7-09-2022, 15:00 680

XİN-də Azərbaycan-Yaponiya münasibətlərinin qurulmasının ildönümü ilə bağlı tədbir keçirilib - YENİLƏNİB

Sentyabrın 7-də Xarici İşlər Nazirliyində Azərbaycan və Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə tədbir və sərgi keçirilib.

Bu barədə "Report"a XİN-dən məlumat verilib. 

Tədbirdə Azərbaycan XİN-in rəhbər heyəti, Milli Məclisin üzvləri, Yaponiyanın Azərbaycandakı Səfirliyinin əməkdaşları, Azərbaycanda fəaliyyət göstərən yapon şirkətlərinin nümayəndələri, elmi-akademik dairələrin nümayəndələri, eləcə də digər qonaqlar iştirak ediblər.

Tədbir hər iki ölkənin dövlət himnlərinin səslənməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov ümummilli lider Heydər Əliyevin 1998-ci ilin fevral ayında Yaponiyaya tarixi səfərinin iki ölkə arasında yüksək səviyyəli dialoqun qurulmasında mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdıraraq, münasibətlərin hazırda uğurla inkişaf etdiyini bildirib. O, cari il ərzində XİN-lərarası siyasi məsləhətləşmələr və hökumətlərarası iqtisadi komissiyanın növbəti iclaslarının uğurla keçirildiyini qeyd edib. İkitərəfli münasibətlərin dərinləşməsində parlamentlərarası əməkdaşlığın rolunu xüsusilə qeyd edən Elnur Məmmədov, ölkələrimiz arasında mövcud qarşılıqlı anlaşma mühitinin, əlaqələrin daha da möhkəmlənməsi, mövcud olan böyük potensialın həyata keçirilməsi üçün münbit şərait yaratdığını ifadə edib. Yaponiya tərəfinin azad olunmuş ərazilərimizin bərpası prosesində iştirakı məmnunluqla vurğulanıb.

Daha sonra çıxış edən Yaponiyanın Azərbaycan Respublikasındakı səfiri Cuniçi Vada iki ölkənin coğrafi olaraq bir-birindən uzaqda yerləşməsinə baxmayaraq Yaponiya ilə Azərbaycan arasında bu cür mehriban münasibətlərin, qarşılıqlı hörmət və etimadın qurulmasının təqirəlayiq olduğunu bildirib. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafında qarşılıqlı səfərlərin müstəsna rolu olduğunu qeyd edən səfir Cuniçi Vada, Azərbaycan və Yaponiya arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi, mədəni, humanitar sahələrdə birgə layihələrin həyata keçirildiyini məmnunluqla vurğulayıb.

Tədbirdə, həmçinin Azərbaycan Respublikası və Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Yaponiyanın Baş naziri Fumio Kişida, habelə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Yaponiya xarici işlər naziri Yoşimasa Hayaşinin məktublarının mübadiləsi baş tutub.

Tədbirin sonunda iştirakçılar Azərbaycan və Yaponiya arasında diplomatik münasibətlərin 30 illiyinə həsr edilmiş sərgi ilə tanış olublar.

12:27

Azərbaycan və Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş tədbir keçirilir.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi tviterdə məlumat yayıb.

Qeyd edək ki, Yaponiya Azərbaycanın müstəqilliyini 1991-ci ilin dekabrında tanıyıb. İki ölkə arasında diplomatik əlaqələr isə 1992-ci ilin sentyabrın 7-də qurulub. 1998-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyev ilk dəfə Yaponiyaya səfər edib. Hər iki ölkədə qarşılıqlı şəkildə səfirliklər fəaliyyət göstərir.

Paylaş

Xəbər lenti

44 günlük müharibədən antiterror tədbirlərinə qədər baş verənlər vahid prosesin ardıcıl mərhələləri idi - RƏY Bu gün, 15:48 Dron hücumu Moskva aeroportlarında 400-dən çox reysi gecikdirdi Bu gün, 15:48 Aqşin Kərimov: "Tarixi saxtalaşdırmaq sülh prosesinə ciddi maneə yaradır" Bu gün, 14:48 Rüfət Nasosnu: "Razıyam ki, biz həddi bir az aşmışıq" Bu gün, 14:48 Türkiyənin Azərbaycandakı səfirliyi ölkəmizi təbrik edib Bu gün, 14:48 Saray sakinləri şikayətçidirlər: "Yola çıxanda bizə gülürlər" Bu gün, 13:48 Husilər ilk dəfə Ər-Riyadı vurdu: Hava limanında yanacaq çəni yandı Bu gün, 13:48 Tbilisidə 20 uşaq bağçasında kütləvi zəhərlənmə olub Bu gün, 13:48 20 Sentyabr İlham Əliyevin dövlətçilik strategiyasının nəticəsidir - RƏY Bu gün, 13:48 DİN: Tarixi missiya uğurla yerinə yetirilib Bu gün, 12:48 Zaur Kamalın səhhətində problem yarandı Bu gün, 12:48 Bakıda yağış yağacaq, bəzi rayonlara dolu düşəcək Bu gün, 12:48 İş dəftərləri alınmalıdır, yoxsa yox? - RƏSMİ CAVAB Bu gün, 12:48 Bakıda zəncirvari qəza - 3 avtomobil toqquşdu Bu gün, 12:48 İlham Əliyevin qətiyyəti sülhdən başqa alternativ olmadığını göstərdi - RƏY Bu gün, 12:48 Ceyhun Bayramov Nyu Yorka işgüzar səfərə yola düşüb Bu gün, 11:48 Əhali dəhşət içində: Sahibsiz itlər 75 yaşlı qadını dişləyib Bu gün, 11:48 Dağətəyi rayonlara leysan yağıb – FAKTİKİ HAVA Bu gün, 11:48 Pərviz Şahbazov: "Əsrin müqaviləsi" Xəzərin neft sərvətlərini Azərbaycanın iqtisadi qüdrətinə çevirib Bu gün, 11:48 Xankəndi, Xocalı, Xocavənd, Ağdərədə 3 867 sakin məşğulluq tədbirlərinə cəlb edilib Bu gün, 11:48 Mikayıl Cabbarov: "Əsrin müqaviləsi" Azərbaycanın müasir iqtisadi tarixində yeni mərhələnin əsasını qoyub Bu gün, 11:48 Rəqs müəllimlərini tənqid etdi: "Uşaqları məhv etməyin" Bu gün, 11:48 Pakistan XİN Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib Bu gün, 11:48 Azərbaycanda ilk və yeganə kapibara ferması: "Nəsimi Bağları"nda daha nələr var? Bu gün, 10:48 Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq Bu gün, 10:48 Mikayıl Cabbarov: Şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirik Bu gün, 10:48 Asfalt örtüyü dəyişdirilən yolların xətlənməsi niyə yubanır? - SƏBƏB Bu gün, 10:48 "Koroğlu" - Bilgəh istiqamətində avtobus problemi: "Tələbatı ödəmir" Bu gün, 10:48 Mikayıl Cabbarov: Neft sənayesi Azərbaycanın iqtisadi inkişaf tarixində mühüm rol oynayıb Bu gün, 10:48 Zibil konteynerləri niyə çatışmır? - Bakıda sakinlərin şikayətinə rəsmi cavab Bu gün, 10:48 Azərbaycan XİN: Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb Bu gün, 09:48 Qarabağda 23 saat 43 dəqiqə: Antiterror tədbirlərinin hərbi xronikası Bu gün, 09:48 Astarada ağır QƏZA: Bir nəfər ölüb, üç nəfər xəsarət alıb Bu gün, 09:48 Əbu-Dabidə adada yarım milyardlıq toy edəcəklər? Bu gün, 09:48 "Haber Global": Antiterror əməliyyatı ilə Azərbaycan ordusu daha bir parlaq zəfərə imza atıb Bu gün, 09:48 Yaxın Şərqdən çıxan "Abraham Lincoln" gəmisi Quama çatıb Bu gün, 00:48 Beren Saatdan "Arsen Hanım"a vida… Bu gün, 00:48 Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb Bu gün, 00:48 Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür Bu gün, 00:48 "Əsrin müqaviləsi"nin imzalanmasından 32 il keçir Bu gün, 00:48 Ərdoğan sabah ABŞ-yə səfər edəcək Dünən, 23:48 Paşinyanın Azərbaycana sülh mesajları ilə Ermənistanın iddiaları niyə toqquşur? Dünən, 23:48 XIV əsrin izlərini daşıyan ziyarətgah yeniləndi Dünən, 23:48 Fidan Türkiyənin husilərə qarşı Səudiyyə Ərəbistanına hərbi yardımını istisna etməyib Dünən, 23:48 Trampın iqamətgahı üzərində həyəcanlı anlar: "F-16" qırıcısı mülki təyyarəni ələ keçirdi Dünən, 23:48 Kanadada avtomobilin izdihama çırpılması nəticəsində altı nəfər xəsarət alıb Dünən, 22:48 Bakıda Formula-1-ə görə bəzi parkinqlər işləməyəcək Dünən, 22:48 Paşinyan Putinlə CQDY-nin konsessiyasını müzakirə etmək niyyətindədir Dünən, 22:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR