
ABŞ-nin Havay ştatında Kilauea vulkanı püskürməyə başlayıb.
“Report” xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti yayıb.
“Kilauea vulkanı püskürür. Yeni püskürmə iyunun 3-də yerli vaxtla təxminən 00:30-da (Bakı vaxtı ilə 13:30-da – red.) başlayıb”, – məlumatda bildirilib. Xidmət qeyd edib ki, püskürmə “insan həyatı və ya kritik infrastruktur üçün bilavasitə təhlükə yaratmır”.
ə görə, püskürmə sahəsi milli parkın sərhədləri daxilində ucqar ərazidə yerləşir. Orada sonuncu dəfə püskürmə 1974-cü ildə qeydə alınıb və 6 saat çəkib. ABŞ Geoloji Xidməti onun bu dəfə nə qədər davam edəcəyini hələ proqnozlaşdıra bilmir. Püskürmədən öncə yüksək seysmik aktivlik dövrü olub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.