
Rusiyanın işğalı altındakı Krım yarımadasında Ukraynanın dövlət bayrağı asılıb.
“Report” xəbər verir ki, bu barədə UNIAN məlumat yayıb.
Bildirilib ki, hazırda yarımadada Ukrayna bayrağı dalğalanır.
Xatırladaq ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi daha əvvəl Krımda xüsusi əməliyyat keçirildiyini bildirmişdi. Məlumata görə, əməliyyat itkisiz başa çatıb.
Qeyd edək ki, Rusiya Krımı 2014-cü ildə ilhaq edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.