16-09-2023, 20:54 716

Qərbi Azərbaycan Xronikası: Göyçə mahalının ən isti kəndinin qəribə adətləri

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında Göyçə mahalı, Basarkeçər rayonu, Pəmbək kəndi haqqında xüsusi buraxılış hazırlanıb.

"AVESTA.AZ" xəbər verir ki, verilişdə Pəmbək kəndinin adının mənasından söhbət açılıb. Qeyd olunub ki, bu toponim quşçu türk etnonimi ilə “iki dağ və ya təpə arasında, eləcə də düzənlikdə uzun dərin çuxur” mənasında işlənən dərə sözünün birləşməsindən əmələ gəlib. Pəmbək sözü “dərədə quşçu tayfasının yaşadığı kənd” mənasını ifadə edir və etnotoponimdir, quruluşca mürəkkəb toponimdir. Kəndin qədim tarixə malik olduğu diqqətə çatdırılaraq o da vurğulanıb ki, buradakı albanlara, oğuzlara məxsus qəbiristanlıqlarının xarabalığı müasir dövrümüzə kimi gəlib çatıb.

Bildirilib ki, Basarkeçər rayon mərkəzindən 24 kilometr şimal-qərbdə, Göyçə gölünün sahilində yerləşən Pəmbək kəndi bütün Göyçə mahalının aranı hesab edilib. Kənd başdan-başa meyvə ağaclarından ibarət olub. Burada bitən alma, armud, ərik, gavalı, gilas, qoz, üzüm və sair öz tamı və ətri ilə digər yerlərin meyvələrindən tamamilə fərqlənib. Pəmbək meşələrində də çır alma, armuddan başqa qarağac, keçiməməsi, itburnu və ya zincirli, qoyungözü, iydə və çaytikanı kimi min dərdin dərmanı hesab olan meyvə və giləmeyvə ağacları olub. Arxası meşəli yüksək dağlara söykənmiş kəndin ətəyi isə saf, dumduru suyu olan Göyçə gölünə birləşib. Bu gölün təmiz və şirin suyu adı dillər əzbəri olan balıqlarla zəngin olub. Pəmbək kəndində yaşayan azərbaycanlıların 1988-ci ildə deportasiyaya məruz qaldığı, öz tarixi-etnik torpaqlarından qovulduğu vurğulanıb.

Verilişdə Göyçə mahalının ən isti kəndi sayılan Pəmbəkin qəribə adətlərindən, həmçinin bir qayaüstü rəsmin bütün kəndi tilsimdə saxlamasından, bu yaşayış məntəqəsi sakinlərinin şəkərli diabet xəstəliyinə tutulmamalarından, kəndi şər qüvvələrdən qoruyan sehrli daşdan söhbət açılıb. Verilişdə Pəmbək kəndinə məxsus mətbəxin fərqli nümunələri təqdim olunub, qış tədarükü, mövsümi hazırlıqlar göstərilib.

Həmçinin kəndin etnik mədəni tarixini təcəssüm etdirən dekorativ-tətbiqi sənət növləri, el oyunları, adətlər və aşıq yaradıcılığı haqqında geniş məlumat verilib. Qeyd olunub ki, Pəmbək kəndinin sakinləri tutduqları mövqedən, mənsub olduqları yaşdan asılı olmayaraq, bu yaşayış məntəqəsinin tarixini, adətlərini xatırlayır, yaşadır və özlərindən sonra gələnlərə ötürürlər. Bununla təkcə Pəmbək kəndini yaşatmır, eyni zamanda Böyük Qayıdış üçün də əsaslı zəmin yaradırlar. Verilişdəki müsahibə və çıxışlarda bu məqamlar daha qabarıq tərzdə özünü əks etdirib.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Qeyd edək ki, veriliş sentyabrın 16-da, saat 19:30-da “Baku TV”nin efirində və yutub kanalında yayımlanıb.

Paylaş

Xəbər lenti

Qazaxda açıq ərazidə yanğın baş verib Bu gün, 22:48 Azərbaycanda dəhşətli cinayət: Nənə yeni doğulan nəvəsini avtomobildə boğaraq öldürüb Bu gün, 22:48 Mbappe Olisenin "Real"a keçidi ilə bağlı danışdı: "Belə məsləhət vermək hörmətsizlik olardı" Bu gün, 22:48 Ərdoğanla Paşinyan Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib Bu gün, 22:48 Azərbaycan millisi yoldaşlıq görüşündə qələbə qazandı Bu gün, 22:48 Yeni yaranan planet aşkarlandı Bu gün, 22:48 Namiq Mənanın meyxana dediyi restoranda nə baş verir? - Polis ərazini nəzarətə götürdü Bu gün, 21:48 ABŞ-də ağdərili cütlüyün qaradərili körpəsi ailədə qalmaqala səbəb oldu Bu gün, 21:48 Şərifov: Birgə Komissiyanın 9-cu iclası Bakı və Ər-Riyad arasında əməkdaşlığa mühüm töhfə verəcək Bu gün, 21:48 "Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib Bu gün, 21:48 UFO kimi qəbul edilən obyektlərin sirri: Əslində nə görürük? Bu gün, 21:48 Fransa İrandan diplomatiya yoluna qayıtmağı tələb etdi Bu gün, 21:48 Şahin Mustafayev: "Azərbaycan Cənubi Qafqazda Çinin ən böyük ticarət tərəfdaşıdır" Bu gün, 20:48 Politoloq: Paşinyanın Qarabağdakı separatçı rejimə dəstəyi Praqada əldə olunan razılaşmalarla ziddiyyət təşkil edirdi Bu gün, 20:48 "Vətən daşı"nın quruluşçu rejissoru: "Çox uğurlu layihə olacaq" Bu gün, 20:48 Gəncə sakini odlu silahdan açılan atəş nəticəsində yaralandı Bu gün, 20:48 Azərbaycan və Fransanın XİN başçıları görüşüb Bu gün, 20:48 Xəstə halda işə, məktəbə getmək nə qədər təhlükəlidir? - XƏBƏRDARLIQ Bu gün, 20:48 Fuad Hüseynəliyev: Azərbaycan hər zaman şəhid və qazilərin qəhrəmanlığına həssas yanaşır Bu gün, 20:48 Nyu-Yorkda Azərbaycan-Belarus strateji tərəfdaşlığı müzakirə olunub Bu gün, 20:48 Qəzza ilə bağlı YENİ PLAN Bu gün, 19:48 Politoloq: Ermənistan Vətən müharibəsindən sonrakı 3 il ərzində danışıqlar prosesində səmimi olmayıb Bu gün, 19:48 "Global Media Group" və "Report" İnformasiya Agentliyi "Vətən daşı" sənədli filmini təqdim edib Bu gün, 19:48 Bakıda əmlak bazarında QİYMƏT ARTIMI: Torpaq və mənzillər bahalaşdı Bu gün, 19:48 "2020-ci il müharibəsinə aparan yol "yeni müharibə – yeni ərazilər" şüarından keçirdi" - RƏY Bu gün, 18:48 Bakının bu ərazisində yaşayanlar köçürüləcəklər - 35 MİLYON MANAT AYRILDI Bu gün, 18:48 Yuyulması üçün şirkətə verilən xalça yoxa çıxdı Bu gün, 18:48 Bakıda sakinləri SEVİNDİRƏCƏK XƏBƏR - Yeni layihə hazırlanır Bu gün, 18:48 Mikayıl Cabbarov Osman Murat Karadenizlə əməkdaşlıq perspektivlərini müzakirə edib Bu gün, 18:48 Finiş xəttindən kənarda: Böyük beynəlxalq yarış Azərbaycanın turizm iqtisadiyyatında artıma necə təkan verir Bu gün, 18:48 Gələn il üçün Həcc ziyarətinin ilkin qiyməti 6100 dollar müəyyən edilib Bu gün, 17:48 "Nar" inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib Bu gün, 17:48 Xəzər rayonunda mənzildən 33 min manat oğurlanıb Bu gün, 17:48 Alimlər uzunömürlülüyün əsas sirrini açıqladı: Kifayət qədər yuxu Bu gün, 17:48 Azərbaycanda ilk LEGO Certified Store "TORGROUP Global" tərəfdaşlığı ilə açılır Bu gün, 17:48 BMT-nin sınaq həftəsi: Qlobal böhranlara çarə tapılacaqmı? Bu gün, 17:48 3 maskalı şəxs Olimpiya çempionunun "Porsche"sini oğurladı Bu gün, 17:48 Qayınatasının evində yaşayan kişi arvadını çəliklə döydü Bu gün, 16:48 "Mərkəzi Nəbatat Bağı" və "Dendrologiya Bağı" birləşdirilib Bu gün, 16:48 "Şəfa" komandasının Premyer Liqadakı fasilə zamanı planı bəlli olub Bu gün, 16:48 Yeniyetməlikdə bu xəta qocalmanı SÜRƏTLƏNDİRİR: Alimlərdən ŞOK NƏTİCƏ Bu gün, 16:48 "Sumqayıt" Elşad Şirzadovu heyətinə qatıb Bu gün, 16:48 Makron çağırış etdi: Uşaqları qorumaq üçün süni intellekt modelləri yoxlanılmalıdır Bu gün, 16:48 "Hərbiləşdirilmiş Mühafizə İdarəsi" AZCON-un idarəetməsinə verilib Bu gün, 16:48 "AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib Bu gün, 16:48 Əhali qorxu içində: "Üstümə cumdu, məni yerlə sürüdü" Bu gün, 16:48 Bryus Uillisin səhhəti pisləşir: ailəsi aktyorun vəziyyəti barədə danışdı Bu gün, 16:48 Yer kürəsinin iki nəhəng buz örtüyü 47 ildə 12 trilyon tondan çox buz itirib Bu gün, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR