Bence Qalo ilə üz-üzə gələcək.

13:27

Azərbaycanın daha bir qız cüdoçusu Nigar Məmişova Xorvatiyada keçirilən yeniyetmələrin dünya çempionatında mübarizəni dayandırıb.

"AVESTA.AZ"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 40 kq çəki dərəcəsində yer alan idmançı 1/8 finalda Türkmənistan təmsilçisi Dilara Kandimovaya yenilib.

Daha əvvəl Məryəm Bayramzadə (44 kq) çıxışını başa vurub.

13:20

Azərbaycan cüdoçusu Mirxaliq İskəndərov Xorvatiyada keçirilən dünya çempionatında ilk görüşünə çıxıb.

"AVESTA.AZ"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 55 kq çəki dərəcəsində yer alan idmançı 1/16 finalda fransalı Tiaqo Talonla üz-üzə gəlib.

"Qızıl" xal bölümündə qalib gələn İskəndərov növbəti mərhələyə vəsiqə qazanıb.

13:10

Azərbaycanın yeniyetmə cüdoçusu Ayxan Mirzəzadə Xorvatiyada keçirilən dünya çempionatında mübarizəyə başlayıb.

"AVESTA.AZ"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 55 kq çəki dərəcəsində çıxış edən idmançı 1/32 finalda tacikistanlı Loiq Kudbodinovla üz-üzə gəlib.

Rəqibinə ipponla qalib gələn Mirzəzadə növbəti mərhələyə yüksəlib. O, qazaxıstanlı Oralbek Bayzakla görüşəcək.

13:04

Azərbaycanın yeniyetmə cüdoçusu Məryəm Bayramzadə Xorvatiyada keçirilən dünya çempionatında mübarizəyə başlayıb.

"AVESTA.AZ"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 44 kq çəki dərəcəsində çıxış edən idmançı 1/16 finalda Moldova təmsilçisi Qabriela Herta ilə üz-üzə gəlib.

Bayramzadə "qızıl" xal bölümündə rəqibinə məğlub olub.

Qeyd edək ki, bu gün, həmçinin, oğlanlardan Məhəmməd Məmişovla Nihad Məmişov (hər ikisi 50 kq), Ayxan Mirzəzadə, Mirxaliq İskəndərov (hər ikisi 55 kq) və Nigar Məmişova (40 kq) tatamiyə çıxacaq. Turnir avqustun 27-də başa çatacaq.

Paylaş

Xəbər lenti

Şuşada Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub Bu gün, 15:48 Zəfər Günü Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabranda da qeyd olunub Bu gün, 15:48 Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir Bu gün, 15:48 Ərdoğan Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib Bu gün, 15:48 İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanı Füzuli Beynəlxalq Hava Limanında qarşılamasına dair videoçarx Bu gün, 15:48 Bayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb Bu gün, 15:48 Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib Bu gün, 15:48 Misir millisinin baş məşqçisi həyat yoldaşı ilə bağlı qalmaqala görə istefaya göndərildi Bu gün, 15:48 Şahrudin Məhəmmədəliyev "Qarabağ"da 100-cü Premyer Liqa oyununa çıxıb Bu gün, 15:48 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib Bu gün, 14:48 Kombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı Bu gün, 14:48 Türkiyə DİN: Zəfərin mübarək olsun, can Azərbaycan Bu gün, 14:48 Muxtar Babayev: Azərbaycan COP31-i dəstəkləmək üçün əməkdaşlığa hazırdır Bu gün, 14:48 Vətən Müharibəsi qəhrəmanı döyüşün ən ağır anlarını xatırladı: "Şuşanın qala divarları bizə sipər oldu" Bu gün, 14:48 Elçin Quliyev Zəfər Günü ilə bağlı DSX-nin şəxsi heyətini təbrik edib Bu gün, 14:48 Lənkəranda ilk dəfə AFFA U-12 Qızlar Liqasına start verilib Bu gün, 14:48 İşğaldan azad edilmiş ərazilərdəki müəssisələrdə 6 576 şagird və uşaq təhsil alır Bu gün, 14:48 Şəmkirdə ağır qəzada xəsarət alanların son vəziyyəti açıqlanıb Bu gün, 14:48 Azərbaycan Prezidenti: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq" Bu gün, 13:48 Prezident: "Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar" Bu gün, 13:48 Prezident: "Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" Bu gün, 13:48 Türkiyə MMN: Zəfər Günün mübarək olsun, qəhrəman Azərbaycan! Bu gün, 13:48 Zakir Həsənov Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib Bu gün, 13:48 Prezident İlham Əliyev Şahbaz Şərifə təşəkkür edib Bu gün, 13:48 249 saylı bağçada işə gəlməyənlərə maaş hesablanaraq mənimsənilib? Bu gün, 13:48 Ukrayna səfiri: Azərbaycanın Zəfər Günü ədalətin təntənəsini simvolizə edir Bu gün, 13:48 Emrah Azərbaycan xalqının Zəfər Gününü təbrik etdi Bu gün, 13:48 Səfərbərlik Xidmətinin şəxsi heyəti Zəfər Tağı abidəsini ziyarət edib Bu gün, 13:48 Azərbaycanın futzal millisi bu gün Latviya ilə üz-üzə gələcək Bu gün, 12:48 Şəhid Elşən Əhmədlinin anası: "Qəhrəman böyütməyimdən xəbərim olmayıb" Bu gün, 12:48 İlham Əliyev: Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi Bu gün, 12:48 Zakir Həsənov və Kərim Vəliyevin qucağındakı əkizlərin kimliyi məlum olub Bu gün, 12:48 Ərdoğan Zəfər Günü tədbirlərində iştirak etmək üçün Qarabağa yola düşüb Bu gün, 12:48 Azərbaycan Prezidenti: Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür Bu gün, 12:48 Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib Bu gün, 12:48 İlham Əliyev: Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir Bu gün, 12:48 Xankəndidəki Zəfər Muzeyinin məkanı bəlli olub Bu gün, 12:48 "Haber Global" Ərdoğanın Qarabağa səfər proqramını açıqlayıb - Video Bu gün, 12:48 Bakıda və Abşeron yarımadasında yağış yağacaq, şimşək çaxacaq Bu gün, 12:48 Prezident: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir" Bu gün, 12:48 Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndərin və şəhidlərin xatirəsini ehtiramla yad edib Bu gün, 11:48 Pakistanın Baş naziri 8 Noyabrı Azərbaycan xalqının cəsarətinin tarixi sübutu hesab edir Bu gün, 11:48 8 Noyabr: İllərin intizarına son qoyan Möhtəşəm Zəfər Günü Bu gün, 11:48 Kamran Əliyev və prokurorluğun rəhbər heyəti Zəfər Tağını ziyarət edib Bu gün, 11:48 Rəşad Nəbiyev: Zəfər Günü Azərbaycan xalqının qəhrəmanlığının təntənəsidir Bu gün, 11:48 Kasım-Jomart Tokayev İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib Bu gün, 11:48 Milli Qəhrəmanın oğlu: "Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır" Bu gün, 11:48 Bakıda 166 saylı avtobus tüstülədi - Sərnişinlər yolda qaldı Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR