16-05-2024, 14:45 561

Azərbaycan və Belarus arasında doqquz sənəd imzalanıb - YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun iştirakı ilə mayın 16-da Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimi olub.

"Report" xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov və Belarus Respublikası Dövlət Gömrük Komitəsinin sədri Vladimir Orlovski “Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında malların mənşəyinin sertifikatlaşdırılmasının elektron sisteminin qarşılıqlı tətbiqi haqqında Protokol”u imzaladılar.

Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov və Belarusun kənd təsərrüfatı və ərzaq naziri Sergey Bartoş “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol”u və “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol”u imzaladılar.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Belarusun xarici işlər naziri Sergey Aleynik “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə Belarus Respublikasının İdman və Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlığın inkişafına dair 2024-2025-ci illər üzrə Tədbirlər Planı”nı imzaladılar.

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Belarusun antiinhisar tənzimləmə və ticarət naziri Aleksey Boqdanov “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Belarus Respublikasının Antiinhisar Tənzimləmə və Ticarət Nazirliyi arasında rəqabət siyasəti, dövlət satınalmaları, istehlakçı hüquqlarının müdafiəsi və reklam fəaliyyəti sahələrində qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında Memorandum”u imzaladılar.

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Belarusun “Milli İnvestisiya və Özəlləşdirmə Mərkəzi” Dövlət Müəssisəsinin direktoru Dmitri Krasovski “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Belarus Respublikasının İqtisadiyyat Nazirliyinin “İnvestisiya və Özəlləşdirmə Milli Agentliyi” Dövlət Müəssisəsi arasında Anlaşma Memorandumu”nu imzaladılar.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Minsk Şəhər İcra Komitəsinin sədri Vladimir Kuxaryov “Bakı şəhəri (Azərbaycan Respublikası) ilə Minsk şəhəri (Belarus Respublikası) arasında qardaşlaşma əlaqələrinin qurulmasına dair Memorandum”u imzaladılar.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Qomel Şəhər İcra Komitəsinin sədri Vladimir Privalov “Gəncə şəhəri (Azərbaycan Respublikası) ilə Qomel şəhəri (Belarus Respublikası) arasında qardaşlaşma əlaqələrinin qurulmasına dair Anlaşma Memorandumu”nu imzaladılar.

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev və Qrodno şəhər İcra Komitəsinin sədri Andrey Xmel “Qəbələ şəhəri (Azərbaycan Respublikası) ilə Qrodno şəhəri (Belarus Respublikası) arasında qardaşlaşma əlaqələrinin qurulmasına dair Anlaşma Memorandumu”nu imzaladılar.

14:15

Mayın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun iştirakı ilə Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimi olub.

"Report"un xəbərinə görə, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Paylaş

Xəbər lenti

Kanadada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ Bu gün, 08:48 Hesaba görə başlayan mübahisə qanla bitdi Bu gün, 08:48 Bu rayonlarda işıq olmayacaq - Siyahı Bu gün, 08:48 Müctəba Xameneinin olduğu yer niyə gizli saxlanılır? Bu gün, 08:48 Bərdədə qadın evində ölü tapıldı Bu gün, 08:48 Rusiyada erməniəsilli iş adamının arvadını və qızını qəddarlıqla öldürən şəxsə hökm oxundu Dünən, 23:48 Əraqçi İranın ABŞ-yə göndərdiyi şərtləri açıqlayıb Dünən, 23:48 Zəfər Günü ilə bağlı Daşkənddə rəsmi qəbul keçirilib Dünən, 23:48 Avropa ölkələrində supermarketlərə kiberhücum: Milyonlarla avroluq ərzaq korlandı Dünən, 23:48 Tramp CAR və Ruandanı ABŞ-nin ticarət güzəştlərindən məhrum etmək qərarına gəlib Dünən, 23:48 Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var Dünən, 22:48 Sabah Bakının bir çox ərazilərində işıq kəsiləcək Dünən, 22:48 Rusiyadan əcnəbilərin deportasiyasına səbəb olan inzibati xətaların sayı iki dəfə artırılır Dünən, 22:48 Darçın qan şəkərinin səviyyəsinə necə təsir edir? - VACİB TÖVSİYƏ Dünən, 22:48 Paytaxtda üç avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir Dünən, 22:48 Cinayət prosesində fəaliyyət qabiliyyəti olmayan şəxslərə dəstək mexanizmlərinin yaradılması tövsiyə edilib Dünən, 21:48 Samir Şərifov: Orta Dəhlizin inkişafı regional inteqrasiyaya töhfə verir Dünən, 21:48 Kamara Usman: "Volkanovski tarixdəki ən yaxşı yarım yüngül çəkili döyüşçüdür" Dünən, 21:48 Azərbaycan taekvondoçusu Qaşim Maqomedov beynəlxalq turnirdə qızıl medal qazanıb Dünən, 21:48 Bakıda Xankəndiyə "Stepanakert" deyən erməni jurnalistin bir reaksiyası ilə səhvini anında düzəltdi Dünən, 20:48 Bu ərazilərdəki məktəblər TƏMİR EDİLƏCƏK Dünən, 20:48 Müctəba Xamenei İran hökumətinə ABŞ ilə dialoq üçün səlahiyyətlər verib Dünən, 20:48 Azərbaycanlı karateçi Yusif Qəhrəmanlı Avropa birinciliyində gümüş medal qazanıb Dünən, 20:48 Azərbaycan bölgələrində sertifikatlı toxum satışı təşkil ediləcək Dünən, 20:48 Sürücülərə avtomobilləri qışa hazırlamaq üçün tövsiyələr verilib Dünən, 19:48 Xankəndidə ilk dəfə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib Dünən, 19:48 "Şəki Yaylası"nda faciəyə görə iki nəfər həbs olundu Dünən, 19:48 700 min vətəndaşın maaşı artacaq - Deputatdan YENİ AÇIQLAMA Dünən, 19:48 Bakıda Yeni il yarmarkaları təşkil olunacaq? Dünən, 19:48 Noutbukdan bu cür istifadə kişilərdə sonsuzluq riskini artıra bilər Dünən, 19:48 Belçikanın baş naziri istefa ərizəsini krala təqdim edib Dünən, 18:48 Sumqayıt Bulvarında mikromobillik zolaqları təşkil edilib Dünən, 18:48 Bakıda yaşayan sakinləri SEVİNDİRƏCƏK XƏBƏR - 14 ünvanda... Dünən, 18:48 Azərbaycan-Çin Sənaye Parkı yaradıla bilər Dünən, 18:48 Cənubi Koreya prezidentinin və administrasiya əməkdaşlarının məlumatları sızdırılıb Dünən, 18:48 "Prime Leasing" Qlobal Səhnədə: Çində "Zoomlion Gold Dealer Award 2026" Mükafatına Layiq Görüldü Dünən, 17:48 "Diriliş Ertuğrul" serialına baxıb infarkt keçirdi, Bakıda əməliyyat olundu Dünən, 17:48 "Gözel Seeds" və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi Dünən, 17:48 Sabah bu yolun bir hissəsi bağlanacaq Dünən, 17:48 İçərişəhərdəki bir ünvan Qoruq İdarəsinin balansından çıxarıldı Dünən, 17:48 17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi Dünən, 17:48 Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-ündə nöqsan aşkarlanıb Dünən, 16:48 "Qalatasaray"ın rusiyalı futbolçusunun sərbəstqalma qiyməti AÇIQLANDI Dünən, 16:48 Belçikada siyasi gərginlik: Kral baş nazirin istefasını qəbul etmədi Dünən, 16:48 Hesablama Palatası 2027-ci ilin dövlət büdcəsinin layihəsinə rəy verib Dünən, 16:48 Azərbaycanda 14 yaşlı qız hamilə qaldı - Əsgər həbs edildi Dünən, 16:48 Ölümlə nəticələn qəzaya görə Monteneqrodan Azərbaycana ekstradisiya olunacaq Dünən, 16:48 Hərbi xidmətdən boyun qaçırma faktları üzrə cinayət işləri başlanıb Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR