
Şəkidə yaşayış evində baş verən partlayışda bir nəfər xəsarət alıb.
“AVESTA.AZ”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Vərəzət kəndində baş verib.
Partlayış nəticəsində Vərəzət kənd sakini, 1959-cu il təvəllüdlü Feyziyev Arif Tapdıq oğlu xəsarət alaraq Şəki rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.