8-09-2022, 11:00 804

Yaponiyalı xeyriyyəçi Azərbaycandakı missiyasını bərpa edib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Yaponiyanın “Fuji Optical Co. Ltd” şirkətinin rəhbəri, dünya şöhrətli oftalmoloq və xeyriyyəçi Akio Kanai ilə görüşüb.

Bu barədə "Report"a Dövlət Komitəsindən məlumat verilib.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz torpaqlarımızı işğaldan azad etdikdən sonra məcburi köçkünlərin həyatında yeni bir dövrün başlandığı barədə yaponiyalı qonağa ətraflı məlumat verilib.

Qeyd edilib ki, işğaldan azad edilmiş ərazilərdə geniş bərpa-quruculuq işləri aparılır, Böyük Qayıdışın ilkin mərhələsi başlanıb. Doğma yurda böyük ruh yüksəkliyi ilə qayıtmağa hazırlaşan insanlar dövlətimizin qayğısı ilə əhatə olunublar. Prezident İlham Əliyev onların qısa müddətdə öz ata-baba ocaqlarına qayıdışının təmin olunmasını ən mühüm vəzifə kimi qarşıya qoyub. Birinci vitse-prezident Mehriban xanım Əliyeva məcburi köçkünlərlə bağlı məsələlərin həllini daim diqqətdə saxlayır.

Məcburi köçkünlüyün çətinliklərini yaşayanların sağlamlıq vəziyyətinə xüsusi həssaslıqla yanaşılır. Dövlət Komitəsi ilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi – TƏBİB arasında bağlanmış əməkdaşlıq haqqında memorandum əsasında doğma yurda qayıdarkən məcburi köçkünlər hərtərəfli tibbi müayinədən keçirilirlər. Artıq Zəngilan rayonunun Ağalı kəndinə qayıdışda bu təcrübə tətbiq edilir.

Yaponiyalı xeyriyyəçinin Azərbaycanda 15 ildən artıq bir müddətdə məcburi köçkünlərə və aztəminatlı ailələrə optometrik xidmətlər göstərdiyi, nəticədə hər il minlərlə insanın görmə imkanlarını yaxşılaşdırdığı minnətdarlıqla xatırlanıb.

Akio Kanai COVID-19 pandemiyası ilə əlaqədar 2020-ci ildən ölkəmizdə öz xeyriyyəçilik missiyasını həyata keçirə bilmədiyini vurğulayaraq, indiki səfərinin missiyanı bərpa etmək məqsədi daşıdığını bildirib. Yaponiyalı qonaq səfər çərçivəsində Tərtər rayonunda olub, vaxtilə xidmət göstərdiyi insanlarla görüşüb, müharibə zamanı rayonda dağıntıya məruz qalmış mülki obyektlərə baş çəkib, bundan ziyan görən insanlarla söhbətləşib. O, xeyriyyə missiyasının uğurla həyata keçirilməsinə hökumət səviyyəsində göstərilən dəstəyi razılıq hissi ilə xatırlayıb, missiyanın bərpasından sonra bu dəstəyin davam edəcəyinə ümidvar olduğunu deyib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərdən də danışılıb.

Paylaş

Xəbər lenti

Pervin Buldan Öcalanın köçürüldüyü yeni məkanla bağlı açıqlama verib Bu gün, 21:48 Fransada etiraz aksiyalarında 78 nəfər xəsarət alıb Bu gün, 21:48 İlon Mask: Mars ABŞ-nin bir hissəsi olacaq Bu gün, 21:48 "Qədim daş, müasir yaddaş" və "Məsuliyyət radiusu" layihələri təqdim olunub Bu gün, 20:48 Bir qığılcım faciəyə səbəb ola bilər: Bakıda yataqxanada təhlükəli vəziyyət Bu gün, 20:48 Premyer Liqa: "Kəpəz" evdə növbəti qələbəsini qazanıb Bu gün, 20:48 Moskvada terror aktına hazırlaşmaqda şübhəli bilinən yeniyetmə saxlanılıb Bu gün, 20:48 Rafinya Messinin rekord göstəricisini təkrarlayıb Bu gün, 19:48 İran Hörmüz boğazının açılması ilə bağlı vasitəçilərlə məsləhətləşmələri davam etdirir Bu gün, 19:48 Mətbuat Şurasının sədri jurnalistə qarşı zorakılığa münasibət bildirdi Bu gün, 19:48 Salyanda ağır qəzada ölən şəxslərin fotoları Bu gün, 18:48 İranlı generaldan xəbərdarlıq: "Növbəti müharibədə məhdudiyyət tanımayacağıq" Bu gün, 18:48 Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb Bu gün, 18:48 İranda COVID-19-a yoluxma artır Bu gün, 17:48 "İnci" körpələr evində azyaşlıya şiddət iddiası: Polis hərəkətə keçdi Bu gün, 17:48 "Neftçi" "Şamaxı"ya qalib gələrək liderliyə yüksəldi Bu gün, 17:48 Aytən Səfərova: "Bizimkilər "Trendyol"a qoşulandan "zayı" çıxdı" Bu gün, 16:48 Zelenski: Ukrayna işğal altındakı ərazilərdən imtina etməyəcək Bu gün, 16:48 Azərbaycanlı professor vəfat edib Bu gün, 16:48 Göyçayda meyiti tapılan FHN əməkdaşı dəfn olundu Bu gün, 15:48 ABŞ-də stadion yaxınlığında atışma: ölən və yaralananlar var Bu gün, 15:48 Azərbaycan daha bir böyük tədbirə ev sahibliyi edəcək Bu gün, 15:48 Jurnalistə xəsarət yetirən mühafizəçi saxlanılıb, cinayət işi başlanılıb Bu gün, 14:48 Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalından paylaşım edib Bu gün, 14:48 Media və Yayım Şurası: Jurnalistlərin hadisə yerlərində hücuma məruz qalması narahatlıq doğurur Bu gün, 14:48 Kürdəmirdə sürücü sükan arxasında yuxuladı, qəza baş verdi Bu gün, 13:48 "Qızıl Qaya"da zəhərlənmə şübhəsi - AQTA araşdırmalara başladı Bu gün, 13:48 Bakı-Tbilisi əlavə qatar reysində yüz faizlik doluluq qeydə alınıb Bu gün, 13:48 Azərbaycanda bəzi kolleclər ləğv olunur? Bu gün, 13:48 Bakıda media nümayəndəsinə hücum olundu Bu gün, 12:48 Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial şəbəkə istifadəsi ilə bağlı qadağa qüvvəyə minib Bu gün, 12:48 İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib Bu gün, 12:48 Göygöldə qəzada dörd nəfər xəsarət aldı Bu gün, 12:48 Rusiya Azərbaycan Ordusunun bəzi müəssisələrinin modernləşdirilməsində iştirak edəcək Bu gün, 12:48 Ələt-Astara magistralında qəza olub, 2 nəfər ölüb Bu gün, 11:48 Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır Bu gün, 11:48 Gənc həkim xərçəngdən vəfat etdi Bu gün, 11:48 Tramp və Netanyahu arasında telefon danışığı olub Bu gün, 11:48 Yanğında ölən Könül Hümbətovanın qızının acı taleyi: "Bir stəkan su içmək belə çətindir" Bu gün, 11:48 Şagirdləri aqressivləşdirən üç əsas amil açıqlandı Bu gün, 10:49 Şəkidə avtomobil dərəyə aşıb, ölən və yaralananlar var Bu gün, 10:49 Bakıda fəaliyyət göstərməyən kombinatda yanğın olub Bu gün, 10:48 "Haber Global": "Sosial şəbəkələrdə Türkiyə və Azərbaycan arasındakı sarsılmaz bağlar hədəfə alınır" Bu gün, 10:48 "Neftçi" səfərdə "Şamaxı" ilə qarşılaşacaq Bu gün, 10:48 Bakı-Tbilisi qatarında BİLET UCUZLAŞDI: Bu gündən... Bu gün, 09:48 Bakıda əlilliyi olan şəxslərin toplantısı yarımçıq qaldı: Məşhur restoranda zəhərlənmə şübhəsi Bu gün, 09:48 Sumqayıtda beş avtomobilin iştirakı ilə zəncirvari qəza baş verdi Bu gün, 09:48 Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı Bu gün, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR