14-09-2023, 14:49 511

Emin Mahmudov: “Üç il əvvəl milliyə yaxın deyildim, indi rekorda yaxınlaşmışam”

“Üç il əvvəl milliyə yaxın deyildim, indi rekorda yaxınlaşmışam”.

Bunu “AVESTA.AZ”a açıqlamasında Azərbaycan millisinin kapitanı Emin Mahmudov yığma tarixinin ən məhsuldar futbolçusu Qurban Qurbanovun rekorduna yaxınlaşması ilə bağlı danışarkən deyib.

31 yaşlı yarımmüdafiəçi yığmanın heyətində vurduğu qol sayını qısa müddətdə 11-ə çatdırmasının özü üçün gözlənilməz olduğunu etiraf edib: “Açığı, millidə bu qədər qol vuracağımı gözləmirdim. İki il əvvəl desəydilər ki, rekorda yaxınlaşacaqsan, inanmazdım”.

“Neftçi”nin lideri Azərbaycan futbol tarixinə düşmək arzusunu gizlətməyib: “Hər bir futbolçu tarixə düşmək istəyər. Mən də yaxşı formada qalmaq, Azərbaycan futboluna xeyir vermək üçün öz üzərimdə işləyirəm. Rekordu yeniləsəm, bunun nə demək olduğunu yalnız o zaman hiss etmiş olaram. Etiraf edək ki, bizim milli üçün 3 qol o qədər də az deyil. Nəzərə alaq ki, yarımmüdafiəçi olduğum üçün fərqlənmək imkanım az olur”.

O, Qurban Qurbanovun 14 qolluq rekorduna çatmağın elə də asan olmadığını düşünür: “İlk növbədə komandama faydalı olmaq barədə düşünürəm. Bu, qol və ya məhsuldar ötürmə ilə də ola bilər. Əlbəttə ki, əlimə şans düşəndə bundan yararlanmağa çalışıram. Oturub düşünmürəm ki, rekorda çatmağıma 3 qol qalıb. Oynadıqca qollar özləri gəlir”.

Emin Mahmudov AVRO-2024-ün seçmə mərhələsində Belçika (0:1), yoldaşlıq görüşü çərçivəsində isə İordaniya (2:1) ilə keçirilən matçları da dəyərləndirib: “Belçika və İordaniya ilə oyunlar fərqli alındı. Əlbəttə ki, Belçika ilə qarşılaşma bizim üçün daha vacib idi. Böyük futbolçulara malik güclü komandadır. Bizim üçün çox çətin oldu. Rəqib topla daha sürətli oynayırdı. Yaxşı mübarizə aparsaq da, yekunda uduzduq. İordaniya ilə qarşılaşma ərəfəsində isə futbolçularda yorğunluq çox idi. Üstəlik, meydan çox pis vəziyyətdə idi. Ötürmə vermək çətin idi. Hətta vurduğumuz ikinci qol epizodunda ötürmə zamanı top tullandı, Renat Dadaşovun bədəninə dəyib tora daxil oldu. İstər-istəməz çətinlik çəkirdik. Qalib gəlməsəydik, bizi tənqid edəcəkdilər ki, bunlar İordaniyanı da uda bilmirlər. İndi qalib gəlmişik, deyirlər ki, İordaniyanı udublar də. Amma onlar heç də zəif komanda deyildilər”.

Qeyd edək ki, Emin Mahmudov 2016-cı ildən Azərbaycan millisinə dəvət alır. Yarımmüdafiəçi yığmanın heyətində ümumilikdə 42 oyun keçirib.

Paylaş

Xəbər lenti

Azərbaycanda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı Bu gün, 16:48 Simonyan: Ermənistan 70 il Türkiyə ilə bağlı yanılıb Bu gün, 16:48 Leyla və Arzu Əliyevalar "Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər Bu gün, 16:48 Ucarda "Sprinter" aşdı - Xəsarət alan var Bu gün, 16:48 "Zəfər kuboku" minifutbol turnirinin qalibləri müəyyənləşib Bu gün, 16:48 SOCAR Zəfər Gününün 6-cı ildönümü münasibətilə videoçarx paylaşdı Bu gün, 15:48 Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırılıb Bu gün, 15:48 Günəşdə alışmaların sayı artıb - Alimlərdən XƏBƏRDARLIQ Bu gün, 15:48 Jurnalist Elnur Şükürov həbs edildi Bu gün, 15:48 FHN-də Zəfər Gününə həsr olunmuş tədbir keçirilib Bu gün, 15:48 İtaliya klubu Torreyra üçün hərəkətə keçməyə hazırlaşır Bu gün, 14:48 Məşhur aktrisa 88 yaşında vəfat etdi Bu gün, 14:48 Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb Bu gün, 14:48 İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub Bu gün, 14:48 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib Bu gün, 14:48 Bakıda yağışdan sonra bəzi küçələr gölməçəyə dönüb Bu gün, 14:48 Ərdoğan: Cənubi Qafqaz artıq əməkdaşlıq və inkişaf bölgəsi kimi tanınır Bu gün, 14:48 Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Zəfər Günü qeyd olunub Bu gün, 14:48 Prezident Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib Bu gün, 13:48 Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsi istifadəyə verilib Bu gün, 13:48 Üçrəngli Bayrağın Naxçıvanda dövlət rəmzi qəbul edilməsi Azərbaycanda milli azadlıq hərəkatına təkan verdi - Rəy Bu gün, 13:48 Bakıda yağış fəsadlar törədib - Bəzi yolları su basıb Bu gün, 13:48 Yol polisindən yağışlı hava ilə bağlı MÜRACİƏT Bu gün, 13:48 Bayram günlərində metro fərqli işləyəcək Bu gün, 13:48 Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib - SƏRƏNCAM Bu gün, 13:48 8 Noyabr - tarixə yazılan "Zəfər möhürü" - DİN-dən videoçarx Bu gün, 12:48 İlham Əliyev Xankəndi stadionunun açılışında iştirak edib Bu gün, 12:48 Milli Qəhrəmanın səhhəti kəskin ağırlaşdı Bu gün, 12:48 Bakıda sərnişin avtobusu "Toyota" ilə toqquşub Bu gün, 12:48 İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub Bu gün, 12:48 Toral Bayramov öz qapısına qol vurub - VİDEO Bu gün, 11:48 Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb Bu gün, 11:48 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub Bu gün, 11:48 "ASAN xidmət" və "ASAN kommunal" mərkəzləri bu tarixlərdə işləməyəcək Bu gün, 11:48 Bahalı yağ, fətir və yuxa yeyən ailə xəstəxanalıq oldu Bu gün, 11:48 Azərbaycan gimnastı Selcan Mahsudova dünya çempionatında finala vəsiqə qazanıb Bu gün, 11:48 Dahi bəstəkar Tofiq Quliyevin anadan olmasından 109 il ötür Bu gün, 10:48 İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib Bu gün, 10:48 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə texniki planlaşdırmaya başlayıblar Bu gün, 10:48 Azərbaycan neftinin qiyməti 107 dolları ötüb Bu gün, 10:48 Yol çəkmək istəyirdilər, 22 min kisə xəzinə tapdılar Bu gün, 10:48 Zəfərdən Şuşaya uzanan yol: AAYDA-dan 8 Noyabra həsr olunmuş təsirli videoçarx Bu gün, 10:48 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb Bu gün, 09:48 Ronaldo millidən ayrılmasaydı heyətə çağırılacaqdı? - Baş məşqçi açıqlayıb Bu gün, 09:48 Misli Premyer Liqasında bu gün iki oyun keçiriləcək Bu gün, 09:48 Koronavirusun yeni ştammı: Güclü boğaz ağrısı və uzunmüddətli halsızlıq yaradır Bu gün, 09:48 Qazaxda gənclərin davası qanla bitdi Bu gün, 09:48 "Baku TV" kollektivi peşə bayramını və Zəfər Gününü qeyd edib Bu gün, 00:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR